«Heliantus annus» adlandırılır.
Vaxtilə «günəĢçiçəyi» Avropada ən geniĢ yayılan və bəzək bitkisi kimi sevilən qiymətli
bitkilərdən biri hesab edilirdi. ġairlər ona Ģerlər həsr etmiĢ, rəssamlar onun müxtəlif formada Ģəklini
çəkmiĢlər. XVII əsrdə avropalılar günəbaxan toxumlarından hazırlanmıĢ çərəzlərdən, Ģirniyyatdan
geniĢ istifadə etməyə baĢlamıĢlar. Onun toxumlarından qəhvə əvəzi kimi, yaĢıl hissələrindən isə
qida kimi istifadə edilmiĢdir. Bu barədə məĢhur aqronom A.T.Bolotov belə yazırdı: «Cücərən
zaman onun gövdəsinin cavan və yumĢaq hissələrini qırıb, açılmayan qönçələri də qabıq hissədən
azad edərək, yumĢalıb tam biĢənə qədər qaynadırdılar. Suyunu süzüb tullayır, biĢmiĢ tərəvəzin
üzərinə bir az üzüm Ģərbəti, donuz piyi, duz, qoz çiçəyi (ədviyyə kimi) əlavə edib, Ģorba hazırlayıb
ləziz xörək kimi yeyərmiĢlər. Günəbaxanın cavan zoğ və qönçələrindən hazırlanan bu cür ləziz
xörək növləri xalq tərəfindən o qədər də rəqabətlə qarĢılanmadı.
Bir qədər sonra, 1716-cı ildə ingilis mütəxəssisi A.Benua ilk dəfə günəbaxan toxumlarından
yağalma üsulunu iĢləyib hazırladı və bunu həyata keçirməyə nail oldu. Əldə olunan yağdan ilk
dövrlərdə boyaq və gön-dəri sənayesində istifadə edilirdi.
Sahibkarlar, A.Benua üsulu ilə toxumdan alınan yağ məhsulunu bir sıra xarici ölkələrə də
satmağa çalıĢırdılar. Lakin sahibkarlar ilk vaxtlar bu məqsədlərinə nail ola bilməmiĢlər. Çünki
xaricilərin bu yağın xüsusiyyətləri haqqında tam təsəvvürləri yox idi. Lakin bu çətinliklərə
baxmayaraq günəbaxan bitkisi öz «xoĢbəxtliyini» rus torpaqlarında tapdı. «GünəĢ çiçəyinin»
Rusiyaya nə vaxt gətirilməsi barəsində heç bir yazılı mənbə yoxdur. Buna baxmayaraq bir çox
alimlər bunun I Pyotrun qrafı A.Razumovski tərəfindən, digərləri isə A.V.Suvorov Avropa
yürüĢündən qayıdan zaman adı məlum olmayan əsgər tərəfindən gətirildiyini irəli sürürlər. Bəziləri
bitkinin toxumunun rus bağça sevərləri tərəfindən xaricdən alınmasını və yaxud Rusiyaya sürgün
edilən alman koloniyaları tərəfindən gətirildiyini deyirlər. Bütün deyilənlərə baxmayaraq, XVIII
əsrin ikinci yarısında bəzək bitkisi kimi sayılan günəbaxan bitkisinin çoxlu səbəti olan yeni-yeni
sortları alınıb əkilməyə baĢlandı. Bir müddətdən sonra Qərbi Avropa ölkələrinin bəzəyi olan
günəbaxan bitkisi sortlarının əksəriyyəti Rusiyanın bağ və bağçalarının bəzəyinə çevrildi. Sonralar
isə əkin sahələrində toxum məqsədləri üçün geniĢ əkilib-becərilmiĢdir. Təbiidir ki, əkinçilər ilk
anlar bunun çoxsaylı səbət formalarından yox, əksinə iri toxumlu və iri səbətçiyi olan formalarını
əkib-becərməyə baĢlamıĢdılar. Sahələrdə yaxĢı ĢumlanmıĢ, alaq otlarından təmizlənmiĢ,
gübrələnmiĢ, aqrotexniki üsulları tətbiq etməklə günəbaxan bitkisinin yeni-yeni iritoxumlu, yağla
zəngin olan sortlarını yaratmıĢlar. Kənd təsərrüfatı bitkilərinin tarixi ilə məĢğul olan məĢhur
232
tədqiqatçı F.X.Baxteyev qeyd edirdi ki, mutasiyanın köməyi ilə səbətinin diametri 40 sm,
toxumunun uzunluğu 25 mm olan günəbaxan sortları yaradılmıĢdır. XVIII əsrin ortalarında belə bir
fıkir irəli sürməyə baĢladılar ki, görəsən günəbaxandan daha hansı sahələrdə istifadə etmək olar.
Yalnız çərəz hazırlanması üçün Ukrayna, eləcə də Saratov vilayətində geniĢ sahələrdə günəbaxan
əkməyə baĢlamıĢdılar. Keçdikcə sahibkarlar sonralar bitkinin ən əhəmiyyətli cəhətlərindən biri
yüksək qidalılıq keyfiyyəti olan yağın alınmasını aĢkar etdilər.
Lakin bir müddət bu gözəl xüsusiyyətlərinə baxmayaraq onun əkilməsi dayandırıldı.
XIX əsrin 30-cü illərində Rusiyada yağ almaq məqsədi ilə günəbaxan bitkisini yenidən geniĢ
sahələrdə əkib-becərməyə baĢlandı. Bu iĢlər Alekseyevka qəsəbəsində qraf ġeremetyev tərəfindən
həyata keçirilirdi.
40-cı illərdə Alekseyev malikanəsinin məlumatına görə əkilən günəbaxandan 30 min puda
qədər toxum əldə edilmiĢdi. Lakin Rusiyada günəbaxan toxumundan yağ istehsalını irəli sürən və
buna təĢəbbüs göstərən adamın adı məlum deyildi.
Birinci dəfə günəbaxan toxumundan yağalma təĢəbbüsünü irəli sürən Ģəxsin adı xalqa 1860-
cı ildə məlum oldu. 1860-cı ildə mülkədar A.Terentiyevin günəbaxanın becərilməsinə dair Moskva
Kənd Təsərrüfatı Cəmiyyətinin jurnalında dərc edilən məqaləsində deyilir: «1841-ci ildə zadəgan
ġeremetyevanın zavodunda xalqın xatirəsində qalan Bokarev adlı bir ixtiraçı mühəndis çalıĢmıĢdır..
Bokarev əldə etdiyi günəbaxan toxumunu öz əkin sahəsində əkməyi qərara alır. O, yay aylarının
sonunda əldə etdiyi toxumdan , əl üsulu ilə yüksək keyfiyyətli yağ ala bilmiĢdir.
O, yağı heç yerdə, hətta bazarlarda da görməmiĢdi. Bokarev yüksək keyfiyyətli yağ əldə
etdiyi üçün onun sevincinin həddi-hüdudu yox idi. O birisi ili, yəni 1942-ci ildən baĢlayaraq
Bokarev günəbaxanın əkin sahəsini ilbəil artıraraq, xeyli toxum əldə etmiĢ, çoxlu miqdarda yağ
alıb, satıĢa göndərmiĢdi. Bokarevdən sonra Alekseyev qəsəbəsinin baĢqa bir əkinçisi də günəbaxan
toxumundan yağ almağa baĢlamıĢdır. Bir müddətdən sonra Alekseyev və Biryuçinski qəzalarından
əlavə bütün Voronej quberniyası tamamilə günəbaxan bitkisi əkib-becərməklə məĢğul olmuĢdur.
Buradan da Ukrayna, Kuban, ġimali Qafqaz, xüsusən Saratov quberniyasında və s. yerlərdə «günəĢ
çiçəyi» bitkisinin yeyilən «çırtlanılan» sortları geniĢ sahələrdə əkilmiĢdir. Yağ almaq məqsədi ilə
əkilən günəbaxan sahəsinin çoxluğuna görə o dövrlərdə Saratov quberniyası birinci yerə çıxmıĢdı.
90-cı illərdə yalnız Saratov quberniyasında günəbaxan yağının 80 faizi istehsal olunmuĢdur. Yağ
istehsalı ilə məĢğul olan baĢqa 10 quberniyada isə ancaq 20 faizə qədər yağ istehsal etmək mümkün
olmuĢdur. 90-cı illəıdə Saratov quberniyasının Volski, Saratov, Atkarski vilayətlərində əkilən tarla
bitkilərinin 32-34%-dən çoxu günəbaxanın payına düĢürdü. Bu illər çoxlu toxum məhsulu əldə
edilmiĢdi. Belə ki, əkilən hər hektar sahədən 98-100 puda qədər toxum əldə olunurdu. Bu dövrdə
günəbaxan toxumu, taxıl toxumlarından üstün sayılırdı. Günəbaxan yağına tələbat günü-gündən
artırdı. Bunu nəzərdən qaçırmayan sahibkarlar əkin sahələrini durmadan geniĢləndirirdilər. Bu
zaman Voronej, Saratov və digər quberniyaların seleksiyaçıları məhsuldar və yağ çıxımı yüksək
olan sortların yaradılması ilə məĢğul olmuĢlar. Bu dövrlərdə yüksək məhsuldar sortlar
yaradılmıĢdır. BaĢqa ərazilərdən toxum əldə edilib, bu ərazilərdə əkilən toxumdan əmələ gələn bitki
5 aydan sonra toxum verdiyindən, əkinçilər bununla qane olmayıb, yeni tezyetiĢən sortlar
yaratmağa çalıĢdılar. Onların gərgin əməyi hədər getmədi. Belə ki, 70-80 gün ərzində vegetasiya
dövrünü baĢa vuran sortların əldə edilməsinə nail oldular. Xalq seleksiyaçıları öz təcrübələrini
sürətlə davam etdirərək yaxın illərdə 10-a qədər yeni məhsuldar və tezyetiĢən sortlar eldə etməyə
nail oldular. Sonralar isə yağ çıxımı yüksək olan sortlar yaradılmağa baĢlandı. Çırtlama - «yemək»
məqsədi ilə yaradılan günəbaxan sortlarının toxumları uzun, qabıqları qalın, yağ təbiətinə malik
olanlar isə əksinə qısa, sıx rüĢeymə malik nazik qabıqlı, yağı yüksək olan ĢiĢtəhər toxumlu sortlar
idi. Beləliklə, günəbaxanı Rusiyada bir neçə istiqamətdə: toxumları xırda olub, bəzək bitkisi kimi,
toxumları iri yemək məqsədi üçün, tərkibində çoxlu yağı olan və s. sortları inkiĢaf etdirməyə
baĢlamıĢdılar. Ġldən-ilə günəbaxanın sahələrini geniĢləndirən əkinçilər, mülkədarlar, yağ istehsal
edən sahibkarlar, tacirlər, satıcılar böyük miqdarda gəlir əldə edib varlanırdılar. Birdən əkin
sahələrinin üzərini pas göbələkləri bulud kimi aldı. Ani halda bitkinin yarpaqları qaralıb külə
döndü, bitki məhv olmağa baĢladı. Məhsuldarlıq demək olar ki, tamamilə yox dərəcəsinə endi.
1869-cu ildə Voronejin zəngin sənayeçisi A.R.Mixaylov «Yer quruluĢu» qəzetində yazırdı:
233
«1866-cı ilin qorxusu, heç bir Ģeylə müqayisə olunmaz, bədbəxtçilik gələrək, yağ sənayesini
tamamilə tənəzzülə uğratdı. Belə ki, hər il min pudlarla yağ satılan bazar olan Alekseyevka bazarı
boĢaldı. KasıblaĢmıĢ adamlar çörək almağa belə pul tapa bilmədilər. Ġnsanlar çıxılmaz vəziyyətdə
qalaraq, bu dəhĢətli «parazitə» qarĢı necə mübarizə aparmağın yolları haqqında düĢünürdülər. Bu
arzuolunmaz «parazit» günəbaxan bitkisinin Ģirəsini sorub onun axırına çıxırdı. Hər ildə yağ
istehsalı zamanı Saratovdan Moskvaya, Peterburqa və s. Ģəhərlərə, müxtəlif quberniyalardan 250-
300 min puda qədər yağ göndərildiyi halda, 1869-cu ildə ancaq 40 pud göndərilmiĢdir. Bir çox yağ
zavodları toxumun çatıĢmazlığı üzündən öz iĢlərini dayandırmıĢdır.
BaĢ vermiĢ bu ağır vəziyyətdən çıxıĢ yolunu ancaq xalq seleksiyaçıları tədricən tapmağa
baĢladı. Belə ki, əkinçilər sahələrdə pas göbələyinə qarĢı davamlı olan yaĢıl yarpaqlı günəbaxan
bitkilərinin tək-tək olsa da qaldıqlarını nəzərlərindən qaçırmadılar. Bu davamlı günəbaxan
toxumlarından xalq seleksiyaçıları pas göbələyinə qarĢı yeni davamlı günəbaxan sortu əldə etdilər.
Bu sorta yarpağının rənginə görə «yaĢıl» adı veımiĢdilər. Günü-gündən günəbaxan bitkisinin əkin
sahələri geniĢləndirilirdi. Bir azdan sonra ikinci bədbəxtçilik baĢ verdi. Hər yerə yayılan yeni
parazit «qurdcuğaz» peyda oldu. Bu xəstəlik nə bitkinin gövdəsində, nə də yarpağında görünürdü
bu ancaq bitkinin kökündə parazitlik edərək, onun qidasını «əlindən alıb» özü yeyirdi. Bunun
nəticəsində göz görə-görə bitki məhv olmağa baĢlayırdı. Parazitin məhvedici kiçik sporları külək
vasitəsilə çox uzaq məsafələrə yayılaraq, torpaq və otların içərisində gizlənərək əlverĢli Ģəraitdə
yenidən inkiĢaf edib, əkin sahələrini məhv edirdi. Parazit 8-10 il dinclik vəziyyətdə olmasına
baxmayaraq öz yaĢama qabiliyyətini saxlayırdı. Bir çox torpaq sahələri bu parazitlə yoluxduğundan
bu yerlərə günəbaxan toxumu əkmək hədər idi. Bu parazitə qarĢı kimyəvi mübarizə üsulu məlum
olmadığı üçün, ancaq aqrotexniki üsullarla mübarizə aparırdı. Belə ki, əkin sahələrində olan bitkilər
kökündən çıxarılır, bir yerə toplanır, yandırılır, dərin Ģum edilərək, dondurma iĢləri aparmaqla və s.
mübarizə tədbirləri görülürdü. Buna baxmayaraq parazit inkiĢaf edib, öz «düĢmənçiliyini» davam
etdirirdi. Yenə də əkinçilərin köməyinə xalq seleksiyaçıları gəldi.
Belə ki, xalq seleksiyaçıları bu zaman təbii və süni seçmə üsulları hazırlayaraq, xəstəliyə
qarĢı davamlı sortlar yaratmaq üzərində gərgin iĢ apramağa baĢladılar. Lakin bir xəstəliyə qarĢı
mübarizə aparıb qurtarmamıĢ, o biri xəstəlik əmələ gəlirdi. Ġndi də günəbaxan güvəsi əmələ
gəlməkdədir. Bu güvələr günəbaxan səbətinə daxil olub, toxumları yeməyə baĢlayır, bitkini məhv
edirdilər. Saratov quberniyasında əkilən günəbaxan sahəsi əsas etibarilə güvə parazit ilə tamamilə
məhv edilmiĢdir. Buna qarĢı mübarizə ancaq tarlalarda olan xəstə bitkiləri yandırmaqla həyata
keçirilirdi. Alınan kül isə zavodlara göndərilib, potaĢ istehsal olunurdu. Bu dövrlərdə günəbaxanın
əkin sahəsi kəskin surətdə azalmağa baĢladı. Bu dəfə də güvəyə qarĢı mübarizə üsulunu saratovlu
aqronom Ġ.M.Karzin tapdı. O, müxtəlif günəbaxan sortlarını güvəyə qarĢı sınaqdan keçirməyə
baĢladı. Nəhayət, buna qarĢı davamlı Kaliforniyada bəzək məqsədi ilə əkilən günəbaxan sortu oldu.
Bu budaqlanan, çoxlu kiçik səbətçiyi olan çoxləçəkli günəbaxan idi. Əksər çiçəkləri toxum
vermirdi, lakin yuxarı çiçəklərdə güvəyə qarĢı davamlı toxumlar əmələ gəlməyə baĢladı. Aqronom
Karzin çarpazlaĢma üsulu ilə bu dekorativ sortlardan yüksək yağlılıq xüsusiyyətinə malik sortlar
əldə etmiĢdir.
Toxumların qabığı öyrənilərkən isbat edildi ki, onun tərkibində zəngin karbon birləĢmələri
vardır. Bu qabıq o qədər qalın olur ki, tırtıl gənəsi onu kəsib toxumunu məhv edə bilmirdi.
Bu davamlı sortun meydana gəlməsi ilə əlaqədar 1913-cü illərdə günəbaxanın əkin sahələri
yenidən geniĢləndirilərək bir milyon hektara çatdırılmıĢdı. Beləliklə, rus kəndlisi tərəfindən
«Amerika yabanısı» əvvəlcə park, bağ və bağçaların bəzədilməsində, sonralar yemək uçün, nəhayət
yağ istehsalı sahəsi kimi inkiĢaf etdirilmiĢdir. Rusiyada günəbaxan təsərrüfatını inkiĢaf etdirmək
üçün əkinçilərə seleksiyaçı-alimlər öz kömək əllərini əsirgəməmiĢlər. Bu dövrdə bir çox təcrübə
stansiyaları yaradılaraq, baĢqa taxıl bitkilərilə yanaĢı günəbaxan bitkiləri üzrə də elmi tədqiqat iĢləri
aparılaraq yeni-yeni məhsuldar və müxtəlif xəstəliklərə qarĢı davamlı sortlar yaradılması üçün
gərgin əmək sərf edilmiĢdir. 1912-1913-cü illərdə Saratov təcrübə stansiyasında seleksiyaçılar
tərəfindən Saratov 169, Xarkov-76, «YaĢılı» sortu əldə edilmiĢdir. Bu zaman tezyetiĢən, eləcə də
Sibirin Ģaxtasına davamlı sortlar yaradılmıĢdır. Bu bitkilər əvvəlki sortlardan müxtəlif xəstəliklərə
qarĢı davamlı və məhsuldar olmaları ilə fərqlənirdilər. Sovet seleksiyaçı alimlərinin ən böyük
234
nailiyyəti yüksək yağlılığa malik sortların yaradılıb, əkinçilərin ixtiyarına vermələri olmuĢdur.
V.S.Pustavoyanın təĢəbbüsü ilə 1972-ci ildə Kuban kənd təsərrüfatı məktəbi, Krasnodar
vilayətində isə «Kruqlik» adı altında təcrübə stansiyası yaradılmıĢdır. Bunlar da inkiĢaf etdirilərək
1932-ci ildə Ümumittifaq elmi-tədqiqat yağlı bitkilərin mədəni hala keçirilməsi ilə məĢğul olan yeni
institut yaradılmıĢdı. Bu dövrlərdə Saratov və Voronejdə olan təcrübə stansiyalarının hamısı Kuban
vilayətində mərkəzləĢdirilmiĢdi.
V.S.Pustavoy birinci dəfə «Kruqlik A-41» sortu yaratmıĢdır. Bu sortun toxumunun
tərkibində 36%-ə qədər yağ olmuĢdur. Bu əvvəlki sortlara nisbətən 3-6% çox idi. 30-cu illərin
axırlarında onun yaradıtdığı baĢqa bir günəbaxan sortunun tərkibində isə 38-40% yağ aĢkar
edilmiĢdir. Bu sort mütəxəssisləri təəccübünə səbəb olmuĢdur. 50-ci illərdə isə V.S.Pustavoy öz
əməkdaĢları ilə birlikdə toxumunun tərkibində 42,15% yağ saxlayan yeni sort da eldə etmiĢdilər.
60-cı illərdə isə toxumunun tərkibində 48,0-52,5, bəzisində isə 57% yağ saxlayan ―qabaqcıl‖
günəbaxan sortu yaranmıĢdır. Bu sort baĢqa sortlardan məhsuldarlığına, xəstəliklərə davamlığına
görə fərqlənirdi.
Xalq seleksiyaçıları tərəfindən yaradılan yeni sortlar pas göbələklərinə qarĢı çox davamlı və
yüksək məhsuldar olmuĢlar. Buna baxmayaraq pas göbələyi xəstəliyi yenə də tək-tək hallarda
özünü göstərirdi. V.S.Pustavoy bu problemlə məĢğul olmağa baĢladı. O, ABġ-ın Texas Ģtatından
gətirdiyi yabanı növü baĢqa bir məhsuldar günəbaxan sortu ilə çarpazlaĢdırmıĢ, lakin çox
budaqlanan və kiçik səbətləri olan günəbaxan forması əldə etmiĢdir. O, təcrübələrini davam
etdirərək, pas göbələyinə qarĢı davamlı və məhsuldar yeni sort əldə etməyə nail olmuĢdur. Pustovoy
bu sortunu sovet seleksiyasının Ģahı adlandırdı. Hal-hazırda bu sort Ukrayna və Kuban, Saratov,
Volqoqrad, Voronej vilayətlərində geniĢ əkilib-becərilir. Bunu hətta Bolqarıstan, Macarıstan,
Rumıniya, Fransa və bir sıra Qərbi Avropa ölkələrində, hətta ABġ-da əkib-becərməyə baĢlamıĢlar.
Ġlk dəfə Voronej alimləri (seleksiyaçıları) tərəfindən əkilən günəbaxan dünya əkinçilik
mədəniyyətində birinci yerə çıxmıĢdı. Belə ki, hər hektar sahədən alınan məhsuldan 15 sentner yağ
əldə edilir. Bu qədər məhsul hal-hazırda dünyanın heç bir ölkəsində əldə edilməmiĢdir. Aqrotexnika
elminin yeniliklərinə əsaslanaraq, günəbaxan bitkisinin məhsuldarlığı hər hektar sahədən (1913-cü
ilə nisbətən) 12-13% artıq toxum əldə edilməsinə səbəb olmuĢdur. Qabaqcıl təsərrüfatlar hər hektar
sahədən 20 sentnerdən artıq toxum əldə etməyə nail olmuĢlar ki, bu da 1 tondan artıq yağ deməkdir.
XTNS-də Krasnodar vilayəti hər hektardan 30 sentner toxum məhsulu verən günəbaxan sortu
nümayiĢ etdirmiĢdi.
Seleksiyaçı alimlər bugünkü nailiyyətlərilə kifayətlənməyərək, yeni-yeni məhsuldar, tez
yetiĢən hündürlüyü 100 sm olan günəbaxan sortları yaratmaq üzərində gərgin iĢ aparırlar. Onlar elə
sortlar yaratmaq istəyirlər ki, hal-hazırda hər hektar sahəyə əkilən 20-60 min ədəd əvəzinə 100 min
bitki əkmək mümkün olsun. Bundan əlavə mal-qaranın yem bazasını möhkəmləndirmək məqsədilə
silos hazırlamaq üçün yeni sortlar əldə edilərək kənd əməkçilərinin öhdəsinə verilmiĢdir. Bu
məqsədlə seleksiyaçı alimlər tərəfindən silos məqsədi ilə istifadə olunan «Giqant- 549» sortu əldə
edilmiĢdir. Bu sort hər hektar sahədən 1000 sentner yaĢıl kütlə əldə etməyə imkan verir.
Gövdəsində 40-dan artıq budağı olur. Bu sort öz keçmiĢ yabanı növünü xatırlatmaqla yanaĢı
budaqlarının sayı və məhsuldarlığı ilə ondan fərqlənir.
Günəbaxanın qiymətli yağ, dərman, boyaq, yem və s. əhəmiyyətini nəzərə alıb
respublikamızda bitkinin geniĢ əkin sahələrinin təĢkil edilməsi də məqsədəuyğun olardı.
Dostları ilə paylaş: |