Elmi redaktorlar amea-nın müxbir üzvləri


QABAQKĠMĠLƏR – Cucurbitaceae Juss. fəsiləsi



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə554/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   550   551   552   553   554   555   556   557   ...   730
 
QABAQKĠMĠLƏR – Cucurbitaceae Juss. fəsiləsi 
Ağ küstüĢam («Ukrayna jenĢeni») – Bryonia alba L. 
 
Dünya  florasının  tərkibində  qabaqkimilər  fəsiləsinin 
120  cinsi,  800-ə  qədər  növü  yayılmıĢdır.  Bu  növlərin 
əksəriyyəti  sarmaĢan  və  yaxud  sürünən  ot  bitkiləri,  nadir 
hallarda  isə  yarımkol,  kol  hesab  edilir.  Bu  bitkilər  ən  çox 
tropik və subtropik ölkələrdə yayılmıĢdır. 
 Fəsilənin bir çox növlərindən qida, dərman və bəzək 
məqsədləri  üçün  geniĢ  istifadə  edilir.  Bu  əhəmiyyətli 
bitkilərdən biri də küstüĢamdır. 
Azərabycan  florasının  tərkibində  KüstüĢam  – 
Bryonia  L.  cinsinin  2  növünə  yabanı  halda  rast  gəlinir:  ağ 
küstüĢam  -  Bryonia  alba  L.  və  ikievli  küstüĢam  -  B.dioica 


217 
 
Jasq. 
Hər iki növ çoxillik bitkidir. Ağ küstüĢam sarmaĢan, uzunluğu 3-4 metr olan yarpaqları zəif 
tüklərlə  əhatələnmiĢdir.  Ağ  küstüĢamın  kökü  xaricdən  sarımtıl,  daxildən  isə  ağ  rəngdədir. 
Yarpaqları növbəli, saplaqlı barmaqvari-dilimlidir. Uzunsov ətli kok hissəsinin kütləsi 1 kq-a qədər 
olur.  Xalq  arasında  ağ  küstüĢama  «Ģeytan  turpu»  da  deyilir.  Avropa  botanika  bağlarında  bəzək 
bitkisi  kimi  əkilib  becərilən  nümunələrinin  kökü  5-6  kq-dan  artıq  olur.  Meyvəsi  qara  rəngli 
giləmeyvə olub diametri 7-8 mm-dir. 
Azərbaycanın əksər rayonlarının orta dağ qurĢaqlarında, meĢə kənarlarında, çay vadilərində, 
alaq  bitkiləri  içərisində,  dincə  qoyulmuĢ  torpaqlarda,  bağlarda,  bostanlarda  geniĢ  yayılaraq  bol 
ehtiyata malikdir. 
Ağ  küstüĢamın  kök  hissələrinin  tərkibində  sulu  karbohidratlardan  saxaroza,  polisaxaridlər, 
0,34% efır yağı, 0,24 alkaloid, zəhərli brionin, brionidin, 0,75% kumarin, yarpaqlarında efır yağı, E, 
C vitaminləri, karotin, çiçəklərində karotinoid birləĢmələri, toxumlarında isə 13,7-25%-ə qədər yağ 
və  likopin  maddələri  və  s.  aĢkar  edilmiĢdir.  Bitkinin  kök  hissəsindən  hazırlanmıĢ  cövhərindən 
«Akofit»  kompleks  preparatının  hazırlanmasında  istifadə  olunur.  Həmin  preparatın  köməyi  ilə 
revmatizm,  radikulit,  homeopatiya,  soyuqdəymə,  xroniki  artritdə,  nevrit  və  s.  xəstəliklərin 
müalicəsində  istifadə  edilir.  Ağ  küstüĢamdan  hazırlanan  preparatlar  bronxitini,  bronxitli 
pnevmoniyaların,  quru  pnevmoniyanın,  baĢ  ağrılarının,  göz  xəstəliklərinin  müalicəsində  də  tətbiq 
edilir.  Avropa  xalqları  çox  qədim  zamanlardan  baĢlayaraq  bitkini  astit,  ürək  xəstəliklərində,  eyni 
zamanda  podaqra,  qusma,  zəif  iĢlədici  vasitə  kimi  istifadə  edirdilər.  Bolqarıstanda  çiban  və 
səpkilərin, trofık yaraların, diatezin, ziyillərin, piqment ləkələrinin müalicəsində istifadə edilir. 
Qaraçay-Çərkəz  xalqları  vərəm,  pnevmoniya,  mədə  və  boğaz    xəstəlikləri,  revmatizm, 
paraliç, epilepsiya  və  s.  zamanı  iĢlədirlər.  Ağ  küstüĢamın  preparatlarından malyariyada,  miozitdə, 
miqrendə, öskürəkdə, yarasağaldıcı, istiqovucu  və s. kimi tətbiq edilir.  Ondan alınan cövhərlə qan 
laxtalanmasının,  xərçəng  çöplərinin  inkiĢafının  qarĢısını  alırlar.  Kök,  zoğ,  yarpaq  və 
giləmeyvələrindən  qədimlərdə  bəd  və  xoĢxassəli  ĢiĢlərin  müalicəsində  geniĢ  surətdə  istifadə 
edilmiĢdir. 
Bütün hissələri: yarpaq və zoğları, meyvəsi, xüsusən də kökləri zəhərli təsirə malikdirlər. 
Xalq  təbabətində  qurudulmuĢ  köklərindən  çay  dəmləyib  ağrıkəsici  vasitə  kimi,  eləcə  də 
malyariyaya qarĢı istifadə edilir. QurudulmuĢ köklərindən toz hazırlayıb kapliyar qanaxmalarında, 
dəri  yaralarının  müalicəsində,  araqda  hazırlanmıĢ  spirtli  cövhərindən  isə  revmatizmdə,  podaqrada 
xarici nahiyəyə sürtmə dərmanı kimi iĢlədilir. 
Toxumlarının  tərkibində  olan  piyli  maddədən  kustar  üsulla  sabun  hazırlanır. 
Giləmeyvələrindən  qırmızı  boyaq  alınır.  Müalicə  məqsədləri  üçün  ən  çox  ətli  kök  hissəsindən 
istifadə  edilir.  Kökünü  çiçək  açana  qədər  toplamaq  məsləhət  görülür.  Dərman  hazırlamaq  üçün 
nadir hallarda yarpaq və cavan zoğlarından istifadə edilir.  Ġkievli küstüĢam birevli küstüĢam kimi 
eyni müalicəvi xüsusiyyətlərə malikdir. 
Müalicə məqsədləri üçün kütləsi 1 kq-a qədər olan ətli kökündən, nadir halda isə gövdə və 
yarpaqlarından istifadə edilir. 
Bitkinin  bütün  hissələrinin  tərkibində,  xüsusilə  də  kök  hissəsində  zəhərli  amorf  (formasız) 
qlükozid  brionin  (C
48
H
66
O
18
,  hidroliz  olunaraq  formasız  briogenin  (C
30
H
46
O
6
)  və  qlükoza  əmələ 
gətirir,  az  öyrənilən  brionindir),  aĢı  maddəsi,  qətran,  sidik  cövhəri,  alma  turĢusu  duzu  və  s. 
maddələr,    toxumlarının  tərkibində  25%-ə  qədər  likopin,  yarpaqlarında  askorbin  turĢusu  aĢkar 
edilmiĢdir. 
Ağ  brioniyadan  hazırlanan  preparatlardan  bakterisid  kimi  ağrıkəsici,  yarasağaldıcı, 
bəlğəmgətirici, sidikqovucu, iĢlədici, diabet əleyhinə, ĢiĢ əleyhinə, parazit qurdların tökülməsində, 
arterial təzyiqin aĢağı salınmasında və ürək fəaliyyətinin iĢinin yaxĢılaĢdırılmasında tətbiq edilir. 
S.E.Zemlinskiyə  görə  ağ  brioniyadan  hazırlanan  ekstrakt  və  cövhərlərdən  ağrıkəsci  və 
qankəsici kimi istifadə edilir. Onun preparatları fəqərəarası sinir ağrılarında iĢlədilir. Az dozalarda 
(10%-li  cövhərindən  30  damcı)  götürməklə arterial  təzyiqin  aĢağı  salınmasında,  ürək  fəaliyyətinin 
yaxĢılaĢdırılmasında,  ürək  ağrılarının  aradan  qaldırılmasında,  miqrenin,  epilepsiya,  paraliç, 
həmçinin uĢaqlıq qanaxmalarında istifadə edilir (V.Ġ.Zavrajnov və b., 1977). 


218 
 
Xalq təbabətində sulu dəmləməsindən epilepsiyada, udlaq və diĢ ağrılarında istifadə edirlər. 
Bunun  üçün  1  çay  qaĢığı  bitkinin  kök  hissəsini  1  stəkan  qaynar  suya  töküb  dəmləyib  ilıq  halda 
qarqara  etməyi  məsləhət  görürlər.  Bitkinin  kök  hissəsindən  götürüb  çətin  sağalan  irinli  yaraların 
üzərinə qoyub bağlayır və yaranın tez deĢilib irindən təmizlənməsinə səbəb olur (B.Q.Nikolayeva). 
KüstüĢamdan  hazırlanan  preparatlar  bakteroid,  ağrıkəsici,  yarasağaldıcı,  soyuqdəymə, 
bəlğəmgətirici,  sidikqovucu,  zəif  iĢlədici,  Ģəkər,  xərçəng  ĢiĢi,  qurd  əleyhinə,  arterial  təzyiqi  aĢağı 
salan və ürək əzələlərinin iĢləmə qabiliyyətini artıran xassələrə malikdir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   550   551   552   553   554   555   556   557   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin