Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə62/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   58   59   60   61   62   63   64   65   ...   730
 
SÜSƏNKĠMĠLƏR – Iridaceae Juss. fəsiləsi 
 Sarı süsən – Iris pseudacorus L. 
 
Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmıĢdır. Bunlara ən çox 
Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, ġimal yarımkürəsinin mülayim iqlimli zonalarında 
rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmıĢdır. Süsənin 
xalq təsərrüfatında ancaq bir neçə növündən:  sarı süsən - Iris pseudacorus 
L.,  Florensiya süsəni  - I. florentina L.,  Almaniya süsəni - I. germanica  L., 
solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur. 
Süsən  çiçəyi  təbiətin  yaratdığı  gözəl  canlı  abidədir.  Çox  qədim 
zamanlardan  bizə  qədər  gəlib  çatan  bir  xalq  əfsanəsində  bu  zərif  çiçək 
haqqında deyilir ki, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl 
olur  ki,  bütün  quĢlar  və  heyvanlar  onu  sevməyə  baĢlayır.  Nə  vaxt  ki, 
toxumlar  yetiĢir,  külək  bunları  götürüb  dünyanın  hər  yerinə  aparır.  Bu 
zaman  yer  kürəsinin  hər  yerində  müxtəlif  rəng  çalarlarına  malik  süsən 
əmələ  gəlir.  Məsələn,  nəmli  çəmənliklərdə  qızılı-sarı  süsən,  səhralarda 
qəĢəng  süsən,  dəniz  kənarlarında  qırmızı  süsən,  ən  gözəli  isə  mavi  (hava) 
rəngli və ətirli dağ süsəni yaranmağa baĢlayır.  
Bitkinin  adı  «Ġris»,  «Ġdos»  yunan  sözü  olub,  «göy  qurĢağı»  mənası 
verir.  Beləliklə  müxtəlif  rənglərdə  olan  süsən  çiçəklərini  gözəllik  rəmzi  olan  göy  qurĢağına 
bənzədirlər 
Qədim  insanlar  hər  hansı  bitki  ilə  tanıĢ  olan  zaman  onun  müalicəvi  xüsusiyyətlərinə  fıkir 
verirdilər.  Yunan  həkimi  Dioskorid  (bizim  eranın  I  əsrində)  «Dərman  vəsaiti»  əsərində  süsənin 
müalicəvi  xüsusiyyətlərindən  geniĢ  söz  açır.  Süsənin  yarpaq,  kökümsov  və  kök  hissələri  dərman, 
aĢı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər. Belə ki, 300 ildən artıqdır 
ki,  Ġtaliyada  «bənövĢə  kökü»  adı  ilə  məĢhur  olan  Florensiya  süsənindən  yüksək  keyfiyyətli,  xoĢ 
ətirli, iron maddəsi ilə zəngin efır yağı istehsal olunur. Bu yağdan isə incə bənövĢə çiçəyinin iyini 
xatırladan  ətir  alınır.  Süsənin  bir  çox  növlərinin  kökümsov  və  yarpaq  hissələrində  C  vitamini, 
karotin, flavonoid, aĢı maddəsi, kversetin, lyuteolin, 57%-ə qədər niĢasta, 9,6% piyli yağ, qətran və 
s. maddələr tapılmıĢdır. 
Sarı süsən - I. pseudacorus. Hündürlüyü 80-100 (110) sm olan çoxillik ot bitkisidir. Yerüstü 
hissəsi  budaqsızdır.  Sarı  süsən  yabanı  halda  su  kənarlarında,  bataqlıqlarda  və  rütubətli 
çəmənliklərdə bitir. Sarı süsənin torpaq altnda yaxĢı inkiĢaf etmiĢ iri kökümsov gövdəsi olur. Yayın 
əvvəllərində kökümsovlardakı tumurcuqlardan gövdə,  yarpaq, çiçək və meyvə inkiĢaf edir. Süsən 
sürətlə böyüyür, çəmən bitkilərindən hündürə qalxır, digər bitkilərin inkiĢafına imkan vermir, bütöv 
və  ya  adda-budda  təmiz  qruplaĢmalar  əmələ  gətirir.  Sarı  süsənin  yarpaqları  uzun  müddət,  hətta 
qıĢda  da  yaĢıl  qalır.  Yarpaqları  lansetĢəkilli  və  paralel  damarlıdır.  Çiçəkləri iri  və gözəl  görünüĢə 
malikdir. Ləçəkləri aĢağıdan bitiĢik olub, iri dairə üzrə üç-üç yerləĢir. Xarici dairədəki ləçəkləri iri 
olub,  aĢağıya  əyilir,  daxildəkilər  isə  kiçik  olub,  yuxarıya  qalxır.  Kasa  yarpağı  yoxdur.  Meyvəsi 
üçyuvalı qutucuqdan ibarətdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqust aylarnda 
yetiĢir. 


33 
 
Sarı  süsən  mülayim,  subtropik  və  tropik  iqlimi  sevir.  Respublikamızın  torpaq  və  iqlim 
Ģəraiti süsənlərin inkiĢafı üçün çox əlveriĢlidir. Sarı süsən dərman, efir yağlı, boyaq, aĢı və bəzək 
bitkisi kimi olduqca qiymətlidir. 
Kökümsovları  təzə  vaxtı  iysiz  və  zəhərli  olur.  Ondan  istifadə  etmək  üçün  kökümsovları 
yerdən  qazıb  çıxarır,  torpağını  yuyub  təmizləyirlər.  Sonra  doğranmıĢ  xırda  hissələri  sərib 
qurudurlar.  QurudulmuĢ  kökümsovları  kağız  torbalara  doldurub  xüsusi  anbarlarda saxlayırlar.  3-4 
aydan  sonra  kökümsovlar  incə  bənövĢə  iyi  verməyə  baĢlayır.  Bu  zaman  onun  köklərini  narın  toz 
halına  salıb,  «bənövĢə  kökü»  adlı  efır  yağı  alırlar.  Sonra  alınmıĢ  yağdan  ətriyyat,  kosmetika,  sa- 
bunbiĢirmə  və  s.  ilə  yanaĢı,  qənnadı  məmulatları  və  spirtsiz  içkilər  istehsalında  da  geniĢ  istifadə 
edirlər.  Bundan  əlavə,  narın  kökümsovları  ədviyyat  kimi  bir  çox  xörəklərə  qatılır.  Çiçək  və 
kökümsovunun tərkibində 0,1-0,4% efır yağı, ürək qlükozidləri, 55-57% niĢasta, 10%-ə qədər yağ, 
14%-ə  qədər  aĢı  maddələri  və  s.  tapılmıĢdır.  Bundan  baĢqa  çiçəklərindən  8-10%  flavonoid 
maddələri,  9-15(26)%-ə  qədər  antosian  tərkibli  boyaq  konsentratları  və  s.  alınmıĢdır.  Sarı  süsənin 
qurudulmuĢ kökümsov  və  gövdəsindən xalq təbabətində sidikqovucu və qurdqovucu dərman kimi 
istifadə edilir. Təbabətdə isə diĢ ağrısı, qarın yatalağı və baĢqa xəstəliklərin müalicəsində iĢlədilir. 
Kökümsovu  alkoloidlə  zəngin  olduğundan  onlardan  yalnız  qurudulmuĢ  halda  istifadə  etmək 
lazımdır. 
Sarı süsənin qurudulmuĢ kökümsovlarının sulu dəmləməsi və biĢmiĢi ishalın qarĢısını alır. 
Sulu dəmləməsi həm də böyrək və sidik yollarının iltihabını, ağrıları və daxili qanaxmaları (uĢaqlıq 
qanaxmalarını) kəsir.  
Aristotel,  Dioskorid  öz  əsərlərində  xalq  arasında  süsənin  kökündən  bir  çox  xəstəliklərin 
müalicəsində  geniĢ  istifadə  edilməsi  haqqında  maraqlı  məlumatlar  verirlər.  Qədim  zamanlarda 
süsənin  kökünü  yerdən  qazıb  çıxarır,  yuyub  qurudur,  əzərək  narın  toz  halına  saldıqdan  sonra 
spirtdə, çaxırda həll edərək kəskin ağrı verən sidik kisəsi xəstəliklərini müalicə edərmiĢlər.  
Orta  əsrlərdə  kosmetika  sahəsində  süsənin  kökündən  geniĢ  istifadə  etmiĢlər.  Bitkinin 
cövhəri  diĢ  dibini  möhkəmləndirir  Bundan  baĢqa  üzdə  olan  çilin  yöx  edilməsində,  qanın 
kəsilməsində,  tozunu  balla  qarıĢdırıb  yaranın  üzərinə  çəkərək  və  döyülmüĢ  ətlə  qarıĢdırıb  açıq 
sümüyün  üzərinə  qoyaraq  müalicə  edirmiĢlər.  Tozu  balla  qarıĢdırıb  üzdəki  çillərin  üzərinə 
sürtməklə onları yox edirmiĢlər.  
Süsənin  bir  çox  növlərinin  çiçək  və  kökümsovlarının  tərkibində  yeyinti  və  toxuculuq 
sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat  və kosmetika sahələrində istifadəsi 
mümkün  olan  antosian  və  aĢı  maddələri,  dərman,  efir  yağları  var.  Biz  ilk  dəfə  olaraq  süsən 
çiçəklərindən zəhərsiz və tərkibi bioloji fəal maddələrlə zəngin olan boyaq maddələri alaraq, qida 
məhsullarının boyadılmasında sınaqdan keçirib maraqlı nəticələr əldə etdik.  
Süsən,  əsasən  toxumla,  vegetativ  üsulla  və  kökümsovları  vasitəsilə  çoxaldılır.  Çoxaltma 
üçün  sağlam,  cavan  cücərtilərin  Ģitillərindən  istifadə  olunur.  Nəvbəti  əkin  zamanı  süsəni  biçilmiĢ 
taxıl və yaxud mədəni bitkilər üçün nəzərdə tutulmuĢ sahələrdə əkib becərirlər. ġumlama 27-40 sm 
dərinliyində  aparılır.  ġumlamadan  sonra  hər  hektar  sahəyə  200-300  kq  superfosfat,  100-150  kq 
kalium  gübrələri  verilir.  Bitkinin  inkiĢafı  prosesində  hər  suvarmadan  sonra  kultivasiya  iĢləri 
aparılır, sahə alaq otlarından təmizlənir. Bitkinin hündürlüyü 10-12 sm-ə çatdıqdan sonra hər hektar 
sahəyə  təkrarən  150-250  kq  superfosfat,  80-125  kq  kalium  gübrəsi  verilir.  Ikinci  il  bitkinin  dibi 
yumĢaldılır, alaq otlarından təmizlənir və suvarılır.  
Süsəni  qida  sahəsi  70x30  sm  olan  yerdə  əkib  becərirlər.  Hər  hektar  sahədən  5-8  ton 
kökümsov məhsulu əldə edilir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin