Elmi redaktorlar amea-nın müxbir üzvləri


Dəvədabanı – Tussilago farfara L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə621/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   617   618   619   620   621   622   623   624   ...   730
Dəvədabanı – Tussilago farfara L. 
 
Dünya florasının tərkibində 1 növü yayılmıĢdır. Bitkiyə «ot anası», «ögey ana», «yaraotu», 
«torpağın Ģahı» və s. də deyilir. Latnca botaniki adı «Tussilago» iki söz birləĢməsindən əmələ gəlib 
«qov» və «öskürək», yəni öskürəyi çıxaran (qovan) mənasmı verir. Növün adı isə («farfara») «elə 
bil ki, üzərinə un səpilib» mənasını verir ki, bu da yarpağının xarici göränüĢünü xarakterizə edir. 
Dəvədabanı  -  T.farfara  L.  hündürlüyü  10-25  sm  olan,  sürünən  kökümsova  malik  saçaqlı 
çoxillik  ot  bitkisidir.  YumĢaq  tükcüklərlə  örtülmüĢ  çiçək  saplağı  erkən  yazda,  yarpaq  əmələ 
gəlməmiĢdən  qabaq  kökümsovdan  inkiĢaf  edir.  Kökətrafı 
yarpaqlarının  uzunluğu  20-25  sm  olub,  uzun  saplaqlı  dairəvi, 
ürəkvari, üst hissəsi yaĢımtıl, alt hissəsi yumĢaq keçəvari tüklərlə 
örtülmüĢdür.  Yarpaq  ayasının  yuxarı  hissəsi  hamar,  «ögey  ana» 
kimi soyuq, yumĢaq tüklə örtülmüĢ alt hissəsi «ana» kimi istidir. 
Xırda  yarpaqlarla  sıx  əhatə  olunan,  gödək  çiçək  gətirən  gövdəsi 
var.  Qızılı-sarı  rəngli  və  borucuqvari  çiçəkləri  gövdəsinin 
zirvəsində  səbət  çiçək  qrupunda  yerləĢir.  Çiçək  yatağı  çılpaqdır, 
bir  sıralı  örtüyün  qaidəsində  xırda  yarpaqcıqları  vardır.  NəmiĢli 
və  yağmurlu  havada  çiçəkləri  örtülür  və  aĢağı  sallanır.  Bitkidə 
çiçəkaçma prosesi baĢa çatdıqdan sonra kökətrafı yarpağı inkiĢaf 
etməyə baĢlayır. Mart aprel aylarında çiçək açır, meyvələri may-
iyun  aylarında  yetiĢir.  Azərbaycanın  Dəvəçi  ovalığında  (indiki  ġabran),  Naxçıvan  MR  da  daxili 
olmaqla  Böyük  və  Kiçik  Qafqaz  ərazilərində  axan  çay  və  arxların  kənarlarında  geniĢ  yayılmıĢdır. 
Bundan  əlavə    köhnə  kanalların  ətraflarında,  yamaclarda,  dəmir  yolu  kənarlarında  da  rast  gəlmək 
olar. 
Dəvədabanı  ən  tez  çiçəkləyən  çiçəklər  qrupuna  daxildir.  Çayların  ətrafında  qar  əriməyə 
baĢlayanda xoĢ ətirli qızılı-sarı rəngli çiçəklər açılır. Təbiət sanki sarı kəlağayıya bürünmüĢ «gəlin»i 
xatırladır, füsünkar gözəlliyə tamaĢa edən insanlara xoĢ əhval-ruhiyyə, sevinc bəxĢ edir. 
Çiçək  səbətinin  tərkibində  faradiol  (C
30
H
50
O
2
),  arnidol  (C
30
H
50
O
2
),  taraksintin  (C
40
H
56
O
4
), 
siqmasterin  (C
29
H
48
O),  n-heptakozan  (C
27
H
56
),  aĢı  maddələri,  rutin,  hiperozid  flavonoidləri,  efır 
yağı, 2,63% tuesillagin qlikozidi, 6-7% selikli maddə, polisaxaroidlər, insulin və dekstrin, qall, alma 
və çaxır turĢuları, 5,18 mq% karotinoid, C vitamini və s. tapılmıĢdır. 
Yarpaqlarında  10,20%  kül  maddəsi,  mq/q-la  37,70  -  K,  10,90-0,78  -  Cu,  0,60  -  Zn,  0,27  - 
Co, 0,40 - Mo, 0,03 - Cr, 0,07 - Al, 0,05 - Ba, 0,02 - V, 25,00 - Se, 0,21 - Ni, 0,01 - Sr, 0,24 - Pb, 
8,00 - Ag, 0,09 - I, 107,10 - Br, 40,00 - B makro və mikroelementləri aĢkar edilmiĢdir. 
Bitkinin  müalicəvi  xüsusiyyətləri  qədim  romalılara  məlum  idi.  Dioskorid  və  Plini  onun 
yarpaqlarından  alınan  cövhərdən  və  yaxud  onun  tüstüsündən  öskürəyə  qarĢı,  Hippokrat  isə 
bəlğəmgətirici vasitə kimi istifadə etmiĢlər. 
Elmi  təbabətdə  dəvədabanının  qurudulmuĢ  yarpaqlarını  çay  kimi  dəmləyib  soyuqdəymələr 


245 
 
nəticəsində tənəffüs yollarında baĢ verən xəstəlikəlrdə sinəyumĢaldıcı və bəlğəmgətirici, xüsusən də 
bronxit  və  ağ  ciyər  xəstəliklərində  iltihabı  aradan  qaldıran  dərman  kimi  qəbul  edilir.  Təzə 
yarpaqlarından alınmıĢ ekstraktdan Ģiddətli öskürək zamanı gündə 4-6 dəfə, bir xörək qaĢığı qəbul 
edirlər.  Ondan  bəlğəmgətirici,  tərlədici,  mikrob  əleyhinə,  yumĢaldıcı,  ağ  ciyər  xəstəliklərində, 
bronxitdə,  astmada,  qanqrenada,  mədə,  böyrək,  qara  ciyər,  sidik  kisəsi  və  s.  xəstəliklərin 
müalicəsində geniĢ istifadə edilir. 
Xalq  təbabətində  qurudulmuĢ  yarpaqlarını  yandırıb  tüstüsündən  boru  vasitəsilə  quru 
öskürəyə  və  ya  astmaya  tutulmuĢ  xəstələr  inqalyasiya  edirlər.  Yapaq  və  çiçəklərindən  çay  kimi 
dəmləyib  soyuqdəymələrdə  tərlədici  kimi,  sarılıqda,  mədə  xəstəliklərində,  bağırsaqların  selikli 
qiĢasının iltihabında, böyrək və sidik kisəsində əmələ gələn iltihaba qarĢı içirlər. 
Kosmetika sahəsində də geniĢ tətbiq edilir. Təzə yarpaqlarından hazırlanmıĢ Ģirədən dəridə 
əmələ gələn çətin sağalan yaraların, ĢiĢlərin, qızartıların, müalicəsində iĢlədilir. Yarpaqların sıyığını 
qabar və döyənəyin üzərinə qoyurlar. Yarpağına gicitkəni 1:1 nisbətində qarıĢdırıb, alınan cövhərlə 
saçı yuyaraq dibini bərkidir və qovağı təmizləyirlər. Bundan baĢqa otundan hazıranan preparatlarla 
soyuqdəymə,  bəlğəmgətirici,  yumĢaldıcı,  tərlədici  və  ödqovucu  vasitə  kimi  istifadə  olunur.  Bu  
cövhərlə həftədə üç dəfə baĢı yumaq məsləhət görülür. 
Yarpaqlarını  qurudub  toz  halına  salır,  müalicə  məqsədilə  irinli  və  sulu  yaraların  üzərinə 
səpirlər. 
Bir çox xarici ölkələrdə, məsələn, Bolqarıstan, PolĢa və Almaniyada yarpağından sarğı kimi 
dəridə  baĢ  verən  irinli  yaraların,  vena  xəstəliklərində,  ĢiĢlərin  üzərinə  qoyub  sağaldırlar.  Fransada 
vannasını hazırlayıb dəri xəstəliklərinə tutulmuĢ xəstəni çimdirirlər. 
Bir  sıra  qərb  ölkələrində  «ögey  ananın»  çiçək  və  yapaqlarından  ədviyyat  kimi  Ģorba  və  ət 
xörəklərinin  tərkibinə  qatırlar.  Çiçəkləri  isə  ət  xörəklərinə  qızılı  sarı  rəng  vermək üçün  qatqı  kimi 
istifadə edilir.. 
Dərman və kosmetika sahəsində istifadə etmək üçün yayın birinci  yarısında  yarpaqlarını əl 
ilə toplayıb açıq havada, talvar altında, ya da quruducuda qurudurlar. 
Bitki öz müalicəvi xüsusiyyətləri ilə seçilir. Onu insanlar xüsusilə də dindarlar dini ayinlər 
zamanı  döĢlərinə,  boyunlarına  taxırlar.  Müalicə  məqsədləri  üçün  çiçək  və  yarpaqlarından  istifadə 
edilir.  Çiçəklərini  yazın  əvvəllərində  toplayır,  yarpaqlarını  isə  iyun  ayında  tədarük  edirlər. 
ToplanmıĢ  xammalı  meh  dəyən,  kölgəli  yerlərə  sərib  qurudur,  ĢüĢə  qablara  və  yaxud  kağız 
paketlərə doldurub quru havalı otaqlarda saxlayırlar. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   617   618   619   620   621   622   623   624   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin