Məlumata görə, insanın həyatında
dəhşətli anları unutdura biləcək
həb hazırlanıb. Elm dünyası ailə içi
şiddət də daxil olmaqla şok edici
hadisələrdən sonra yaşanan zədəni
unutduran bu dərmanla insan sağ-
lamlığının keşiyində dayanmaqda-
dır.
Fransanın Tuluza şəhərindəki
travmatik stress laboratoriya-
sı tərəfindən inkişaf etdirilən
dərman bu cür hadisələrin ardın-
dan yaşanan ruhi zədənin yaratdı-
ğı stressi yox etdiyi bildirilir. “Proprano-
lol” adı verilən və bu günə qədər miqren
müalicəsində istifadə edilən bir molekul
sayəsində inkişaf etdirilən bu dərman ağ
siçanlar və insanlar üzərində təcrübədən
keçirilib. Həmin təcrübələrin müsbət
nəticələr verməyə başladığı bildirilir.
Fransanın Tuluza, Kanadanın Mont-
real və ABŞ-ın Boston şəhərlərində ruhi
zədə keçirmiş şəxslər üzərində aparılan
müalicə seanslarının müvəffəqiyyətlə
nəticələndiyi, seanslar sonra ruhi zədəyə
bağlı stressin itdiyi qeyd olunur.
Müalicənin hər birinin 2 saatlıq 6 se-
ans formasında tətbiq olunduğu bildiri-
lir. Həftədə bir dəfə təşkil edilən seansda
adama əvvəl “propranolol” həbi verilir.
Həbin bədənə təsiri üçün 90 dəqiqə
gözlənildikdən sonra adamın yaşadığı
stresə səbəb olan hadisəni bir kağıza yaz-
ması tələb olunur.
Araşdırmalar dərman alındıqdan 6 se-
ans sonra adamın yaşadığı stresi böyük
ölçüdə azaltdığını, xəstələrin yüzdə 70-
nin tamamilə stresdən xilas olduğunu
göstərilir.
Mütəxəssislər
dərmanın
yaşanan
hadisənin deyil, bu hadisənin səbəb oldu-
ğu stresi aradan qaldırdığını bildirirlər.
Dostları ilə paylaş: |