Mastopatiyanın müalicəsində köməkçi müalicə vasitəsi kimi. 1 stəkan təzə baĢınağacı
Ģirəsini 3 xörək qaĢığı balla qarıĢdırıb, gündə 2 dəfə, yeməkdən 1 saat sonra stəkanın 1/4 hissəsi
qədər qəbul edin. AxĢamlar isə bir neçə qat tənzifə ekstraktdan hopdurub xəstə döĢünüzün üzərinə
qoyun. Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin.
İmmunitetin artırılmasında. Bərabər miqdarda itburnu meyvəsi, baĢınağacı, bədrənc və
Ģüvərəni doğrayıb bir-biri ilə qarıĢdırın. Bir xörək qaĢığı doğranmıĢ qarıĢığı 1 stəkan qaynar suya
tökün və termosda 2 saat dəmləyin. Aldığınız cövhərdən gündə3-4 dəfə, yarım stəkan qəbul edin.
Müalicəni hər yarım ildən bir 2-3 həftə təkrar edin.
Ekzema zamanı. Gündə 3-4 dəfə 4:1 nisbətində su ilə baĢınağacı Ģirəsini qatıĢdırıb xəstə
nahiyənin üzərinə sürtün. Bunun üçün 2 xörək qaĢığı təzə baĢınağacı meyvəsini həvəngdəstədə əzib,
1 stəkan qaynar suyun üzərinə tökün. Ağzını bağlayıb 20-30 dəqiqə dəmlədikdən sonra süzün.
Aldığınız içkidən gündə 2-3 dəfə, stəkanın yarısı qədər yeməyə yarım saat qalmıĢ qəbul edin.
Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin.
Diqqət! BaĢınağacı meyvəsindən hazırlanan preparatlardan damar geniĢlənmələrində,
tromboflebitdə, qanı qatı olanların, mədə turĢusu artıq olan və hipertoniyalı xəstələrin qəbul
etmələri məsləhət görülmür.