34
s.) üçün gözəl materialdır. Bəzi söyüd növləri qabıqlarında aĢı maddələrinin xeyli çox olması ilə
digər bitkilərdən fərqlənir. Azərbaycanda söyüdlərdən bu məqsədlə istifadə edilmir. Müxtəlif səbət
söyüdlərinin birillik çubuqlarının qabığı ağaclara göz calağı vurulduqda bir sarğı materialı kimi də
iĢlədilir. Söyüd ağacları həm tikinti, həm də yanacaq, bəzək və dərman xammalı (qlükozid salisin)
kimi də qiymətlidir. Söyüd qabığından hazırlanan preparatlar büzücü maddə kimi, qızdırmanı salan
və qankəsici vasitə kimi iĢlədilir. Xalq təbabətində bu ağacın qabığından (ağ söyüd, keçi söyüdü və
ya kolvarı söyüd, qırmızı söyüd) malyariyaya qarĢı istifadə olunur. Söyüd qabığından alınan tozu
isə irinli yaraların üzərinə səpirlər.
Bir çox söyüd növlərinin qabığı parçaları sarı, qəhvəyi və qırmızı rəngə boyamaq üçün
iĢlədilir. Söyüdlüklər arıçılıq üçün çox qiymətlidir, yazın əvvəllərində söyüd ağacları çiçəkləmə
dövründə çiçək balı (nektar) və tozcuq verir. Arıçılıq üçün ən qiymətli söyüd növləri keçi söyüdü,
kolvari söyüd, küllü söyüd, ağ söyüd, nisbətən az qiymətli olan növlər isə beĢerkəkcikli söyüd, üç
erkəkcikli söyüd, pu rpur söyüdü və s. Bəzi hallarda yaz əlveriĢli keçdikdə və arı ailələri gümrah
olduqda söyüd ağaclarının hər hektarından 150 kq-a qədər bal almaq olur.
Ağac formalı söyüdlərin oduncağı yumĢaq və yüngüldür. Ondan dülgərlik və tokarlıq iĢində,
ev əĢyaları, sadə kənd təsərrüfatı alətləri və s. hazırlanmasında istifadə edilir. Çubuqlarından
cürbərür səbətlər, əl ağacları və s. düzəldilir.
Oduncağından sellüloza istehsal etmək və plastik kütlələr hazırlamaq üçün də istifadə etmək
olar.
Söyüd yaĢıllaĢdırma məqsədilə ən çox əkilən ağacdir. Bağlarda və parklarda, göllərin
ətrafında, xiyabanların, meĢəliklərin kənarında əkilib-becərilən bəzək söyüdləri (xüsusilə də salxım
söyüdlər) bütün dünyada məĢhurdur.
Küçələrdə, yol kənarlarında, evlərin qabağında və həyətlərdə də söyüd əkilir.
Söyüd növlərinin bir çoxunun böyük meliorativ əhəmiyyəti var, bəzi söyüd növləri
qoruyucu meĢə zolaqlarında əkilir, bəzilərindən qumluqlarda, suvarılan torpaqlarda və ya göllərin
ətrafında meĢə salmaq, yarğan və uçurumları bərkitmək üçün istifadə edilir. Söyüd ağaclıqlarında
bəzi ov heyvanları və quĢlar yaĢayıb qidalanır. Budaqları qıĢda ev heyvanları üçün yemdir.
Söyüd növlərinin çoxusu sürətlə böyüməsi (xüsusilə də cavan ikən) və iĢıq sevməsi ilə
fərqlənir. 20-30 illik söyüd ağaclarının istehsalat əhəmiyyəti daha böyükdür.
Dostları ilə paylaş: