Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə553/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   549   550   551   552   553   554   555   556   ...   730
 
 
Adi doqquzdon – Lonicera caprifolium L. 
 
Dünya  florasının  tərkibində  200-ə  qədər  növü  yayılmıĢdır.  Qafqazda  7,  o  cümlədən 
Azərbaycanda  5  növünə  rast  gəlmək  olar.  Bu  növlər  haqqında  qısaca  da  olsa  oxuculara  məlumat 
vermək lazımdır. 
Adi  doqquzdon  -  Lonicera  caprifolium  L.  çox  da  hündür  olmayan,  sarmaĢan  və  yaxud 
dırmaĢan gövdəli  bitkidir. Sərt, qısa saplaqlı yarpaqları ovalĢəkilli olub, 3,5-10 sm uzunluğundadır. 
Yuxarıda yerləĢən dairəvi ovalvari yarpaqları cüt-cüt birləĢərək kaĢavari forma əmələ gətirir. 
Ətirli,  iri  oturacaq,  çiçəkləri  bir  neçə  süpürgəvari 
hamaĢçiçək  əmələ  gətirir.  Çiçək  tacı  çəhrayı,  sarımtıl  və 
yaxud sarımtıl-ağ rəngdə olub 5 sm uzunluğundadır. Meyvəsi 
qırmızımtıl-narıncı giləmeyvədir. Toxumları ellipsvaridir. 
Adi 
doqquzdon 
Azərbaycanın 
Samur-Dəvəçi 
düzənliyində  və  Quba  zonasında,  Qobustanda,  Kiçik  Qafqaz 
ərazilərində düzənlik sahələrdən baĢlamıĢ, orta dağ zonalarına 
qədər yayılmıĢdır. 
Təzə  Ģirəsindən,  eləcə  də  spirtli  çıxarıĢından 
(cövhərindən)  homeopatiyada,  mikrobəleyhinə  və  s.  iĢlədilir. 
Yarpağından  hazırlanmıĢ  dəmləmələrdən  boğaz  ağrılarında 
yaĢ  sarğı  kimi  istifadə  edilir.  Təzə  Ģirəsindən  mədə 
yaralarında, bir sıra dəri xəstəliklərində, çiçəyindən hazırlanan 
dəmləmələrdən  isə  bəlğəmgətirici,  ağrıkəsici  kimi,  bronxial 
astmada,  göz  ağrılarında  və  s.  istifadə  olunur.  Ətriyyat  sənayesində  geniĢ  iĢlədilir.  Nektar,  bəzək, 


216 
 
boyaq xüsusiyyətlərinə malik bitkidir. 
Çiçəkaltlıqlı  doqquzdon  -  L.  bracteolaris  Boiss.  et  Buhse  çoxbudaqlı  kol  bitkisidir. 
Tumurcuqları iki kasacıqda birləĢərək sıx yerləĢir. Çılpaq cavan budaqları nazik olur. Yarpaqlarının 
uzunluğu  1,5-3,0  sm,  eni  1,5-1,8  sm  olub,  qısa  saplaqlı,  ellipsvari-uzunsov  və  yaxud 
yumurtaĢəkillidir. Çiçək tacı sarımtıldır. Meyvəsi birtoxumludur. 
Azərbaycanda Naxçıvan MR-in dağlıq zonalarında yayılmıĢdır. 
Gürcü doqquzdonu - L.iberica M.Bieb. 50-200 sm hündürlüyündə, dağınıq budaqlara malik 
kol  bitkisidir.  Yarpaqları  2,0-3,5  sm  uzunluğunda,  qısa  saplaqlı  yumurtaĢəkilli,  bəzən  də  dairəvi 
olur. Çiçəkaltlığı uzunsov-lansetvaridir. Çiçək tacı sarımtıldır. Giləmeyvələri iki ədəd olub, bir-biri 
ilə birləĢmiĢlər. 
Gürcü doqquzdonuna Azərbaycanda aĢağı dağlıq zonalardan baĢlamıĢ, yuxarı meĢəliklərdən 
subalp çəmənliklərinə qədər rast gəlmək olar. 
Qafqaz  doqquzdonu  -  L.caucasica  Pall.  hündürlüyü  0,5-3,0  m-ə  qədər  olan  kol  bitkisidir. 
Qısa  saplaqlı  yarpaqları  enli,  ovalvari-yumurta  formalı,  uzunsovdur.  Çiçəkləri  qoltuqda  tək-tək 
yerləĢmiĢdir. Qırmızımtıl-bənövĢəyi rəngli çiçək tacı çılpaq olur. Meyvəsi sarımtıl, qara rəngdədir. 
Qafqaz  doqquzdonu  Azərbaycanda  Quba,  Qobustan  və  Lənkəranın  dağlıq  ərazilərində 
yayılmıĢdır. Qiymətli bəzək bitkisi sayılır. 
MeĢə doqquzdonu – L. xylosteum L. hündürlüyü 1-2 m olan kol bitkisidir. Cavan budaqları 
yumĢaq tüklərlə örtülmüĢdür. Qısa saplaqlı yarpaqları 3-6 sm uzunluğundadır. Çiçək tacı yumĢaq, 
sarımtıl-ağ  tüklərlə  örtülmüĢdür.  Meyvəsi  qırmızı  rəngdədir.  Quba  bölgəsinin  orta,  dağlıq 
ərazilərində yayılmıĢdır. 
Tərkibində  efır  yağı,  loqanin,  sverozid,  saponin,  alkaloid  ksilostozidin,  loksilostozidin  A, 
loksilostozidin B, aĢı və flavonoid maddələri, meyvəsində sekoloqanin və s. tapılmıĢdır. 
Komi  xalqı  kökündən  hazırlanan  cövhəri  ağrıyan  yerlərə  nəmli  sarğı  kimi  qoyub,  dəri 
səpkilərində  sürtkü  kimi  istfiadə  edirlər.  Kökündən  hazırlanan  preparatlar  çibanların,  irinli 
yaraların,  dəri  səpkilərinin  müalicəsində  iĢlədilir.  Meyvə,  budaq  və  qabıq  hissələrindən  hazırlanan 
dəmləmə, cövhər və vannaları dermatit, xənazir, isitmə, homeopatiyalar, qıcolma və paralic zamanı 
iĢlədilir. Nektar, yem, bəzək bitkisi sayılır. 
Doqquzdon meyvəsinin Ģirəsi qanazlığında da geniĢ tətbiq edilir. Qiymətli bəzək bitkisi kimi 
bağ  və  parkların  yaĢıllaĢdırılmasında  istifadə  olunur.  Sıx  kol  formasında  bitən  bu  növlər 
uzunömürlü olub bağların bəzəyidir. 
ġirəli meyvələrini təzə halda, Ģəkərlə qatıĢdırıb cem, mürəbbə, Ģirə, Ģərbət və s. hazırlayırlar. 
Bundan  əlavə  meyvələrindən  müalicə  vasitəsi  kimi  Tibet  təbabətində  geniĢ  istifadə  edilir: 
Meyvəsinin tərkibində sulu karbonlar, vitamin kompleksi, flavonoid maddələri aĢkar edilmiĢdir. 
Doqquzdon  meyvəsi  kosmetika  sahəsində  də  geniĢ  tətbiq  edilir.  Həmçinin  soyuqdəymədə, 
kapilyarların  möhkəmləndirilməsində,  üzdə  və  dəridə  olan  dəmrov,  yara  və  qaĢınmaların 
müalicəsində də iĢlədilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   549   550   551   552   553   554   555   556   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin