Dəri gicişmələrində, qaşınmalarda. 2 xörək qaĢığı doğranmıĢ otu təmizlənmiĢ bitki yağının
üzərinə töküb ehtiyatla qarıĢdırıb, 3 gün qaranlıq yerdə saxlayın. AlınmıĢ məhlulu süzüb xəstə
nahiyəyə sürtün.
Göbələk xəstəliklərinə qarşı. 2 xörək qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, vam
od üzərində 20 dəqiqə qaynadın. Sonra süzüb üzərinə isti su əlavə edib 1 stəkan həcminə çatdıırın.
AlınmıĢ ekstraktdan xəstə nahiyəyə kompres qoyun. Əməliyyatı xəstəlik sağalana qədər davam
etdirin.
Ayaqda olan göbələk xəstəliyinin müalicəsində.DoğranmıĢ ot hissəsindən bir qədər qaba
töküb, ağzı bağlı halda qaynar suda pörtlədib 10 dəqiqə vam od üzərində qaynatdıqdan sonra süzün.
AlınmıĢ məhlulu tənzifə hopdurub həftədə 2 dəfə xəstə nahiyəyə sürtün. Müalicə kursu
uzunmüddətlidir.
Diqqət! Pıtraq həddən artıq zəhərli olduğu üçün daxilə qəbul edən zaman göstərilən
xammalın miqdarına fıkir verin. Əgər məhluldan xarici nahiyələrə sürtən zaman giciĢmə baĢ verərsə
müalicəni dayandırın.