Tükün tökülməsində və qovağın təmizlənməsində. 1 xörək qaĢığı gicitkən və «ögey ana»
çiçəyini 1 stəkan qaynar suya tökün, yarım saat dəmlədikdən sonra, gündə 1-2 dəfə bu ekstraktla
saçın dibini silin.
Tromboflebitin müalicəsində. 3 xörək qaĢığı çiçək və yarpaqlarından götürüb, yarım saat
dəmlədikdən sonra süzün, alınmıĢ ekstraktla tənzifı isladıb xəstə vena damarını 30-40 dəqiqədən bir
kompres edin.
Dərinin qızılyel xəstəliyində. Çiçək və yarpaqlarını ovub toz halına salın, xəstə nahiyənin
üzərinə səpin.