Bal ilə əzvay qarışığından kosmetik vasitənin hazırlanması. 1 xörək qaĢığı balı bir o qədər
əzvay Ģirəsi ilə qarıĢdırın. Sonra aldığınız qarıĢıqdan götürüb yuyulmuĢ təmiz üzünüzə sürtün və 20
dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
Üz iiçüıı qidalı kosmetik vasitənin hazırlanması. 1 xörək qaĢığı bal, o qədər də əzvay Ģirəsi,
kənaf yağı (istənilən bitki yağından istifadə edə bilərsiniz) və 1 ampula E vitamini götürüb bir-birilə
yaxĢı-yaxĢı qarıĢdırın. Aldığınız qidalı kremdən (çimdikdən sonra) maska Ģəklində üzünüzə sürtüb
20 dəqiqə saxlayıb, isti su ilə yuyub təmizləyin. Bundan baĢqa ev Ģəraitində əzvay yarpağından
götürür və onları tünd kağızlara və yaxud zər vərəqlərə möhkəm bükürlər ki, yarpaqlara heç yerdən
iĢıq düĢməsin. Sonra bükülmüĢ yarpaqları soyuducunun aĢağı gözünə qoyub 10-12 gün saxlayırlar.
Soyuducuda saxlanılan yarpaqlardan ―bioloji stimulyator‖ ifraz olunmağa baĢlayacaqdır. Bu bioloji
aktiv maddə solub məhv olmaq üzrə olan toxuma hüceyrələrini qıcıqlandırıb oyadır, onlara yeni
«həyat enerjisi» bəxĢ edir. Bu cür yarpaqlardan alınan Ģirə tonusartırıcı, sakitləĢdirici, yumĢaldıcı
xüsusiyyətlərə malikdir. Bu bioloji Ģirədən üzdə əmələ gələn qırıĢların aradan qaldırılmasında,
elastikliyin bərpa olunmasında geniĢ istifadə edilir. Bu Ģirəni hər cür dəri tiplərində istifadə etmək
olar.
Hazırladığınız müxtəlif kosmetik vasitə xaricdə istehsal olunan vasitələrdən nəinki geri
qalmır, hətta bir sıra xüsusiyyətləri ilə onlardan üstün sayılır.
Biz laboratoriya Ģəraitində ilk dəfə olaraq əzvay bitkisinin yarpaqlarından boyaq ekstrtaktı
hazırlayıb yun ipdə yaĢılı, yaĢılımtıl-qəhvəyi, açıq qəhvəyi, tünd qəhvəyi, tütünü, zeytunu,
qonurumtul, mixəyi, mixəyi-qonur, narıncı və s. rəng və çalarlar almağa nail olduq.