FĠRĠDUN BƏY KÖÇƏRLĠ
BALALARA HƏDĠYYƏ
GƏNCLĠK. BAKI. 1987
2
Firidun bəy Köçərli
Balalara hədiyyə. B.:--------, 2012.- 75səh.
Azərbaycan xalqının böyük maarifpərvər oğlu F.Köçərli geniş xalq kütlələrinin
savadlanması yolunda çox iş görmüşdür. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da
belə ali məqsəd daşıyırdı.
“Balalara hədiyyə” kitabında müəllif ən çox şifahi xalq ədəbiyyatı nümunələrinə diqqət
yetirir.
Kitabda uşaqların çox sevdiyi “Göyçək Fatmanın nağılı”, “Pıspısa xanım və Siçan bəy”
kimi məşhur xalq nağılları, sayaçı sözlər və duzgülər
vardır.
Gənclik 1985
Gənclik 1987
-------- 2012
3
MÜHƏRRĠRĠN, ĠFADEYĠ-MƏRAMI
Kiçik ixtisarla
Keçmişdə şan və qüvvət sahibi olan türk (azərbaycanlı-red.) milləti öz
məişətinə, ayin və adətinə dair yaratdığı qısım-qısım nağıl və hekayələr gözəl
mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma
və tapmacalar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qisminə
məxsus sayaça sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır.
O millət ki, öz tarixini, dolanacağını, Vətənini və dilini sevir – bu qism əsərləri
kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk
təlim və tərbiyəsi onları öyrətməklə başlayır.
Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl
və tapmacalardan və bir çox mənzumələrdən bu məcmuəni tərtib qıldıq ki, onlar
unudulub xatirələrdən çıxmasın.
Məcmuəyə daxil olan ancaq “Tülkü və üzüm” təmsili ruscadan tərcümə
olunubdur. Mütərcim Eynəlibəy Sultanov öz dilimizin şivəsini itirməyibdir.
Möhtərəm şairimiz Abbasağa Nazirin və mərhum Mustafa ağa Arifin və
Mehdiqulu xan Vəfanın bir neçə əsərləri dəxi məcmuədə dərc olunubdur ki,
onların məna cəhətcə balaların ruhuna gözəl təsiri ola bilər. Qasım bəy Zakirin
təmsilat mənzuməsi millətimizin məişətindən götürülmüş və onun dili ilə
söylənmiş əsərlərdir...
Zənnimizcə bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi
açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan
əsərlərin cümləsi onların dünyasındadır. Böyük adamların ürəklərinin açılmağına
səbəb bu olacaqdır ki, onlar mütaliə əsanasında öz uşaqlıq vaxtlarını ixtiyarsız
xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir.
F.Köçərli
4
ĠT VƏ PĠġĠK
Ġt dedi:
-
Mən heç qocalmazdım, amma məni pişiyin dərdi qocaltdı.
Dedilər:
-
Niyə bəs?
Dedi:
-
Çöllərdə qalıb, dalını ayaza verən mən oluram, gecələr sabaha kimi
yatmayan, evi-eşiyi qoruyan mən oluram, amma elə ki, istəyirəm başımı
qapıdan içəri uzadam, bu pişikciyəz əlini uzadıb üzümü-gözümü
cırmaqlayır.
M ə s ə l l ə r:
İt it ilə dalaşdı yolçunun işi avanda düşdü.
İtin axmağı qaysabadan
1
pay umar.
İtin ayağını köçdən kim əsirgər.
İt hürər, karvan keçər.
T a p m a c a l a r:
1.Atdan uca, itdən alçaq.
2. Bizdə bir kişi var,
Xor-xor yatışı var.
ÜZLÜ QONAQ VƏ EV YĠYƏSĠ
E v y i y ə s i:
-
Pişiyim, pişiyim muyuna,
Çıxma dovşan ovuna.
Qonaq bu gün burdadır,
Sabah gedir evinə.
Q o n a q:
-
Pişiyim, pişiyim sərasər,
Eşiyə çıxma yel əsər.
Qonaq bu il burdadır
Gələn il də sərasər.
M ə s ə l l ə r:
Qonaq güclü olsa, ev yiyəsini evdən qovar. Qonağa get deməzlər, altından
palazını çəkərlər. Qonağın ruzusu özündən qabaq gələr. Qonaq qonağı sevməz,
ev yiyəsi heç birini.
______________
1.
Q a y s a b a – xörək növü
5
ƏRĠNCƏK ĠT
Qiş olanda it deyir:
-
Yaz olaydı, özümə bir çuxa toxuyaydım.
Elə ki, yaz gəlir, it tənbəlləşib deyir:
-
Eh, kim əyirib, kim toxumayacaq?!
M ə s ə l l ə r:
Bu günün işini sabaha qoyma.
Qalan işə qar yağar.
Əldən qalan əlli gün qalar.
Qorx payızdan, qabağından qış gəlir.
Qorxma qışdan, qabağından yaz gəlir.
Köpək itin qarnı tox gərək.
TOYUQ
Bir gün bir toyuğu taxıl anbarına saldılar. Toyuq başladı buğdanı ayaqları ilə
eşələyib yeməyə.
Dedilər:
- Bu qədər buğdanı niyə eşələyirsən?
Toyuq cavab verdi:
- Hə eləyim, kəsilmişlərim öyrənibdir, məndə nə günah var?
M ə s ə l l ə r:
Toyuq yumurtasına görə qaqqıldar.
Toyuq istər qaz yerişi yerisin, öz yerişini də yanılar.
Toyuq su içər, allaha baxar.
E v q u ş l a r ı: toyuq, xoruz, qaz, hindtoyuğu, tovuz, göyərçin.
T a p m a c a l a r:
3. Qara toyuq qarğalar
Evdən-evə yırğalar.
4. Qarnı toyuq
Qarnı yarıq.
5. Tap tapmaca
Gəl tapmaca.
Məməli xatun
Dişləri yox.
6. Çil toyuq
Çilmə toyuq
Başını kəsdim,
6
Qanı yox.
7. Ana bir qız doğdu. Nə əli var, nə ayağı.
8. Qız bir ana doğdu, əli də var, ayağı da.
XORUZ VƏ PADġAH
Biri var imiş, biri yox imiş, allahdan başqa heç kəs yox imiş. Bir də bir
xoruz var imiş.
Bir gün xoruz peyinlikdə eşələnib, özünə yem axtaranda bir qaraca pul tapdı,
şad olub başladı oxumağa:
-
Quqquluqu! Bircə şahı tapmışam.
Padşah xoruzun səsini eşidib buyurdu ki, gedib onun pulunu əlindən alsınlar.
Şahını xoruzun əlindən alandan sonra başladı oxumağa:
-
Quqquluqu! Padşah mənə möhtac imiş!
Padşah buyurdu ki, şahısını aparıb özünə versinlər.
Xoruz oxudu:
-
Quqquluqu! Padşah da məndən qorxar imiş!
Padşah bunu eşidəndə xoruza acıqlanıb buyurdu ki, onu tutub öldürsünlər.
Xoruzun başını kəsəndə oxudu:
-
Quqquluqu! Nə iti bıçaq imiş!
Xoruzun başını kəsəcək onu basdılar qaynar suya ki, tükünü yolsunlar.
Qaynar qazanın içində xoruz oxudu:
-
Quqquluqu! Nə isti hamam imiş!
Xoruz qazanın içindən çıxarıb tükünü yoldular və bişirib qoydular plovun
başına. Burada xoruz oxudu:
-
Quqquluqu! Nə ağca təpə imiş!
Plovu gətirdilər padşahın qabağına. Padşah plovu yeyəndə xoruz onun
boğazında yenə oxudu:
-
Quqquluqu! Nə darca küçə imiş!
Ondan sonra xoruz getdi qaranlıq yerə, orada oxudusa da kimsə səsini
eşitmədi.
M ə s ə l:
Xoruz olmasa səhər açılmaz?
T a p m a c a:
9. Çağırdım bərkdən,
Səs verdi kənddən,
Ağzı sümükdən,
Saqqalı ətdən.
7
QANACAQLI QARAÇI
Bir gün bir qaraçı yatıb röyasında bir qab ləzzətli umac görür. Amma qaşığı
yox idi ki, yesin. Gələn səfər yatanda qaraçı yanına bir qaşıq qoydu. Amma
yuxusunda bir zad görmədi.
M ə s ə l l ə r:
Ac toyuq yuxusunda darı görər. İştahasızın yuxusuna beş arşın bez girər.
Vaxt olar ki, şahın da qaraçıya işi düşər. Özünə umac ova bilməz, özgəyə əriştə
kəsər.
QARI VƏ PĠġĠK
Bir gün bir qarı inəyini apardı suvarmağa. İnəyin ayağı buzun üstündən
sürüşüb yıxıldı və qıçı sındı. Onda qarı buza dedi:
-
A buz, sən nə güclüsən?
Buz cavabında dedi:
-
Əgər mən güclü olsaydım, gün məni əritməzdi.
Qarı dedi:
-
A gün, sən nə güclüsən?
Gün cavabında dedi:
-
Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi.
Qarı dedi:
-
A bulud, sən nə güclüsən?
Bulud dedi:
-
Mən güclü olsaydım, yağış məndən yağmazdı!
Qarı dedi:
-
A yağış, sən nə güclüsən?
Yağış dedi:
-
Əgər mən güclü olsaydım, ot məndən bitməzdi.
Qarı dedi:
-
A ot, sən nə güclüsən?
Ot dedi:
-
Mən güclü olsaydım, qoyun məni yeməzdi!
Qarı dedi:
-
A qoyun, sən nə güclüsən?
Qoyuh dedi:
-
Əgər mən güclü olsaydım, qurd məni yeməzdi!
Qarı dedi:
-
A qurd, sən nə güclüsən?
Qurd dedi:
-
Mən güclü olsaydım, it məni boğmazdı.
Qarı dedi:
8
-
A it, sən nə güclüsən?
İt dedi:
-
Mən güclü olsaydım, çoban məni döyməzdi.
Qarı dedi:
-
A çoban, sən nə güclüsən?
Çoban dedi:
-
Mən güclü olsaydım, xanım məni söyməzdi.
Qarı dedi:
-
A xanım, sən nə güclüsən?
Xanım dedi:
-
Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi.
Qarı dedi:
-
A siçan, sən nə güclüsən?
Siçan dedi:
-
Əgər mən güclü olsaydım, pişik məni yeməzdi!
Qarı dedi:
-
A pişik, sən nə güclüsən?
Pişik iki əllərini qabağa, iki ayaqlarını dala qoyub, gərdənini çəkib,
quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi:
Güclüyəm ha, güclüyəm,
Dəmir daraq dişliyəm.
Yük üstü yaylağımdır,
Yük altı qışlağımdır.
Kürsü üstə duraram,
Bığlarımı buraram...
M ə s ə l:
Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər.
T a p m a c a:
10. Taxçadan düşdü tap elədi, Gülsənəm onu hap elədi.
QOYUN
Yeyər-yeyər gərnəşər,
Alnın vurar, döyüşər,
Buynuzu burma-burma,
Yunu var yerlə sürümə.
Zinhar
1
qoyunu vurma,
Qoyunsuz yerdə durma.
Qoyunlu evlər gördüm,
________________
1.
Z i n h a r - çəkin, sağın.
9
Qurulmuş yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.
Qoyun deyər, mən heç otdan doymaram,
Payız oldu, çörün-çöpün qoymaram.
Hər bir evi gəlin kimi bəzərəm.
Ağır-ağır xalılarım var mənim,
Güllü-güllü xalçalarım var mənim.
M ə s ə l l ə r:
Qoyun yüz olunca, dərisi min olar.
Qoyunun oldu əlli,
Adın oldu bəlli.
Qoyunun oldu yüz,
Gir içində üz.
Qoyunu qurda tapşırmazlar.
T a p m a c a:
11. Altı hovuz içərlər,
Üstü zəmi biçərlər.
E v h e y v a n l a r ı: at, eşşək, qatır, dəvə, inək, öküz, camış, kəl, qoyun, keçi,
it, pişik.
ÜġÜDÜM HA, ÜġÜDÜM
Üşüdüm ha, üşüdüm.
Dağdan alma daşıdım,
Almacığımı aldılar,
Mənə cürm
1
verdilər.
Mən cürmdən bezaram.
Dərin quzu qazaram.
Dərin quyu beş kiçi,
Hanı bunun erkəci?
Erkəc qaya başında,
Hay elədim gəlmədi,
Çiyid verdim yemədi.
Çiyid qazanda qaynar,
Qənbər bucaqda oynar.
________________
1.
C ü r m - əziyyət, əzab.
10
Qənbər getdi oduna,
Qarğı atdı buduna.
Qarğı deyil, qamışdı,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı verdi;
Darını səpdim quşa,
Quş mənə qanad verdi.
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa.
Qapıçı qapı toxur,
İçində bülbül oxur.
M ə s ə l l ə r:
Qar yağıb ayaq üşütmək üçün.
Qış qışlığın yerdə eylər, göydə eləməz.
Buğda olmayan yerdə darını gözə təpərlər.
KEÇĠ
Nənəm o tatar
1
keçi,
Qayada yatar keçi.
Qış bərk soyuq gələndə,
Balanı atar keçi.
Nənəm o xallı keçi,
Məməsi ballı keçi.
Uca qaya başında,
Tutubdu yallı keçi.
Keçi deyər adım Əbdülkərimdir,
Qavala çəkilən mənim dərimdir,
Üç ay qışı ölmərəm, allah kərimdir.
Şeytan-şeytan balalarım var mənim,
Qəlbi-qəlbi qayalarım var mənim!
M ə s ə l l ə r:
Keçiyə qurd dəyməsə, həccə gedər.
Keçi handa, qaya handa...
Qoy keçinin ölümü palıddan olsun.
Keçi can hayında, qəssab piy qayğısında.
________________
1.
T a t a r - cəld, zirək, çevik.
11
ĠNƏK, ÖKÜZ, CAMIġ
İnək deyər mən doğanda mələrəm,
Ahım ilə dağı-daşı dələrəm.
Qurudumu gündən-günə sərərəm,
Yaxşı-yaxşı kərələrim var mənim,
Maral-maral balalarım var mənim!
Öküz deyər ağama nökərəm,
Üç ay qışı tövləsində bikaram.
Yaz olanda çayır-çəmən sökərəm,
Ağlı-qırmızılı buğda əkərəm,
Ağır-ağır xırmanlarım var mənim,
Uca-uca tayalarım var mənim!
Camış deyər payız olcaq samanlığımı doldurun,
Yüz olanda boyunduruğumu yondurun.
Cütə getməsəm vurun məni öldürün.
Dolu-dolu samanlıqlarım var mənim.
Dərin-dərin dəryalarım var mənim.
M ə s ə l l ə r:
Pulunu ver inəyə - bağla dirəyə. Ahıl öküz cütə getməsə uşaqlar acından
qırılar. Ev danasından öküz olmaz. Öküzün cütə getməyəni ətlik adına satılar.
Camış ilə gəzən dananı qurd yeyər.
Şorakət yerdə bostan əkərsən,
Adı bostan olar, tağı tağ olmaz.
Tənbəl arvada yüz inək versən
Ayranı bol olar, yağı yağ olmaz.
T a p m a c a:
12. O yanı çəpər, bu yanı çəpər – içində atlı çapar.
EġġƏK VƏ DƏVƏ
Eşşək deyər, mən hamıdan fağıram,
Palçığa batanda uca dağdan ağıram.
Çöllərdə qalanda mən yiyəmi çağırram,
Kərənaydan yoğun səsim var mənim,
Atlar ilə böyük bəhsim var mənim!
Dəvə deyər, heç heyvan götürməz mənim yükümü,
İgid oğlan gərək çəkə ipimi,
Ərəbistan içər mənim südümü,
12
Uzaq-uzaq mənzillərim var mənim,
Uca-uca dəyələrim var mənim!
M ə s ə l l ə r:
Eşşəyi min, ata çatıncan.
Eşşək eşşəyi borc qaşır.
Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb.
Boş eşşək yorğa gedər.
Dəvə oynayanda qar yağar.
Dəvə yaxını otlayıb uzağı gözlər.
Dəvə ölsə, dərisi bir yükdür toyuq ölsə, dərisi bir çəngə tükdür.
Dəvəyə dedilər: boynun niyə əyridir?
Dedi: haram düzdür ki, boynum da düz ola.
Dəvəyə dedilər: sənətin nədir?
Dedi: xəyati
1
eşmək.
Dedilər: nazik dodaqlarından və zərif əl-ayaqlarından görünür.
T a p m a c a:
13. Bəngi-bəngi başını tut,
Döngü-döngü döşünü tut,
Qılman qoca, əl-ayaq ver,
Hüseyn qoca quyruğun tut.
ÇOBAN
Göydəki göy buludlar
Yorğanıdır çobanın.
Yastı-yastı təpələr
Yastığıdır çobanın.
Yumru-yumru qayalar
Yumruğudur çobanın.
Əlindəki dəyənək
Qalxanıdır çobanın.
Yanındakı boz köpək
Yoldaşıdır çobanın.
Ağzı qara canavar
Düşmənidir çobanın.
________________
1.
X ə y a t i - ipək sap.
13
Qoyunun özü gəldi,
Dolandı düzü gəldi.
Çobanın qucağında.
Bircə cüt quzu gəldi.
Üzün ağ olsun, çoban.
M ə s ə l l ə r:
Çobanın könlü olsa, təkədən pendir tutar.
Çobanı özündən olanın qoyunu dişi doğar.
Keçinin əcəli çatanda çobanın dəyənəyinə sürtüşər.
Gəlinin ayağı çobanın dayağıdır.
Kürdün qocalanı qoyuna gedər.
Ç ö l h e y v a n l a r ı: qurd, ayı, tülkü, çaqqal, şir, pələng, dovşan, porsuq,
dələ, maral, ceyran.
QURD
Qurda dedilər:
-
Gəl səni qoyuna yollayaq! – Başladı ağlamağa.
Dedilər: daha niyə ağlayırsan?
Dedi:
-
Qorxuram yalan ola.
Qurddan soruşdular:
-
Aranda qalacaqsan, yoxsa yaylağa gedəcəksən?
Qurd cavabında dedi:
-
Mənimki el ilədir. El haraya getsə, mən də oraya gedəcəyəm.
M ə s ə l l ə r:
Çaqqal var ki, gödən çıxardır, qurdun adı bədnamdır.
Qurddan qorxan qoyun saxlamaz.
Qurd nə bilir ki, qatır bahadır.
Qurd dumanlı gün axtarır.
T a p m a c a:
14. Səkkizi san darayı,
Doqquzu don darayı,
İkisi xas qırmızı
Dördü mazan darayı.
14
BĠġMĠġLƏR, ÇÖRƏKLƏR VƏ ĠÇKĠLƏR
B i ş m i ş l ə r:
aş, bozbaş, plov, çilov, dolma, küftə, qovurma, bozartma,
kabab, lüləkabab, əriştə, umac, xəşil, halva, həlimaşı, xingəl, firni, qaysaba,
dovğa, səməni.
Ç ö r ə k l ə r: yuxa, sac çörəyi, təndir çörəyi, lavaş, sənkök, fətir,
şəkərçörəyi, qatlama, fəsəli, əgirdək, kətə, qoğal.
İ ç k i l ə r: su, süd, çay, qəhvə, şərbət, ayran, körəməz, gülməs, bulama.
Lavaş dedi:
-
Heç kəs mənim yeddi qatımdan keçə bilməz.
Bu sözü bozbaş eşidib dedi:
-
Nə deyirsən?!
Lavaş dedi:
-
Səni dindirən yoxdu, bozbaş bəy!
M ə s ə l l ə r:
Harda aşdır, orda başdır.
Bişmiş aşın darğası.
Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar.
Halva-halva deməklə ağız şirin olmaz.
Yağ yağ ilə qaynar, yarma quru qalar.
SƏMƏNĠ
Səməniyə saldım badam,
Qoymazlar bir barmaq dadam.
Dörd tərəfin alıb adam,
Səməni, bizana
1
gəlmişəm,
Uzana-uzana gəlmişəm.
Dostları ilə paylaş: |