Elmi redaktorlar amea-nın müxbir üzvləri


Qızdırma,  göyöskürək  və  vərəm  xəstəliklərində



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə68/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   64   65   66   67   68   69   70   71   ...   730
Qızdırma,  göyöskürək  və  vərəm  xəstəliklərində.  1  çay  qaĢığı  xırdalanmıĢ  qabığından 
götürüb 1 stəkan qaynar suyun üzərinə töküb, qaynama dərəcəsinə çatdırın. 3-4 saat dəmlədikdən 
sonra süzüb 3-4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. 
Qastrit,  kolit,  dizenteriya,  daxili  qanaxmaların,  o  cümlədən  də  uşaqlığın  kəskin 
qanaxmalarının qarşısının alınmasında. Söyüdün 1 xörək qaĢığı doğranmıĢ qabığından və yaxud 
cavan budaqlarından götürüb 1 stəkan qaynar suya töküb 10-15 dəqiqə biĢirdikdən sonra yarım saat 


37 
 
dəmləyib süzün. Sonra üzərinə isti su əlavə edib bir stəkan həcminə gətirin. Cövhərdən gündə 3-4 
dəfə 1-2 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. Müalicə kursu 2-3 həftədir. 
Diqqət!  Söyüd  qabığından  hazırlanan  çay  və  dəmləmələrdən  hamilə  qadınların,  xroniki 
qəbizliyi olan xəstələrin istifadə etmələri məsləhət görülmür. 
Söyüddən  hazırlanan  Ģirə  kosmetika  və  ətriyyat  sahəsində  də  iĢlədilir.  Bundan  əlavə 
söyüddən  alınan  cövhərlə  döyənək  və  ziyillərin  aradan  qaldırılmasında,  saçın  dibinin 
möhkəmləndirilməsində geniĢ istifadə edilir. Söyüdün qabığını yandırıb alınan külün tərkibində qatı 
sirkə  turĢusu  əlavə  edib,  ayaqda  əmələ  gələn  qaĢınmaları,  göbələk  xəstəliklərini,  döyənəkləri 
müalicə edirlər. Cövhəri ilə saçları yuduqda tüklər qızılı rəngə boyanır. 
Söyüd  qiymətli  bəzək  bitkisidir.  Söyüdlər  yarpaqlarının  rənginə,  formasına,  çətirlərinin 
müxtəlifliyinə görə həqiqətən gözəldir. Elə bir arx, çay, dərə və göl ətrafı yoxdur ki, oranı söyüdsüz 
təsəvvür  edəsən.  Elə  yerlər  də  var  ki,  söyüdlüyün  sıxlığından  keçmək  belə  olmur,  keçilməz 
cəngəllikləri  xatırladır,  ürəkaçan  biosenoz  yaradaraq  bir  çox  quĢ  və  heyvanlar  üçün  sığınacağa 
çevrilir. 
Budaqları  azacıq  küləkdən  belə  əsməyə  baĢlayır,  həzin  xıĢıltılı  bir  musiqi  əhəngi  yaradır. 
Bəzi  söyüdlərin  salxım  budaqları  suya  çatana  qədər  uzanaraq,  ləpələrə  qoĢulub  qəribə  mənzərə 
yaradır. Bu görünüĢ insanların zövqünü oxĢayır, onların əsəblərinin sakitləĢməsinə səbəb olur. Bəli, 
bir  çox  hikmətləri  ilk  baxıĢda  duyulmayan,  haqq-sayları  mizan-tərəziyə  qoyulmayan  söyüdlər. 
N.A.Obozovun  dediyi  kimi,  bitib  yayıldığı  yerlərdə  digər  ağac  və  kolların  yarada  bilmədiyi  qədər 
münasib mikroiqlim və bitkilər üçün əlveriĢli olan xüsusi fitoiqlim yaratmaq kimi özlərinə məxsus 
bioloji  keyfiyyətlərə  malikdir.  Elə  buna  görədir  ki,  bulaq  və  çaylar  üzərində  baĢ  əyən  söyüdlərin 
kölgəsində  torpağın  və  suyun  hərarəti  aĢağı,  havada  rütubətin  faizi  normal,  havanın  özü  saf  olur. 
Söyüdlər  kənarında  əkildikləri  arxların  suyunun  axma  sürətini  xeyli  azaldır,  ətrafı  yuyulmaqdan 
qoruyur,  pambıq  tarlaları  və  əkin  zəmiləri  üçün  qoruyucu  meĢə  zolağı  vəzifəsini  daĢıyır.  Kənd 
təsərrüfatı  bitkilərinin  ziyanvericiləri  ilə  qidalanan  quĢların  çoxalaraq  yaĢamaları  üçün  sığınacaq 
yaradır. Bir sözlə, söyüdlər gözəllik, sağlamlıq və maddi nemətlər bollluğunun rəmzidir. 
Biz  ilk  dəfə  olaraq  söyüdün  qabıq  hissəsindən  boyaq  məhlulu  hazırlayıb  yun  ipi  açıq 
qəhvəyi,  qəhvəyi,  tünd-qəhvəyi,  Ģabalıdı,  tütünü,  tütünü-qonur,  mixəyi  və  s.  rəng  və  çalarlara 
boyamağa nail olduq. Bundan baĢqa göstərdik ki, söyüdün qabığından aldığımız qatı aĢı və boyaq 
təbiətli ekstraktdan gön-dəri, ətriyyat-kosmetika, sabunbiĢirmə sənayesində də istifadə etmək olar. 
Söyüdün  qabıq  hissəsini  xammal  kimi  apreldən  baĢlayıb,  iyun  ayına  qədər  toplamağı 
məsləhət  görürlər.  Yığılan  xammalı  günəĢ  altında  sərib  qurudurlar.  Qabığın  saxlanma  müddəti  3 
ildir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin