FĠRĠdun bəy köÇƏRLĠ



Yüklə 491,31 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix29.12.2016
ölçüsü491,31 Kb.
#3860
1   2   3   4   5   6

T a p m a c a: 

 

15. Suda Süleyman gördüm



 

 Dağda düleyman gördüm. 

 

 Yatar gövşər daş gördüm 



 

 Duzsuz bişmiş aş gördüm. 

16. Uzun qız- oba gəzər. 

 

________________ 



1.

 

B i z a n a  g ə l m i ş ə m  - (burada) cana gəlmişəm, bezmişəm. 



 

 


 

15 


Y a n ı l t m a c: 

 

Bazarda nə ucuz? 



Mis ucuz, kümcüt ucuz, duz ucuz. 

 

 



AĞ QOYUN 

\ 

Nənəm qoyunun ağı, 

Gedər dolanı dağı, 

Biçər qaraqiyağı

1



İçər sərin bulağı. 



Qarılar tutar yağı, 

Gəlin yeyər, quymağı, 

İlla ki, qayğanağı, 

Çobana vurar dağı. 

Qızlara cehiz ağı, 

Çobana çarıq bağı, 

Uşağa şütük

2

 bağı. 



 

 

M ə s ə l l ə r: 

 

Qoyun dediyin eşmə bağırsaqdır, dalısı heç üzülməz. 



Qoyun deyir məni çək xarabaya, səni çıxarım abadanlığa. 

 

NARIġ (narınc) QOYUN 

 

Nənəm o narış qoyun, 



Yunu bir qarış qoyun, 

 

 



DÜZGÜ 

 

Ustub idi, ha ustub idi, 



O kişi mənim dostum idi. 

Getdi Gilanə gəlmədi, 

Yaylığımı aldı vermədi. 

Yaylığımın ucu zil qara, 

Yolladım peyğəmbərə. 

Peyğəmbəri öldürdülər, 

Ağ bala getdirdilər. 

________________ 

1.

 

Q a r a q i y a t  - ot növü. 



2.

 

Ş ü t ü k  - bələk bağı. 



 

16 


Ağ balanın saçaqları, 

Gümüşdən var bıçaqları. 

Vurdum sandıq açıldı, 

İncili mərcan saçıldı. 

İncili fərman filfili, 

Gəl oxu bizim dili. 

Bizim dil urum dili 

............................ 

Urumdan gələn atlar, 

Ağzında yüyən çatlar. 

Heyvanın ağacları,  

Bar gətirməz başları. 

Vurdum başı üzüldü, 

El yaylağa düzüldü. 

El yaylaqdan gəlincə, 

Yarı canım üzüldü. 

 

A təşti, təşti, təşti, 



Vurdum gülbi keçdi. 

İki xoruz dalaşdı, 

Biri qana bulaşdı. 

Aftabanı vurdum daşa, 

Su gəlir coşa-coşa

Əli ilə Məhəmməd 

Yazılıbdır bir daşa! 

 

DƏVƏ VƏ TĠKAN 



 

Bir dəvə çöldə otlayırdı.  Yarpaqlanmış  tikan koluna  yaxınlaşıb, istədi onun 

yarpaqlarını  yesin.  Ağzını  kola  tərəf  uzadanda  gördü  ki,  onun  içində  bir  ilan 

qıvrılıb yatıb. Dəvə tamah dişini ondan çəkib geri qayıtdı. 

 

Kol belə xəyal elədi ki, dəvə onun tikanından qorxub çəkildi. 



 

Dəvə kolun fikrini duyub dedi: 

-

 

Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır. 



 

M ə s ə l l ə r: 

 

 



Köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir. 

 

Dəvəçi ilə dost olanın darvazası gen gərək. 



Dəvə gördünmü? – Qığını da görmədim. 

 

NAZĠKBƏNAZĠK-TAZĠKBƏTAZĠK 

 

 

Biri var imiş, biri yox imiş, bircə birə varmış, adı Tazikbətazik, bir də bir bit 



var imiş, adı Nazikbənazik. 

 

17 


 

Tazikbətazik allahın əmrilə Nazikbənaziyi özünə arvad almışdı. 

 

Ay ötdü, il dolandı, qış gəldi, çoxlu qar yağdı.. 



 

Tazikbətazik arvadına dedi: 

-

 

Mən çıxım damımızım qarını kürüyüm, sən də bir qazan umac bişir, yeyək, 



qarnımız qızsın. 

Nazibənazik dedi: 

-

 

Yaxşı, olar. 



Tazikbətazik çıxdı damın qarını kürəməyə, Nazikbənazik də ocaq qalayıb bir 

qazan umac asdı. 

 

Tazikbətazik  az  kürəmişdi,  çox  kürəmişdi,  birdən  ayağı  sürüşüb  bacadan 



düşdü  umac  qazanının  içinə  və  o  saat  da  öldü.  Bunu  görəndə  Nazikbənazik 

başına çırpdı, dizinə çırpdı. Haray hara çatar! Ölən bir də dirilməz ki! 

 

Nazikbənaziyin başına döyüb ağlamağını sərçə görüb ondan soruşdu: 



-

 

Nazikbənazik, bu nədir niyə ağlayırsan? 



Nazikbənazik dedi ki, daha nə olacaqdır, Tazikbətazik damın qarını kürədiyi 

yerdə ayağı sürüşüb umac qazanının içinə düşüb ölübdür. 

Bunu eşitcək sərçə də başına-gözünə döyə-döyə uçdu getdi. 

Ona bir qarğa rast gəldi və soruşdu: 

-

 

Sərçeyi-cükcük, bu nədir? 



Sərçeyi-cükcük cavab verdi ki: 

-

 



Sərçeyi-cükcük  neyləsin,  Nazikbənazik  deyir,  Tazikbətazik  qar  kürədiyi 

yerdə bacadan umac aşına düşüb ölübdür. 

Qarğa  bu  sözü  eşidəndə  çox  bikef  olub,  uçdu,  qondu  çinar  ağacına.  Çinar 

onun bikef olduğunu görüb soruşdu: 

-

 

Qarğaye-qırqır, bu nədir? 



-

 

Qarğaye-qırqır  neyləsin.  Sərçeyi-cükcük  deyir  ki,  Nazikbənazik  deyir, 



Tazikbətazik qar kürəyəndə bacadan umac qazanına düşüb ölübdür. 

Bu xəbəri eşidəndə çinar da çox bikef oldu. Yanından dəvə keçib gedəndə 

onun bikef olduğunu görüb soruşdu: 

-

 



Çinarbəçinar, bu nədir? 

Çinar cavabında dedi ki: 

-

 

Çinarbəçinar  neyləsin.  Qarğeyi-qırqır  deyir  ki,  sərçeyi-cükcük  deyir  ki, 



Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür. 

Bu  pis  xəbəri  eşidəndə  dəvə  bikef  olub  başladı  getməyə.  Onun  qabağına 

suya gedən bir qarı çıxdı. Qarı dəvənin belə damaqsız olmağını görüb, ondan 

soruşdu: 

-

 

Dəvəyi-löklök, bu nədir? 



Dəvə cavab verdi ki: 

-

 



Dəvəyi-löklök  neyləsin?  Çinarbəçinar  deyir  ki,  Qarğeyi-qırqır  deyir  ki, 

sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür. 

Bu  yaman  xəbəri  eşidən  kimi  qarı  da  vurub  səhəngini  sındırdı.  Elə  ki, 

bulağın  başına  gəldi,  bulaq  qarının  sınmış  səhəngini  və  bikefliyini  gördü, 

ondan soruşdu: 

-

 



Vurub-sındıran, bu nədir? 

Qarı cavab verdi: 



 

18 


-

 

Vurub-sındıran  neyləsin.  Dəvəyi-lök-lök  deyir  ki,  Çinarbəçinar  deyir  ki, 



Qarğeyi-qırqır  deyir  ki,  sərçeyi-cükcük  deyir  ki,  Nazikbənazik  deyir  ki, 

Tazikbətazik  dama  çıxıb  qar  kürədiyi  yerdə  ayağı  sürüşüb,  bacadan  umac 

qazanının içinə düşüb ölübdür. 

Bulaq da bu xəbəri eşidəndə çox qüssə elədi və qüssədən onun suyu qurudu. 

İndi də bulağın suyu axmayır. 

 

M ə s ə l l ə r: 

 

Ata olmayan ata qədrini bilməz. 



Anası çıxan ağacı qızı budaq-budaq gəzər. 

Qırağına bax bezini al, anasına bax qızını al. 

Ata oğula bağ qıydı, oğul ataya salxım qıymadı. 

Oğul atanın kövşənini əkər. 

Qız yükü, duz yükü. 

Qız  idim,  sultan  idim,  nişanlandım  xan  oldum,  gəlin  oldum,  qul  oldum, 

ayaqlara çul oldum. 

Qız, sənə deyirəm, gəlinim, sən eşit. 

Kürəkən, kül əkən. 

Birənin qanını aldın, canını aldın. 

 

LAYLA 

 

Bizim yerlər qalın meşə, 



Taxtında otur həmişə, 

Aranında gül bitsin

Yaylağında bənövşə. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim ucadan, 



Ünüm çıxdı bacadan, 

Səni tanrı saxlasın 

Çiçəkdən, qızılcadan. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim yatınca, 



Gözlərəm ay batınca, 

Canım zinhara gəldi 

Sən hasilə çatınca. 

 

Balam layla, a layla! 



 

19 


Gülüm layla, a layla! 

 

Layla dedim adına, 



Haqq yetişsin dadına, 

Hər layla eşidəndə, 

Balam düşər yadıma. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Dağlara sərin düşər, 



Kölgəsi sərin düşər, 

Hər vaxt layla deyəndə 

Yadıma Pərim düşər. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla beşiyim, layla, 



Evim-eşiyim, layla. 

Sən yat, yuxun alginən 

Çəkim keşiyin layla! 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim yatasan, 



Qızılgülə batasan. 

Qızılgül bağın olsun, 

Kölgəsində yatasan. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim yatasan 



Qızılgülə batasan. 

Qızılgülün içində  

Şirin yuxu tapasan. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

 



 

 

 

20 


BALA BARƏSĠNDƏ 

 

Mən aşiqəm balasın, 



Laçın verməz balasın. 

Mən balamı istərəm 

Balam istər balasın. 

 

QARDAġ BARƏSĠNDƏ 

 

Mən aşiq qardaşa düşər, 



Qar yağar qar daşa düşər. 

Qardaşım müşkül işi, 

Yenə qardaşa düşər. 

 

GƏLĠNĠN SÖZLƏRĠ 

 

Baldızım – çuval bizim, 



Dəm-dəm batar, mən neyləyim, 

Qaynanam dəmir darağı, 

Dıqladar ötər, mən neyləyim. 

Qayınatam – sərv ağacı, 

Qapıda bitər, mən neyləyim, 

Qayıım – gül yarpağı, 

Xatirim tutar mən neyləyim. 

 

QAYINANANIN SÖZLƏRĠ 

 

Q a y ı n a n a  d e y ə r: 



 

Payız günündə qızım otursun oğlu qucağında, 

Yaz günündə gəlinim otursun qızı qucağında. 

 

YAZ 

 

Novruz bahar oldu, cahan tazə tər oldu, 



Rəf oldu ələmlər

Dağıldı bu şadlıq xəbəri dərbədər oldu, 

Yandı oda qəmlər. 

Göydən yerə yağdı nə gözəl şəbnəm rəhmət, 

Bitdi gülü lalə, 

Xoş nəğmələnib bülbüli şeyda ötər oldu, 

Açıldı irmələr. 

 

İ l i n  f ə s i l l ə r i:  yaz, yay, payız, qış. 



 

21 


G ü n l ə r i n  a d l a r ı:   cümə,  şənbə,  bazar,  bazar  ertəsi,  tək  (xas),  çahar-şənbə, 

cümə axşamı (adına). 

 

T a p m a c a: 

 

17.   Üçü bizə yağıdır, 



Üçü cənnət bağıdır. 

Üçü yığar gətirər, 

Üçü vurar dağıdar. 

 

GÜNƏġĠ ÇAĞIRMAQ 

 

Gün çıx, çıx, çıx! 



Kəhər atı min, çıx! 

Oğlun qayadan uçdu, 

Qızın təndirə düşdü, 

Keçəl qızı qoy evdə, 

Saçlı qızı götür, çıx! 

Gün getdi su içməyə, 

Qırmızı don biçməyə. 

Gün çıxıbdı yetirəcək. 

Qarı yerdən götürəcək, 

Keçəl qızı gətirəcək, 

Saçlı qızı gətirəcək, 

Duman, tac, qaç, qaç! 

Səni qayadan asarlar! 

Buduna damğa basarlar! 

Gün getdi dağ başına, 

Könlü şamama istəyən 

Dolansın tağ başına. 

 

QIZLAR NƏĞMƏSĠ 

 

Əlimi bıçaq kəsibdi. 



Dəstə bıçaq kəsibdi. 

Yağ gətirin, yağlıyaq, 

Bal gətirin, ballıyaq, 

Dəsmal verin, bağlıyaq, 

Dəsmal dəvə boyunda, 

Dəvə Şirvan yolunda. 

Şirvan yolu buz bağlar, 

Dəstə-dəstə gül bağlar. 

O gülün birin üzəydim,  

Tellərimə düzəydim. 

Qardaşımın toyunda 


 

22 


Oturub-durub süzəydim. 

Çay daşıbdır, lil gəlir. 

Dəstə-dəstə gül gəlir. 

O gülün birin üzəydim, 

Saç bağıma düzəydim. 

Saç bağım qatar-qatar,  

Üstündə qardaş yatar. 

Qardaşın əl yaylığı, 

Ucları zər yaylığı. 

Hərə bir ağız desin 

Qardaşa cansağlığı. 

Hop-hopun olsun, qardaş! 

Gül topun olsun, qardaş! 

Gül ağacın dibində, 

Gülbünün

1

 olsun qardaş! 



Dəyirman üstü çiçək, 

Oraq gətir, gəl biçək 

Qardaş, nişanlın gördüm, 

Uzunboy, qarabirçək. 

 

M ə s ə l l ə r: 

 

Can versən, qardaşa ver, min il getsə yad olmaz. 



Yaxşı gündə yad qonşu, yaman gündə vay qardaş. 

Qızın oldu, qırmızı donunu çıxar. 

Qız idim, 

Geydirdilər zövqü-səfa köynəyini. 

Nişanlandım, 

Geydirdilər şövqü-səfa köynəyini. 

Gəlin oldum, 

Geydirdilər cövrü-cəfa köynəyini. 

 

T a p m a c a: 

 

18.   Biz-biz idik, 



 

Yüz qız idik. 

 

Bizi üzdülər, 



 

İpə düzdülər.  



TÜLKÜ və ÜZÜM 

 

Bir günü tülkü qağa 



Gəlib girdi bir bağa. 

________________ 

1.

 

G ü l b ü n  - toyun axırıncı günü qızlar və gəlinlər yığılıb şadlıq edirlər və sonra evlərinə 



dağılırlar. 

 

23 


Dolandı sola keçdi, 

Dolandı keçdi sağa. 

Gördü üzüm sulanır, 

Yüz cürə rəngə çalır. 

Dəyibdi kəhrəbatək, 

Sallanıbdır, saralır. 

 

Tülküciyəz dayandı, 



Baxdı, ağzı sulandı. 

Dişi alışma tutdu, 

Dodağı, dili yandı. 

 

Düz bir saaat dayandı 



Quyruq üstə dolandı. 

Üzüm ucada idi, 

Əl çatmadı usandı. 

 

Acıqlanmış qayıtdı, 



O yerə çölə getdi. 

Uzaqlaşıb özünə 

Belə təsəlli etdi: 

 

Doğrudur mənim sözüm, 



Dəyməyibdir o üzüm, 

Yesəm dişim qamaşar, 

Yemədim onu özüm. 

(Ġ.A.Krılovdan tərcümə) 

 

M ə s ə l l ə r: 

 

Pişiyin əli ətə çatmaz, deyər qoxuyubdur. 



Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur. 

Aclıq adama oyun öyrədər. 

Ac gəzib tox sallanır. 

Acam – quyruq acıyam, bağır-öfgə acı deyiləm. 

 

T a p m a c a: 

 

19. İki tülkü balası, üç anası, dörd anası, neçə eylər hamılsı? 



 

Y a n ı l t m a c: 

 

Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul. 



 

 


 

24 


BUĞDA, ARPA VƏ DARI 

 

Bir gün buğda, arpa və darı bir-biriylə söhbət edirdilər. 

Buğda dedi: 

-

 



Mənim bir tikəm bir dağı aşırir. 

Arpa dedi: 

-

 

Mənim  də  bir  tikəm  dağın  yarısına  kimi  çıxardır,  amma  aşırmağına  zamin 



ola bilmərəm. 

Darı da dedi: 

-

 

Mən xalqın uşağının qanına bais ola bilmərəm  ki, evindən çıxardıb borana 



salam, öldürəm. Məndə o qüvvət yoxdur. 

 

 



DARI VƏ BUĞDA 

 

Darı 

 

Mənə darıcan deyərlər 



Yağ, bai ilə yeyərlər 

Ehtiyatla götürüb; 

Güclə saca yetirərlər. 

 

Buğda 

 

Yastı-yastı yatarsan, 



Kol dibində bitərsən. 

Məndən sənə qarışmasa 

Palıddan da betərsən! 

 

 



T a x ı l:  buğda, arpa, darı, qarğıdalı, çəltik, pərnic, küncüt, şahdana. 

 

M ə s ə l l ə r: 

 

Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı, darı xirməni. 



   Bildirçinin bəyliyi darı solanacandır. 

 

Darıya girən donuz payanı özünə qəbul eylər. 



Kiş-kiş ilə donuz darıdan çıxmaz. 

 

T a p m a c a l a r: 

 

20. Ağac başında darı quyusu. 



21. Ağac başında sarı yumaq. 

22. Havalar, ha havalar, 

 Çöldə dovşan balalar 


 

25 


Dırnağından su içər, 

Dimdiyindən balalar. 

23. Sarı saqqal, uzun hoqqar, 

                Onu tapmayan olsun çaqqal. 

24. Bir bölük atlar

                Çəməndə otlar. 

                Vədəsi gələndə 

       Dimdiyi çatlar. 

 

TÜLKÜNÜN HEKAYƏTĠ 

 

Bir kişinin maldan-dövlətdən ancaq bir neçə toyuq-cücəsi var idi. 

Bir tülkü bunlara dadanıb, gecədə birini aparıb yeyərmiş. Axırda kişinin 

bircə toyuğu qalır. 

Kişi gecə yatmayıb pusquda oturur ki, görsün toyuqları aparan kimdir. 

Gecənin bir vaxtı tülkü xəlvətcə gəlir ki, o qalmış toyuğu da aparıb yesin. 

Tülkü toyuq damına girəndə kişi tez qapıları bağlayıb, arvadını yuxudan oyadır və 

ikisi köməkləşib tülkünü tuturlar. 

Kişinin  ürəyi  çox  yanmışdı  və  tülküdə  acığı  var  idi.  Ona  görə  tülkünün 

yediyi toyuq-cücəni bir-bir yadına salıb bu sözləri oxuya-oxuya onu döyür: 

Qaya başında durarsan, 

Sarı bığını burarsan, 

On beş cücəmi qırarsan. 

 

Tülkü, səfa gördüm səni, 



Nə yazıq tanıdın məni?! 

 

Tülkü, quyruğun aladır, 



Qayalar sənən qaladır. 

Tazı başına bəladır. 

 

Tülkü, səfa gördüm səni, 



Nə yazıq tanıdın məni?! 

 

 



Əlimə aldım kürəyi, 

 

Yoxladım damı-dirəyi, 



 

Qopdu tülkünün ürəyi. 

 

Tülkü, səfa gördüm səni, 



Nə yazıq tanıdın məni?! 

 

 



Arvad, götür yarmaçanı, 

 

Qoyma deşikdən qaçanı. 



 

Neylədin xoruz-beçəni?! 

 


 

26 


Tülkü, səfa gördüm səni, 

Nə yazıq tanıdın məni?! 

 

 

Təndirə qoydum noxudu, 



 

Dərdim ürəkdə çox idi, 

 

Yoxladım, fərəm yox idi. 



 

Tülkü, səfa gördüm səni, 

Nə yazıq tanıdın məni?! 

 

 



Gecə pusquda yataram. 

Yuxuma haram qataram, 

Dərini baha sataram. 

 

Tülkü, səfa gördüm səni, 



Nə yazıq tanıdın məni?! 

 

 



DÜZGÜ 

 

Beşdi-beşdi ha beşdi, 



Ağacdan alma düşdü. 

Almanın yanı zədə, 

Zədəni yeməz gədə. 

Çoban çöldə gəzirdi, 

Divarların düzürdü. 

Çoban qoyuna gedər, 

Köpəyi adam didər. 

Qabağında beş kiçi

Hanı bunun erkəci, 

Erkəc qazanda qaynar,  

Qənbər bucaqda oynar. 

Bu iş gecə nə işdi, 

Beş barmağım gümüşdü. 

Gümüşü verdim tata, 

Tat mənə darı sata. 

Darını səpdim yerə, 

Yerdə bitib göyərə. 

Yerdən darı göyərdi, 

Biçinçi gəldi dərdi. 

Biçinçi Həzrətqulu, 

Cibində vardır pulu. 

Həzrətqulu bənnadı, 

Arvadını danladı. 

Arvadı Cahan banı –  



 

27 


Bunun çarşabı hanı? 

Çarşabı cırılıbdı. 

Qolbağı qırılıbdı. 

Cahan gedib hamama 

Çarşabını yamama. 

Hamamın suyu isti 

İsti suda nə pisdi! 

Telpəri onun qızı, 

Paltarı qıpqırmızı, 

Oğlunun adı Xıdır, 

Əlindəki dəhrədir. 

Xıdırbıyin dəhrəsi, 

Telpərinin çöhrəsi 

Cəhrə demə, əsasdı, 

Dəhrə demə almasdı, 

Telpəri yunu darar, 

Xıdırbəy odun yarar. 

 

 



ġƏNGÜLÜM, ġÜNGÜLÜM, MƏNGÜLÜM 

 

 



Biri var imiş, biri yox imiş, allahdan başqa heç kəs yox imiş. Bircə keçi var 

imiş,  bu  keçinin  də  üçcə  balası.  Birinin  adı  Şəngülüm,  birinin  adı  Şüngülüm, 

birinin də adı Məngülüm. 

 

Bu  keçi  hər  gün  gedib  meşədə  və  çöldə  otlarmış.  Balaları  da  qapıları 



bağlayıb  evdə  oturarlarmış.  Keçi  otlamaqdan  qayıdanda  qapının  dalından 

çağırarmış: 

 

 

 



 

 

Şəngülüm, Şüngülüm, Məngülüm! 



 

 

 



 

 

Açın qapını, mən gəlim! 



 

 

 



 

 

Ağzımda su gətirmişəm, 



 

 

 



 

 

Döşümdə süd gətirmişəm



 

 

 



 

 

Buynuzumda ot gətirmişəm. 



 

Bunu  eşidən  kimi  balaları  sevinib  tez  qapını  açarlarmış  və  anaları  onları 

doyuzdurub yenə gedərmiş çölə-bayıra otlamağa. 

 

Bir gün keçi getcək qurd gəlib durur qapının dalında və başlayır çağırmağa: 



Şəngülüm, Şüngülüm, Məngülüm! 

 

 



 

 

 



Açın qapını, mən gəlim! 

 

 



 

 

 



Ağzımda su gətirmişəm, 

 

 



 

 

 



Döşümdə süd gətirmişəm, 

 

 



 

 

 



Buynuzumda ot gətirmişəm. 

 

Balaları elə bildi ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. 



 

Qurd içəri girib Şəngülüm və Şüngülümü tutub yedi, amma Məngülüm qaçıb 

evin küncündə gizləndi. Qurd onu görmədi. 

 

Keçi  düzü,  çəməni  otlayıb  qayıtdı  evinə  və  həmin  sözlər  ilə  başladı 



uşaqlarını  çağırmağa.  Amma  içəridən  bir  kəs  ona  cavab  vermədi.  Neçə  dəfə 

 

28 


Şəngülüm, Şüngülüm deyib çağırdısa da ona cavab verən olmadı və qapı açılmadı. 

Axırda özü qapını sındırıb girdi evə. O yana, bu yana baxdı, balalarının heç birini 

görmədi. Axırda qaranlıq küncün biridə Məngülümü gördü. 

 

Başlarına  gələni  Məngülüm  anasına  nağıl  elədi.  Onda  keçi  çıxdı  dovşan 



damının üstünə və ayaqları ilə damı döydü. 

 

Dovşan içəridən çığırdı: 



-

 

O kimdir? 



Keçi cavab verdi ki, mənəm, balalarımı sənmi yemisən? 

Dovşan cavab verdi ki, yox, mən yeməmişəm, get tülküdən xəbər al. 

Keçi getdi çıxdı tülkünün damının üstünə və başladı ayaqları ilə döyməyə. 

Tülkü içəridən çığırdi: 

-

 

O kimdir, mənim damımın üstə çıxıb?! 



Keçi dedi: 

-

 



Mənim balalarımı sənmi yemisən? 

Tülkü cavab verdi: 

-

 

Yox, mən yeməmişəm, get qurddan soruş. 



Keçi  getdi  çıxdı  qurdun  damının  üstünə.  Bu  vaxt  qurd  da  bir  qazan  asmışdı, 

ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda 

qurd çığırdı: 

 

 



 

 

 



O kimdir damım üstə, 

 

 



 

 

 



Toz tökər şamım üstə? 

 

 



 

 

 



Aşımı şor eylədi, 

 

 



 

 

 



Gözümü kor eylədi? 

Keçi cavab verdi: 

 

 

 



 

 

Mənəm, mənəm, mən paşa, 



 

 

 



 

 

Buynuzum qoşa-qoşa. 



 

 

 



 

 

Çıx eşiyə, savaşa! 



Qurd çölə çıxdı ki, görsün nə var. 

Keçi dedi: 

-

 

Sən mənim balalarımı yemisən, gəlmişəm səninlə savaşam. 



Qurd istədi ki, boynundan atsın, amma ata bilmədi və keçi ilə şərt qoydular ki, 

hər ikisi bir yerdə gedib qazıya şikayət eləsinlər. 

Keçi  getdi  evinə,  bir  kasa  qatıq  çaldı  və  bir  dəstərxan  yağlı  çörək  bişirdi  ki, 

qazıya sovqat aparsın. 

Qurd da bir dağarcığın içinə 3-4 noxud ləpəsi saldı, üfürüb içini yel ilə doldurdu 

və sonra ağzını bərk bağlayıb özü ilə gətirdi. Gəldilər qazının hüzuruna. 

Qazı keçinin sovqatına açıb baxdı və çox xoşhal oldu. Sonra qurdun dağarcığını 

açdı. Noxudun biri sıçrayıb qazının bir gözünü çıxartdı. Qazı işi belə kəsdi ki, keçi 

ilə  qurd  gərək  savaşsınlar  və  qurda  da  bir  buynuz  qayrılsın.  Qazı  keçinin 

buynuzunu daha da iti elədi. Amma qurda da çürük ağacdan  bir buynuz qayırdı. 

Keçi  ilə  qurd  başladı  dalaşmağa.  Bir-iki  dəfə  vuruşandan  sonra  qurdun  buynuzu 

sındı və keçi vurub onun qarnını yırtdı. 

Qurd bağırdı: 

-

 



Vay bağırsağım, vay. 

Keçi cavabında dedi: 



 

29 


-

 

Şəngülümü, Şüngülümü yeməyəydin! 



Vay bağırsağım deməyəydin! 

 


Yüklə 491,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin