Gülümbahar – Calendula officinalis L.
Dünya florasının tərkibində 20-30-a qədər növünə rast gəlmək olar.
Bu növlərin mənĢəyini Kanar adalarından məlumdur. Çin ərazilərinə qədər yayılmıĢdır.
Azərbaycan ərazisinə gülümbahar növlərinin toxumları XIII əsrdə Orta Aralıq dənizi ölkələrindən
əsən küləklər vasitəsilə gəlib çıxmıĢdır. Gülümbahar cinsinin Qafqazda, o cümlədən Azərbaycanda
3 növü yayılmıĢdır. Bu növlərdən ikisi yabanı, bir növü isə mədənidir. Gülümbahar torpağa az
tələbkar olmaqla, az qulluq tələb edən bütün ili çiçək açan
bitkilərdəndir. Calendula-nın latınca mənası hər ayın birinci
gününü bildirir. Qədim Roma xalqı gülümbaharı «hər ayın birinci
günü» adlandırmıĢlar. Botaniklər qədim Romada gülümbaharın 12
sortunu əkib və bu sortları elə seçiblər ki, hər biri baĢlanan ayın
birinci günü çiçək açırmıĢ. Əvvəllər insanlar gülümbahardan öz
mətbəxlərində xörəklərə zövq oxĢayan qızılı sarı rəng və xoĢ tam
vermək üçün ədviyyat kimi istifadə etmiĢlər. Az sonra
gülümbahar ilə həkimlər maraqlanmağa baĢlamıĢlar. Ġnsanları ən
çox Calendula officinalis maraqlandırmıĢdır. Calendulanı bir çox
xalqlar toxumunun quruluĢuna görə «piĢik caynağı» adlandırmıĢlar. Doğrudan da gülümbaharın
toxumları piĢik caynağına oxĢayır. Gülümbahar çiçəklərinin rəngi nə qədər çox parlaq olarsa, onun
tərkibindəki müalicəvi təsirə malik maddələrin miqdarı bir o qədər çox olacaqdır. Bitkiyə xoĢ ətirli
iy verən tərkibindəki efir yağı və qatran maddələridir. Gülümbahar çiçəklərini toplayan zaman bir
neçə dəqiqədən sonra barmaqlarınızın üzəri ətəoxĢar ətirli təbəqə ilə örtüldüyünün Ģahidi
olacaqsınız. Gülümbahardan hazırlanan cövhər dezinfeksiyaedici xüsusiyyətlərə malik olub
yaraların tez sağalmasına təsir edir, mazından isə dəridə əmələ gələn çiban, çivzə, səpkilərin,
ekzemaların və s. müalicəsində sürtkü kimi istifadə edilir. Qurudulub narın toz halına salınmıĢ
Çiçəklərini«zəfəran» əvəzi kimi kulinariyada istifadə edilir.
Gülümbahar birillik, nadir hallarda isə çoxillik ot bitkisidir. Gövdəsi 20-25, bəzən də 75 sm
hündürlüyündə, saçaqlı budaqlanan, qabırğalı olub, tüklərlə öıtülmüĢdür. Yarpaqları növbəli,
uzunluğu 13 sm olub, aĢağı yarpaqları saplaqlı, uzunsov-tərs yumurtavari, yuxarıdakılar oturaq
uzunsov-lansetvaridir. Çiçəkləri iri, gövdənin yuxarı hissəsində tək-tək yerləĢən parlaq sarı-narıncı
və yaxud naııncı-qırmızı rəngli səbətdə toplaĢmıĢdır. Bitki mart-aprel-may aylarından payızın son
ayına qədər çiçəkləyir. Ġyulda meyvə verir. Gülümbahar cinsinin dünyada yabanı halda 20 növü
yayılmıĢdır. Bunlara ən çox Orta Aralıq dənizi ətrafındakı ölkələrdə və Ġranda rast gəlinir. Mədəni
halda becəriləni isə dərman gülümbaharıdır. Onu bütün Avropa ölkələrində, ABġ-da və s. qiymətli
dərman və bəzək bitkisi kimi geniĢ əkib-becərirlər. Ukraynada ən yaxĢı dərman və bəzək bitkisi
sayılır.
Respublikamızda gülümbahar çoxdandır ki, yalnız bəzək bitkisi kimi becərilir. Onu
Azərbaycanın hər yerində xüsusən, rayon mərkəzlərində, bağlarda, bağçalarda, həyətlərdə əkirlər.
Gülümbahar çox qiymətli dərman, boyaq və bəzək bitkisidir. Çiçəklərinin tərkibində karotin
(C
40
H
56
), likopin (C
40
H
56
O
4
), rubiksantin (C
40
H
56
), violaksantin (C
40
H
56
O
4
), rubiksantin (C
40
H
56
O),
neolikopin A, tsikloksantin (C
40
H
56
O), flavoxrom (C
40
H
56
O), flavoksantin (C
40
H
56
O
3
),
xrizantemonsin, sitraksantin və s. maddələr tapılmıĢdır. Çiçəkdə karotinoidlərin ümumi miqdarı
3%-ə qədər olur. Bundan əlavə çiçəklərinin tərkibində izoramnetin, rutin, izoramnetin-3- qlükozid,
kversetin-3-D-qlükozid, narsissin flavonoidləri, 0,02% efır yağı, 3,4% qətran, 4,0% selik, albumin,
6,8% alma turĢusu, pentadtelsin (C
15
H
30
O
2
), kalendulozid, A, B, C, D, D
2
və F, S vitaminləri,
alkaloidlərin izi və s. tapılmıĢdır. Ot hissəsinin tərkibində isə kalenden (C
23
H
38
O
7
), aĢı maddəsi,
arindol, farodiol triterpenləri, toxumunda isə piyli yag maddəsi və s. aĢkar edilmiĢdir. Bundan əlavə
çiçəklərinin tərkibində 8,01% kül maddəsi, mq/q olmaqla: 29,80 - K, 11,40 - Ca, 2,50 - Mg, 0,15 -
Fe makroelementləri, mkq/q olmaqla: 0,20 - Mn, 0,86 - Cu, 1,31 - Zn, 0,03 - Co, 1,47 - Mo, 0,09 -
Cr, 0,05 - Al, 4,20 - Se, 0,25 - Ni, 0,10 - Sr, 0,03 - Pb, 0,05 - I, 48,40 - B mikroelementləri aĢkar
edilmiĢdir.
247
Gülümbahardan müalicə məqsədləri üçün ilk dəfə qədim yunanlar istifadə edərək,
gecsağalan, uyuĢmayan yaraların, qızdırma xəstəliklərinin, ekzema və çibanların, eləcə də bəd
xassəli ĢiĢlərin sağaldılmasında istifadə etmiĢlər.
XIX əsrin axırları XX əsrin əvvəllərində gülümbahar bitkisi alimlərin diqqətini özünə daha
çox cəlb etmiĢdir. Biokimyaçı alimlər onun kimyəvi tərkibini tədqiq etməyə baĢlamıĢlar.
Gülümbahar dərman bitkisi kimi xalq təbabətinə XII əsrdən məlumdur. O zamanlar ondan
tərlədici, dezinfeksiyaedici, büzüĢdürücü, irinləmə əleyhinə və s. məqsədlər üçün geniĢ istifadə
olunmuĢdur. Ġbn Sina qeyd edirdi ki, gülümbahardan hazırlanmıĢ cövhərdən tükün tökülməsində,
sinir xəstəliklərində, zəhərli həĢərat sancmalarına qarĢı istifadə olunmuĢdur.
Gülümbahardan hazırlanan preparatlarla anginanı, stomatiti, alveolları və s. müalicə edirlər.
Eyni zamanda dərman gülümbaharından hazırlanan dərmanlarla mədə və onikibarmaq bağırsaq
yaralarını, qastriti, uĢaqlıq və sidik qanaxmalarını, qara ciyər və öd axacaqlarının xəstəliklərini
sağaldırlar. Bundan baĢqa, ondan hipertoniya xəstəliyi zamanı ürək ritmini tənzimləmək üçün
istifadə olunur. ġiddətlənmiĢ xərçəng xəstəliyinin təsirini zəiflətmək üçün «KN» preparatı iĢlədilir.
«KN» orqanizmin zəhərlənməsini azaldır, xəstədə gəyirmə, ürək bulantısı, ağrı və digər xoĢagəlməz
halların qarĢısını alır, iĢtah və yuxu gətirir. «KN» dərmanlarının bir hissəsini gülümbaharın
çiçəyindən alınmıĢ cövhərlər təĢkil edir.
Müəyyən edilmiĢdir ki, gülümbahar dərmanları mərkəzi sinir sistemini sakitləĢdirir, qan
təzyiqini azaldır, ürək döyünməsini tənzimləyir. Bu bitki çox güclü bakterisid xassəyə malik
olduğundan stafılokok və streptokoklara yaxĢı təsir edir. Xalq təbabətində qurudulmuĢ
çiçəklərindən çay dəmləyib öd yolları, ağız boĢluğu, diĢ, boğaz ağrısı və s. xəstəliklərin
müalicəsində istifadə edirlər.
QurudulmuĢ çiçəkləri əvvəlcə xırdalayır, sonra kərə yağında məlhəm hazırlayaraq, gec
sağalan yaraların, eləcə də çibanın üstünə yaxırlar. Gülümbahar preparatları soyuqdəymələrdə,
ödqovucu kimi, böyrək daĢları və diatez əleyhinə də iĢlədilir.
Gülümbahar cövhərindən ağız boĢluğu soyuqdəymələrində, diĢ əti qanaxmasının
kəsilməsində, qabar və ziyillərin, piqment ləkələrinin müalicəsində geniĢ istifadə olunur.
Gülümbahar çiçəklərindən hazırlanan yaxma, krem və mazlardan dəridə əmələ gələn
yaraların, qaĢınma və göbələk xəstəliklərinin müalicəsində geniĢ istifadə edilir. Çiçəklərindən
hazırlanınıĢ karotinlə zəngin kremindən dərinin epitel toxumasının tezliklə bərpa edilməsində
əvəzolunmaz vasitədir. Hazırda mağazalarda gülümbahar çiçəklərindən hazırlanınıĢ müxtəlif adlı
losyon, Ģampun, krem, maz və yaxmalar satılır.
Biz isə dünyada ilk dəfə olaraq ciçəklərindən karotinlə zəngin preparat almıĢıq. Bu
texnologiya üçün bizə «patent» verilmiĢdir.
Hazırda elmi təbabətdə gülümbahar çox məĢhur dərman bitkisi hesab edilir. Hələ qədim
zamanlarda məĢhur təbiblərdən Hirppokrat, Ġbn Sina, Halen, Dioskorid, Parasels və baĢqaları
gülümbahardan hazırlanan preparatların çox güclü müalicəvi təsirə malik olduğunu dönə-dönə qeyd
etmiĢlər. Bitkidən hazırlanan preparatlarla qanın təmizlənməsində, tərlədici, öd kisəsində yığılıb
qalmıĢ qatı ödün təmizlənməsində, soyuqdəymələrin aradan qaldırılmasında, irinli yaraların
sağaldılmasında və sonsuzluğun aradan qaldırılmasında istifadə edilir. Gülümbahar çiçəklərindən
baĢqa, müalicə məqsədləri üçün yarpaqlarından da istifadə edilir. Mazından isə bronxlarda
bərkiyərək yığılıb qalmıĢ bəlğəmi kənar etmək üçün istifadə edilir. Toxumlarından köp zamanı, döĢ
nahiyəsində baĢ verən ağrıların aradan qaldırılmasında, qızdırmada və s. istifadə edilir.
Əczaçılar kliniki təcrübədə isbat etmiĢlər ki, gülümbahardan hazırlanan preparatlarla qara
ciyərin fəaliyyətinin artırılmasında onun sekretor və ifrazetmə funksiyasının gücləndirilməsində,
bilirubin qatılığının norma ya salınmasında və qanda xolesterinin miqdarının azaldılmasında
istifadə etmək olar. Dəri çatlamalarında, sulu qabarların əmələ gəlməsinin qarĢısını almaq üçün
gülümbaharın 10%-li ekstraktını yağla qarĢdırıb üç gün xəstə nahiyələrə sürtdükdə xoĢəgəlməz
hallar dərhal aradan qalxır. 10 q təzə gülümbahar çiçəklərini əzərək sıyıq halına salın, üzərinə 100
ml günəbaxan yağı əlavə edin və Ģəffaf ĢüĢə qaba doldurub ağzını bağlayıb 2 həftə günəĢin
qabağında saxlayın. Bu cür alınmıĢ maz uĢaq əmizdirmə zamanı döĢ çatlamalarının müalicəsində
gözəl nəticə verir.
|