Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə65/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   61   62   63   64   65   66   67   68   ...   730
Ağ söyüd – S. alba L. söyüd cinsinin xalq təsərrüfatı üçün əhəmiyyətli növlərindən biridir.  
Hündürlüyü 15-20 (30) m olan, geniĢ çətirli və əlveriĢli Ģəraitdə gövdəsinin diametri 2-3 m-ə çatan 
ağacdır.  Qabığı  bozdur,  köhnə  gövdəsinin  qabıqları  üzərində  dərin  çatlar  olur. 
Cavan  b  udaqları  gümüĢü  tüklüdür,  köhnə  budaqları  çılpaq  qonurumtul  və  ya 
sarımtıldır.  Tumurcuqları  budağa  sıxılmıĢdır,  sivridir,  təqribən  6  mm 
uzunluğundadır. Yarpaqları nazik olub, ensiz və  ya enli lansetvaridir. Sırğaları 
yarpaqları ilə bir zamanda açılır. 
Ġkiyuvalı  (ikievli)  çiçəkləri  sünbül  Ģəklində  tək-tək  düzülmüĢdür. 
Meyvəsi qutucuqdan ibarətdir. 
Bitki  aprel-may  aylarında  çiçək  açır,  meyvəsi  iyun  ayında  yetiĢir.  Ağ 
söyüd  Azərbaycanda  çox  geniĢ  yayılmıĢdır.  Bu  bitki  sulu  yerlərdə,  arxların, 
çayların  və  xəndəklərin  kənarlarında  tək-tək  və  topa  halında  bitir.  Çox  vaxt  həyətyanı  sahələrdə, 
küçələrdə, yol və arxların kənarında və s. yerlərdə yaĢıllaĢdırma məqsədilə əkilib-becərilir. Nahaq 
yerə  xalq  arasında  deməmiĢlər  ki,  «söyüd  su  ilə  dalaĢmaz»,  «söyüd  çəmən  otları  kimidir,  onu 
biçərsən,  o  yenidən  böyüyüb  formalaĢmağa  baĢlayır»,  «söyüd  uzununa  böyüyür»  və  s.  Qədim 
yunanlar hesab edirdilər ki, söyüd Hekatə və Həre allahlarınındır. 
Roma  Ģairi  Vergiliyanın  əsərlərində  göstərilir  ki,  ilahə  və  pərilər  öz  yaxın  adamlarını, 
sevgililərini itirən zaman qəmginlik rəmzi olaraq söyüd ağacının altında oturub yas saxlayırmıĢlar. 
 Ağ  söyüd  təsərrüfat  cəhətdən  qiymətli,  tez  böyüyən,  torpağa  qarĢı  az  tələbkar  bir  ağacdir. 
ġaxtaya qarĢı həssasdır. YumĢaq yerlərdə, təzə çay çöküntülərində yaxĢı əmələ gələrək, 20 yaĢına 
qədər  hər  il  təqribən  1  m  boy  atır.  Sonralar  boyartma  yavaĢıyır  və  tamam  qocalanadək  diametri 
daim yoğunlaĢır, 100 ilə qədər yaĢayır. 
Respublikamızın  ərazisində  ağ  söyüdün  çox  geniĢ  yayılmasına  baxmayaraq,  ümumiyyətlə, 
ehtiyatı getdikcə azalır. Yalnız geniĢ surətdə becərildikdən sonra sənayedə istifadə etmək üçün bir 
xammal mənbəyi ola bilər. 
Yarpaq  tumurcuqlarından  2,91-7,3%  monosaxarid,  0,39-4,13%  saxaroza,  karotinoid, 


36 
 
yarpaqlarında  karotinoid,  C  vitamini,  apigenin,  izokversetrin,  rutin,  monoqlükozid,  izoramnetin, 
narsissin,  tozcuqlarından  qlükoza,  fruktoza,  qalaktoza,  ramnoza,  C,  P  vitaminləri,  karotin  və  s. 
maddələr aĢkar edilmiĢdir. Gövdəsinin qabığında 14-15%-ə qədər aĢı maddəsi müəyyən edilmiĢdir. 
Söyüd  qabıqları  nazik  dərilərin  aĢılanması  üçün  əvəzolunmaz  xammal  sayılır.  Söyüdlə 
aĢılanmıĢ nazik dərilərdən isə zərif əlcəklər və kitab cildlərinin hazırlanmasında istifadə edilir. 
Söyüdün  qiymətli  müalicəvi  xüsusiyyətləri  haqqında  qədim  yunanların  geniĢ  məlumatları 
olmuĢdur.  Dioskorid  söyüdün  qabıq,  yarpaq,  tumurcuq  və  çiçəklərindən  alınan  Ģirələrin  böyük 
müalicəvi əhəmiyyəti haqqında geniĢ məlumat vermiĢdir. 
Gövdəsinin  qabıq  və  budaqlarından  hazırlanan  ekstraktlardan  büzüĢdürücü,  hemostaz  (qan 
axmasının  kəsilməsində),  dezinfeksiyaedici,  hərarətsalıcı,  damarları  geniĢləndirən  vasitə  kimi 
istifadə edilir. Cövhər, dəmləmə və tozundan isə dizenteriya, qastrit, qəbizlik, daxili qanaxmalarda, 
qadın xəstəliklərində, nevroz, vərəm, tif, revmatizm və s. xəstəliklərin müalicəsində istifadə olunur. 
Bundan  baĢqa  ağ  söyüdün  cövhərindən,  dəmləməsindən,  tozundan  ağız  və  boğazın  qar-qara 
olunmasında,  vannasından  damar  geniĢlənmələrində,  müxtəlif  dəri  xəstəliklərində  istifadə  edir, 
tozunu  isə  yara  qanaxmalarının  üzərinə  qankəsici  vasitə  kimi  səpirlər.  Bolqarıstanda  oynaq  və 
toxumalarda  baĢ  verən  nasazlıqların  aradan  götürülməsində  iĢlədilir.  Yarpaqlarından  hazırlanan 
dəmləmələrdən güclü bağırsaq qanaxmalarında, qızdırmanın aĢağı salınmasında, hamaĢçiçəyindən 
isə  əsəb  və  taxikardiya  (ürəyin  tez-tez  döyünməsi)  əleyhinə  iĢlədilir.  Çiçəklərindən  hazırlanan 
cövhər isə qızdırmanı salan vasitə kimi daxilə qəbul edilir. 
Xalq arasında ağ söyüdü «aspirin ağacı» adlandırırlar. Belə ki, söyüdün qabıqlarından alınan 
salisin – təbii preparat olub, aspirini əvəz edir. Bundan baĢqa uzun müddət söyüdün qabıq və cavan 
budaqlarından  alınan  cövhərdən  qəbul  edən  zaman  insanlarda  damarların  elastikliyi  artır.  Qan 
kapilyarlarının partlayıb və qırılıb sızmalar əmələ gətirməsinin qarĢısını alır. 
Ağ  söyüdün  qabıq  hissəsi  qiymətli  müalicəvi  xüsusiyyətlərə  malikdir.  Ondan  hazırlanan 
preparatlardan  dezinfeksiyaedici,  soyuqdəyəmə,  qanyaradıcı,  sakitləĢdirici,  büzüĢdürücü  və 
sidikqovucu vasitə kimi istifadə edilir. 
Malyariya xəstəlyi yayılan rayonlarda bu xəstəliyi müalicə etmək üçün çox qiymətli və çətin 
tapılan xinin maddəsi söyüd qabığı ilə əvəz edirmiĢdir. Bu qiymətli təbii vasitədən bu gün də bir 
sıra xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin