XX əsrin sonlarında Azərbaycanın
dövlət müstəqilliyinin qorunması,
milli dirçəliş və tərəqqi, ölkədə milli
birliyin yaranması, o cümlədən bu gün
respublikamızın bütün sahələrində
olan inkişaf, beynəlxalq aləmdə
qazanılan uğurlar məhz ulu öndərimiz
Heydər Əliyevin adı ilə bağlıdır. Buna
görə də hər bir gənc üçün ali məktəbdə
təhsil alarkən öz vətəninin tarixini
daha dərindən öyrənməsi böyük
xoşbəxtlikdir.
Sözünə davam edən Fəxrəddin müəllim Şi-
mali Azərbaycanın Rusiya tərəfindən işğalı
problemini şərh edərkən onun hadisələrə
fərqli münasibəti açıq-aşkar hiss olunur-
du. O, tələbələrin nəzərinə çatdırdı ki, XIX
yüzilliyin əvvəlindən başlanmış və 1828-
ci ilə qədər davam etmiş I və II Rus-İran
müharibələri əslində Azərbaycan Rusiya
müharibələridir. Gəncəli Cavad xanın rus-
lara qarşı son nəfəsinə qədər müqaviməti,
Şamaxı, Quba, Bakı, Naxçıvan, İrəvan
xanlıqlarının müqaviməti əsl qəhrəmanlıq
nümunələri olub, xalqımızda tarixən azad-
lıq eşqinin gücündən xəbər verirdi. Cavad
xanın dəfn mərasimində qəhrəmanın xanı-
mının söylədiyi nitq, həmin ərəfədə qaniçən
Sisianovun əlində siyirmə qılıncla hücumu,
Sisianovun məhz Bakı xanı Hüseynqulu
xan tərəfindən öldürülməsi, bu səhnənin
şahidi olan məşhur rus rəssamı Qaqarin
tərəfindən tabloya alınması şəxsən mənim
üçün də yeniliklər idi və məlum oldu ki, ta-
rixşünaslığımıza bu yenilikləri gətirən məhz
Fəxrəddin Məmmədovun özüdür. Professo-
run hadisələri ardıcıllıqla, xüsusi şövqlə şərh
etməsini tələbələrin diqqət və marağının ona
yönəldiyini hiss etməmək mümkün deyildi.
İşğaldan sonra 120 min erməninin İran-
dan və Türkiyədən
məhz rusların əli ilə
köçürülüb
Cənubi
Qafqazda, ələxüsus
Dağlıq Qarabağda,
İrəvan və Naxçıvan
xanlıqları ərazisində
məskunlaşdırılması,
gələcək
bəlaların
əsasının qoyulma-
sı, tarixən dövlətçilik
üzü görməyən bu
xalq üçün çarizmin
tarixi
Azərbaycan
torpaqları hesabına
“Erməni
vilayəti”ni
yaratması, xanlıqları
ləğv etməklə tarixi
dövlətçiliyimiz üzərindən xətt çəkməsi, bu
yerlərdə rus canişinlərinin rəhbərliyi ilə ko-
mendant üsul idarəsini tətbiq etməsi, onların
misli görünməmiş özbaşınalıqları XIX əsr ta-
riximizin faciəli səhifələri idi ki, bütün bunlar
ustad dərsi iştirakçılarının böyük marağı na
səbəb olmaya bilməzdi.
Tələbələrin,
ələlxüsus
hərbi
fakültə
tələbələrinin
böyük
maraqla
dinlədiyi
problemlərdən biri də XIX əsrin 30-cu
illərində çarizmin milli müstəmləkə siyasətinə
qarşı xalqımızın ayağa qalxması, 1830-cu
ildə Car-Balakən, 1831-ci ildə Lənkəran,
1837-ci ildə Quba, 1838-ci ildə Şəki, 1863-
ildə Zaqatala üsyanlarında rus əsgərlərinə
qarşı ölüm-dirim savaşına girmələri azman
tariximizin əsl qəhrəmanlıq səhifələri idi. Bü-
tün bunları Fəxrəddin müəllim faktlarla şərh
edirdi.
Ustad dərsində XIX əsrin birinci yarısında
çarizmin öz milli-müstəmləkə mənafeyinə
uyğun olaraq Azər baycan da keçirdiyi bir
sıra inzibati-iqtisadi tədbirlərdən də kifayət
qədər danışıldı. Maraqlı cəhət burasındadır
ki, Azərbaycanda XIX əsrin II yarısında ka-
pitalist münasibətlərinin bərqərar olmasına
münasibət əvvəllər birmənalı olmamışdır.
Bu məsələyə də ustad dərsində yeni rakurs-
dan yanaşıldı. Belə ki, professor bu proble-
mi tələbələrin nəzərinə çatdırarkən xüsusi
vurğuladı ki, qeyd olunan dövrdə XX əsrin
ilk 20 ili ərzində Azərbaycanda kapitalist
münasibətləri neft sənaye şəhəri olan Bakı-
da, hətta qəza mərkəzlərində, kəndlərimizdə
belə təşəkkül tapmış və inkişaf etmişdir. Fəhlə
sinfinin və burjuaziyanın təşəkkülündən
danışarkən Fəxrəddin Məmmədov milli bur-
juaziyanın xeyriyyəçilik və messenantlıq
fəaliyyətinə aid dinləyicilərin nəzərinə çoxlu
maraqlı faktları çatdıra bildi.
XIX əsr Azərbaycan mədəniyyətin dən
danı şar kən A.Bakıxanov, M.Axun do v və
M.Vazehin bədii, tarixi və fəlsəfi görüşlərini
professor tələbələrə çatdırarkən məndə
belə bir yəqinlik hasil oldu ki, Azərbaycan
tarixini tədris edənlər tariximizlə yanaşı,
ədəbiyyatımızı, mədəniyyət tariximizi, fəlsəfi
fikir tariximizi və s. gözəl bilməlidir. Mən
bütün bu keyfiyyətləri professor Fəxrəddin
Məmmədovda gördüm və keçdiyi ustad
dərsindən zövq aldım.
Dostları ilə paylaş: |