5. C vitamini ilə zəngin olan sitrus
bitkiləri yeyin
Buraya itburnu, yaşıl yarpaqlı
tərəvəzlər, pomidor, çiyələk və kivi də
daxildir. Bu tip ərzaqların hazırlanması
zamanı isti dəydikcə C vitamininin itki-
si baş verir. Araşdırmaların nəticələri C
vitamininin sitrus meyvələrdən alınma-
sının həb şəklində alınan vitaminlərdən
daha faydalı olduğunu göstərir. Buna
görə də gün ərzində vitamin həbləri
əvəzinə C vitamini ilə zəngin qidalar
qəbul edin.
6. Bol maye qəbul edin
Hər gün ən az 2 - 2,5 litr (8-12 stəkan)
su içmək lazımdır. Maye qəbulunun qar-
şılanmasında süd, ayran və 100% meyvə
suyu kimi içkilərin seçilməsi də təklif
edilir.
7 . Fiziki fəaliyyətə laqeyd yanaşmayın
Qəbul etdiyiniz qidalarla aldığınız
kalori və ya enerjini həftənin hər günü
30 dəqiqəlik məşq ilə tarazlayın. Bədən
yağındakı artımın yüksək təzyiq, ürək
xəstəlikləri, iflic, diabet, bəzi xərçənglər,
artrit, tənəffüs problemləri və digər
xəstəliklər üçün risk daşıdığını unutma-
yın.
Dostları ilə paylaş: |