Söyüddən müalicəvi preparatların hazırlanması. Damarlarda toplanan duz yığıntılarının, revmatizmin, həmçinin ishal və mədədə olan turşuların nizama salınması üçün.1 xörək qaĢığı doğranmıĢ söyüd qabığını 0,5 litr qaynar suya
töküb, zəif od üzərində 15-20 dəqiqə saxladıqdan sonra bir saat dəmləyin və süzüb gündə 3-4 dəfə
2 xörək qaĢığı daxilə qəbul edin.
Damar genişlənmələrində və tromboflebitin aradan qaldırılmasında.250 q qabığı 2 litr
qaynar suya töküb zəif od üzərinə qoyub 15-20 dəqiqə saxlayın. Dəmlədikdən sonra bir vedrə suya
töküb temperaturunu 37°C-yə çatdırın. Dizinizi vannaya qoyub 20-30 dəqiqə saxlayın, bu zaman
ayaqlarınızın üzərini isti odeyalla örtün. ÇalıĢın ki, su soyumasın. Əməliyyatdan sonra isti corab
geyinin.