NƏTĠCƏ
XX əsr tariximizin bu günə qədər öyrənilməyən bir dövrünün araşdırılması,
şübhəsiz ki, əhəmiyyətlidir. Azərbaycan Xalq Cümhuriyyəti zorla devirildikdən
sonra Azərbaycanda mövcud rejimə qarşı güclü mübarizə aparılmışdır. Milli
dövlətçiliyin qorunması, yeni rejimin xalqın milli-mənəvi dəyərlərini inkar həddinə
çatdırması ölkədə ciddi problemlər yaradır, insanların müqavimət gücünü artırırdı.
Sovet sisteminin qanlı terror üsuluna əsaslanması əhalidə bu rejimə qarşı
barışmazlıq mövqeyini gücləndirirdi.
Qeyd
olunmalıdır
ki,
Azərbaycan
legionerlərinin
yaranmasını,
formalaşmağını yalnız 1941-1945-ci illərə aid etmək tarixi hadisələrə obyektiv
yanaşmamaqdan irəli gələrdi. Belə ki, obyektiv tarixi yanaşmanın ən doğrusu,
1920-ci ilin 28 aprel hadisələri, həmin gün Azərbaycanın bolşeviklər tərəfindən
işğal edilməsidir. Məhz həmin hadisələrdən sonra Azərbaycanda çoxlu sayda
silahlı üsyanlar başladı, xalqın ayrı-ayrı bölgələrdə sovet rejimini devirmək
cəhdləri oldu. Zorla kollektivləşmə, amansızcasına həyata keçirilən sənayeləşmə,
Stalinin birbaşa başçılığı ilə aparılan kütləvi terror hadisələri insanların yaddaşında
dərin izlər buraxmışdı. Təsadüfı deyildi ki, imkan yarandığı halda əhalinin bu
narazılığı üzə çıxır, yeni müqavimət forması alırdı.
Əslində sovet dövlətinin uzun illər apardığı təbliğatın neqativ halları da
ortaya çıxdı. Belə ki, sovet təbliğat maşını sovet əsgərini “öz sosialist vətəninə
sədaqətli”, “Kommunist Partiyasına dərindən bağlı”, “əsl sovet patriotu” kimi
təqdim etsə də, bu reallıqda əksini tapmadı.
Təsadüfi deyildi ki, minlərlə sovet əsgərinin alman faşistlərinə təslim
olmasını və onların mövqeyinə keçməsini gizlətmək də mümkün olmadı. Sayı
milyondan çox olan sovet əsgərinin Vətən müharibəsində “sosialist vətəni”nə qarşı
silahlı mübarizəyə başlaması qaçılmaz faktlardır. İnsanların cəbhəni dəyişməsinin
əsas başlıca səbəbi adamların azad demokratik qaydalarla yaşamasına şərait
yaratmayan Stalin rejimində, sovet sosialist sistemində idi.
Digər tərəfdən, Azərbaycan legionerlərini heç bir cəhətə görə faşizmlə,
nasional-sosializmlə bağlamaq olmaz. Onların fəaliyyətini İkinci Dünya
müharibəsi illərində Sovet İttifaqında yaradılmış “kommunist niqablı”, “Azad
Almaniya” təşkilatı ilə də eyniləşdirmək düzgün deyildir. Azərbaycan
legionerlərinin 1943-cü ildə, Berlində keçirilən qurultayı onların apardıqları
mübarizənin bilavasitə Azərbaycanın müstəqilliyi ilə bağlı olduğunu göstərdi. Eyni
zamanda, Azərbaycan legionerlərinin və “Milli Azərbaycan Komitəsi”nin
almanlarla yaxınlığında ciddi nöqsanlar axtararkən, digər Qərb dövlətlərinin də
Stalini dəstəkləməsinə həmin mövqedən yanaşılmalıdır. Bu, həm də onunla izah
edilir ki, müharibənin başlanmasında hər iki rejimin (sovet, faşist), dünyada
hegemonluq istəkləri başlıca rol oynamışdır.
Azərbaycan legionerləri ümidlərini yalnız Hitlerə bağlamamışdılar, onlar
müharibənin sonlarında ABŞ və Böyük Britaniya ilə əlaqələr qurmağa çalışıb öz
siyasi vəzifələrini reallaşdırmaq, Stalin rejimi ilə mübarizə niyyətində idilər.
Nəhayət, Azərbaycan legionerlərinin fəalliyyətini araşdırarkən aşağıdakı
ümumiləşdirici nəticələrə gəlmək mümkündür:
-
1920-ci ildə işğal edilmiş, sonradan Sovet İttifaqına qatılmış Azərbaycan
Respublikasında mövcud olmuş bolşevik rejimi xalqın milli müstəqilliyini almış,
onun azad bir dövlət formasında inkişafına imkan verməmişdir;
-
Stalin rejimi azad sözü, azad mətbuatı, azad fikri boğmuş, ölkədə terror
rejimi yaradılmışdır;
-
Sovet rejimi kəndlilərin, fəhlələrin, ziyalıların hüquqlarını əlindən almış,
onları özünün saxta təbliğat silahına çevirmişdir;
-
Azərbaycan xalqı, digər sovet xalqları ilə birgə imkan düşərsə, mövcud
rejimi devirməyə daim imkan axtarmışdır;
-
İkinci Dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan
legionları çətin şəraitdə olmalarına baxmayaraq, mülli müstəqilliyimizin
qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmış və buna nail
olmuşlar;
-
İkinci Dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən
Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi-legionerlərinin
köməyi ilə minlərlə yurddaşımızın həyatı xilas edilmişdir;
-
Azərbaycan legionerlərinin 1943-cü ildə Berlində Milli Azərbaycan
Qurultayının keçirilməsi mühüm tarixi-hadisə olmuşdur. Belə ki, həmin qurultayda
Azərbaycanın müstəqil dövlət olması fıkri xüsusi vurğulanmışdır;
-
1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti
nəticəsində Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması mühüm tarixi
hadisədir;
-
Azərbaycan legionerlərinin Almaniyada mətbuat orqanlarını yaradıb
tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmələri böyük əhəmiyyətə
malikdir;
-
Azərbaycan könüllülərindən ibarət nizami hərbi hissələrinin yaradılıb
uğurlu döyüşlər aparması çağdaş durumumuzda ordu quruculuğu və gənc nəsildə
döyüşkənlik, qorxmazlıq hisslərinin təlqin edilməsi baxımından təqdirəlayiq haldır.
Şübhəsiz, Azərbaycan legionerlərinin tarixi əhəmiyyətini onların
məğlubiyyəti, yaxud qələbəsi ilə müəyyənləşdirmək düzgün olmazdı. Hansı
nəticədən asılı olmayaraq onlar güclü qüvvələr formasında Azərbaycanın
müstəqilliyi xəttini yürütmüşlər.
Azərbaycan legionerləri sovet rejimi əleyhinə yönəldiyindən, Stalinin üsul-
idarəsi ilə barışmadığından, xalqımızın milli-müqavimət gücünü ortalığa
qoyduğundan Azərbaycan tarixində şərəfli yer tutmağa layiqdir.
ƏDƏBĠYYAT SĠYAHISI
Azərbaycan dilində
1.
“Azərbaycan”, jurnalı, Ankara, 1954, N9 (33).
2.
“Azərbaycan”, jurnal, Münhen, 1952, Nl.
3.
“Azərbaycan”, jurnal, Münhen, 1952, N6-7.
4.
“Azərbaycan”, jurnalı, Ankara, 1952, Nl.
5.
Azərbaycan Kültür Dərnəyinin Nizamnaməsi. Ankara, 1949, s.9.
6.
“Azərbaycan”, qəzet, Berlin, 1942, N28. Sitat götürülmüşdür: “Kafkasya”
jurnalı, 1952, N9.
7.
“Azərbaycan”, qəzet, Berlin, 1943, N32 (60).
8.
“Azərbaycan”, qəzet, Berlin, 1943, N46 (74).
9.
“Azərbaycan”, jurnal, Münhen, 1953, N10, s. 23-30.
10.
“Azərbaycan”, jurnal, Münhen, 1953, N11, s.27-29.
11.
“Azərbaycan”, jurnal, Münhen, 1953, N8, s. 3-10.
12.
“Azərbaycan” jurnal, Ankara, 1986, N256, s. 45-48.
13.
“Azərbaycan” jurnal, Münhen, 1952, N3, s.22.
14.
Azərbaycan Demokrat Birliyinin Azərbaycan legionerlərinə müraciəti.
Münhen, 1946-cı il, Məhəmməd Kəngərlinin şəxsi arxivindən. Surəti
müəllifdədir.
15.
Ağaoğlu B. Solovkidə gördüklərim. “Bildiriş” qəzeti, İstanbul, 1930, N10.
16.
Ağaoğlu B. Solovkidə gördüklərim. “Bildiriş” qəzeti. İstanbul, 1930, N11.
17.
Ağaoğlu B. Solovkidə gördüklərim. “Bildiriş” qəzeti, İstanbul, N15.
18.
Altunbəy M. Amerikadan gəlirəm. “Mücahid” jurnalı, İstanbul, 1961,N43-44.
19.
Alpaut Ə. Əbdürrəhman Fətəlibəyli. “Mücahid” jurnalı, İstanbul, 1961,N43-44.
20.
“Aydınlıq”, qəzet, Bakı, 01.09.1990.
21.
“Aydınlıq”, qəzet, Bakı, 1990, N25.
22.
Atabəy Ş. Kommunistlərin ideoloji işləri. “Azərbaycan” jurnalı, Münhen, 1953,
N9, s. 19.
23. Atabəy Ş. Stalin nədən öldü? “Azərbaycan” jurnalı, Münhen, 1953, N10.
24. Atamalıbəyov A. Çıxışının mətni. “Azərbaycan” qəzeti Berlin, 1949, N46(47).
25.
Abdullayev S. 1941-1945-ci illər müharibəsində Azərbaycanda hərbi-müdafıə
və hərbi-təşkilat işləri. Avtoreferat. Bakı “Səadət”, 2000, s. 25.
26.
AR SPİHMDA, v. 1, 7; s. 177, i. 12.
27.
AR SPİHMDA, v. 1, s. 154, i. 1, v. 10.
28.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 22.
29.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 23.
30.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 25.
31.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 46.
32.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 48.
33.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 54.
34.
v. 55.
35.
v. 56.
36.
v. 58.
37.
v. 59.
38.
v. 60.
39.
v. 61.
40.
v. 62.
41.
v. 64.
42.
v. 71.
43.
v. 72.
44.
v. 73.
45.
v. 74.
46.
v. 77.
47.
v. 84.
48.
v. 87.
49.
v. 91.
50.
v. 92.
51.
v. 93.
52.
v. 116.
53.
v. 117.
54.
AR SPİHMDA, v. 1, s. 253, i. 8, v. 6.
55.
v. 7.
56.
v. 89.
57.
AR SPİHMDA, v. 1, s. 177, i. 12, v. 7.
58.
v. 6.
59.
v. 17.
60.
v. 20
61.
v.21.
62. v. 23.
63. v. 27.
64.
v. 14.
65.
v. 29.
66.
v. 30.
67.
v. 33.
68.
v. 35.
69.
AR SPİHMDA, v. 1, s. 154, i. 1, v. 22.
70.
v. 3.
71.
v. 4.
72.
v. 5.
73.
v. 8.
74.
v. 13.
75.
v. 16.
76.
AR SPİHMDA, v. 1, s. 129, i. 50, v. 28, v. 258.
77.
AR SPİHMDA, v. 276, s. 3, i. 110, v. 1.
78.
AR SPİHMDA, v. 1, s. 74, i. 63. v. 89.
79.
AR MDA, v. 649, s. 1, v. 1.
80.
ARMDA,v. 648.
81.
ARMDA,v. 661.
82.
Bayramov X. Əbdürrəhman Düdənginski. “Meydan” qəzeti, Bakı, 1993,
N24(41).
83. Babayevin çıxışının mətni. “Azərbaycan” qəzeti, Berlin, 1943, N46(47).
Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
84.
Bünyadov Z. Qırmızı terror. Bakı, Azərnəşr, 1993, s. 330.
85.
Bünyadov Z. Bərdəli Baharın açıq məktubuna cavab. “Oğuz eli” qəzeti, Bakı,
1992, N6.
86.
Borsunlu M. D. Bir zaman can deyib, can eşidərdik..., Bakı, Yazıçı, 1991, s.
209.
87.
Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyi. Sov. İKP Plenumunun qərarı.
Sov. İKP MK-nın tezisləri. Bakı, 1967.
88.
“Bildiriş” qəzeti. İstanbul, 1931, N56
89.
“Bildiriş” qəzeti. İstanbul, 1930, N3.
90.
“Bildiriş” qəzeti. İstanbul, 1931, N33.
91.
Cahangir Kazımbəyin çıxışının mətni. “Azərbaycan” qəzeti, Berlin, 1943-cü il,
N46(74), Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
92. Cahangir bəy K. Gəncə üsyanı haqqında xatirələr. “Azərbaycan” qəzeti,
Bakı, 1993, N123-124 (639-640).
93.
“Cavanşir yurdu” qəzeti. İsmayıllı, 1992, N50(5982).
94.
“Cavanşir yurdu” qəzeti. İsmayıllı, 1992, N51(5983).
95.
“Cavanşir yurdu” qəzeti. İsmayıllı, 1992, N52(5984).
96.
Cəfərli M. Bolşevizm və faşizm arasında. “Azadlıq” qəzeti, 2000, N61(1570).
97.
Cəfərli M. Bolşevizm və faşizm arasında. “Azadlıq” qəzeti, 2000, N65(l574).
98.
Cəfərli M. Bolşevizm və faşizm arasında. “Azadlıq” qəzeti, 2000, N64(l573).
99.
Cəfərli M. Bolşevizm və faşizm arasında. “Azadlıq” qəzeti, 2000, N63(l5772).
100.
Cəfərli M. Bolşevizm və faşizm arasında. “Azadlıq” qəzeti, 2000, N57(1566).
101. Ceyhun Baba. Məhəmməd Əmini üçüncü dəfə görə bilmədim. “Şans”
qəzeti, Bakı, 1999, N76(76).
102.
Çəmənzəminli Y. V. Xarici siyasətimiz. Bakı, 1993, s 38.
103.
“Ekspress”, qəzet, Bakı, 2001, N86.
104.
“Ekspress”, qəzet, Bakı, 2001, N87.
105.
Əliyev Ə. Əlincə yaddaşı. Naxçıvan, 1914-1992. Bakı, 1997.
106.
Əciyev C. Gizli müşavirə. “Ulduz” jurnalı, Bakı, 1998, s. 71.
107. Əlizadə M. Fətəlibəylinin qətli münasibəti ilə M. Ə. Rəsulzadənin nitqi.
“Müxalifət” qəzeti, Bakı, 1991, N6(06).
108.
Əkbər İ. Amerikan Komitəsinin vitse-prezidenti Robert Kellə məktub.
Azadlıq Radiosundakı verilişinin mətni. Ramiz Abutalıbovun şəxsi arxivindən.
Surəti müəllifdədir.
109.
Muğal Əflan. Əbdürrəhman Fətəlibəyli. “Mücahid”, İstanbul, 1961, N43-44,
s. 13-14.
110.
Fətəlibəyli Ə. Düdənginski. Ailəsinin və qohumlarının sürgünə göndərilməsi
ilə bağlı sənədlər. Abid Tahirlinin şəxsi arxivindən. Surəti müəllifdədir.
111.
Fətəlibəyli Ə. Düdənginskinin İngiltərənin Baş Naziri K. Ettliyə məktubu.
Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
112.
Fətəlibəyli Ə. Düdənginski. Azərbaycan xalqının böyük oğlu. “Azərbaycan”
jurnalı, Münhen, 1952, N6-7, s. 6-7.
113.
Fətəlibəyli Ə. Düdənginski. Kreml hürr dünyanın gözü önündə hürriyyət
əleyhinə xalqlar konqresi çağırdı. “Azərbaycan” jurnalı, 1953, Münhen, N8, s. 26.
114.
Fətəlibəyli Ə. Sovet-Fin hərbi. “Azərbaycan” jurnalı, Münhen, 1953, N10, s.
13.
115.
Fətəlibəyli Ə. Düdənginski. Kommunizm utopiyadır. “Azərbaycan” jurnalı,
Münhen, 1953, N11, s. 26.
116.
Fətəlibəyli Ə. Düdənginski. General Biçeraxova aid məktub. “Sabah” qəzeti,
Bakı, 15. 30. 05, 1992.
117.
Fətəlibəyli Ə. Milli Azərbaycan Qurultayındakı çıxışı. İ. Əkbərin “Azadlıq”
Radiosundakı verilişində səsləndirilib. Ramiz Abutalıbovun şəxsi arxivindən.
Surəti müəllifdədir.
118.
Fətəlibəylinin qətli münasibəti ilə M. Ə. Rəsulzadənın nitqi. “Azərbaycan”
jurnalı, Ankara, 1954, N9 (33), s. 11-14.
119.
Fətəlibəyli Ə. Düdənginskinin C. Hacıbəyliyə göndərdiyi 1952-ci il 04 yanvar
tarixli məktub. Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
120.
Fətəlibəylinin qətli münasibəti ilə “Azadlıq” Radiosunun matəm xəbəri.
Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
121.
Fətəlibəylinin qətli münasibəti ilə M. Ə. Rəsulzadənin çıxışının mətni. A.
Tahirlinin şəxsi arxivindən. Surəti müəllifdədir.
122.
Fuad Əmircanın çıxışı. “Azərbaycan” qəzeti, Berlin, 1943, N46(47). Ramiz
Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
123.
Gənc Azər; istintaq materialları üzrə, Bakı, 1993, s.28
124.
Hafız S. Əbo bəy kimdir? “Hikmət” qəzeti, Bakı, 1991, N10.
125.
Hafiz S. Maarif Teymur. Əbdürrəhman bəy Düdənginski. “Mübarizə” qəzeti,
Bakı, 1991, N 27 (31).
126.
Hacıbəyli C. Visbadendən - Ştaraberqə. “Azərbaycan” jurnalı, Münhen, 1952,
N3, s. 3-4.
127.
Hacıbəyli C. Koordinasyon mərkəz. “Azərbaycan” jurnalı, Münhen, 1952,
N6-7,9. 3-4.
128.
Hilal M. Almaniya böhranı. “İstiqlal” qəzeti, Berlin, 1932, N2.
129.
İlhamə. Partizan Tanante. “Üç nöqtə” qəzeti, Bakı, 2001, N48 (332).
130.
İlkin Q. Nuru Paşa haqqında həqiqətlər. “Günay” qəzeti, Bakı, 1995, N51.
131.
İbrahimli X. Məni danışdırın, ürəyimi sizə açaram. “Yeni Müsavat” qəzeti,
Bakı, 1993, N27.
132.
İbrahimli X. Azərbaycan Siyasi Mühacirəti (1920-1991). Bakı, Elm, 1996, s.
304.
133. İbrahimli X., Zeynalov R. Müsavat Partiyasının 1920-ci il 27 Aprel
istilasından sonrakı fəaliyyəti tarixindən. “Müsavat” jurnalı, Bakı, 1993, Nl (5).
134.
İbişov F. Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-1930), Bakı,
Mütərcim, 1996, s.167
135.
İsgəndəroğlu. İkinci Dünya müharibəsində Qafqasya könüllüləri. “Qafqasya”
jurnalı, Münhen, 1952, N6-8, s. 25-26.
136.
İsrafil İsrafilbəyovun çıxışının mətni. “Azərbaycan” qəzeti, Bakı, 1943,
N46(47). Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
137.
İsmayılzadə M., Məmməd S. Mühacirətdə olanlar. “Yeni Müsavat” qəzeti,
Bakı, 11. 03. 1993.
138.
İkinci Dünya müharibəsində alman bayrağı altında olan gürcülər. Tbilisi,
1994, s. 591. (Gürcü dilində).
139.
“Kavkasya”, jurnal, Münhen, 1952, N9.
140.
“Kavkasya” jurnalı. Münhen, 1952, N10.
141.
“Kavkasya”, jurnal, Münhen, 1952,N11-12.
142.
“Kafkasya”, jurnal, Münhen, 1951, N4-5, s. 48.
143.
Kəngərli M. Məcid Musazadə (Qarsalani). “Ədəbiyyat” qəzeti, Bakı, 1992,
N7 (2806).
144.
Kəngərli M. Azərbaycan Kültür Dərnəyinin Ankarada 1954-cü ilin dekabrın
19-da, Ə. Fətəlibəylinin matəmi münasibəti ilə keçirdiyi toplantıdakı nitqinin
mətni. Ramiz Abutahbovun şəxsi arxivi. Mətnin surəti rnüəllifdədir.
145.
Kəngərli M. Ə. Düdənginskinin hesabına dair. “Kavkasya” jurnalı, Münhen,
N9, s. 25-29.
146.
Kəngərli M. Xocalı qətliamının xəyanətlərlə dolu iç üzü. “Azərbaycan”
jurnalı, Ankara, 1995, N301, s. 18-22.
147.
Kəngərli M. Fuad Əmircan. “Azərbaycan” jurnalı, Bakı, 1995, N304, s. 26.
148.
Qayıbov A. Xatirələrim. “Azərbaycan Ordusu” qəzeti, Bakı, 1993, N16.
149.
Qasımov M. Xarici dövlətlər və Azərbaycan. Bakı, Qanun, 1998, s. 356.
150.
Qaraca Ə. Azərbaycanın yeni tarixinə qısa bir baxış. Ankara, 1982, s. 24.
151.
Qaffarov T. Azərbaycan tarixi: 1920-1991. Bakı, Mütərcim, 1989, s. 356.
152.
Qabliani Q. Mənim xatirələrim, İkinci Dünya müharibəsi. C. 1. Kutaisi, 1998,
s. 335. (Gürcü dilində)
153.
Qurban T. Əsirlikdə görüş. “Dalğa” qəzeti, Bakı, 25.12.1990.
154.
Maqomanın çıxışının mətni. “Azərbaycan” qəzeti. Berlin, 1943, N46(47).
Ramiz Abutahbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
155.
“Müsavat” bülleteni. Berlin, 1962, N4.
156.
Müsavat Partiyasının sorğu kitabı. Bakı, 1994, s. 29.
157.
“Müsavat”, jurnal, Bakı, 1995, N5(9).
158.
Musazadə M. Azərbaycan Qızıl Ordusunun qurulması və ləğv edilməsi.
“Azadlıq” Radiosunda efırə getmiş verilişin mətni Məcid Musazadənin şəxsi
arxivindən. Surəti müəllifdədir.
159.
Musazadə M. Stalin terrorunun qurbanları: Əliheydər Qarayev. “Azadlıq”
Radiosunda efirə getmiş veriliş. Məcid Musazadənin şəxsi arxivindən. Surəti
müəüifdədir.
160.
Musazadə M. Azərbaycanın Şaumyan fitnəkarlığından qurtulması münasibəti
ilə. “Azadlıq” Radiosunda efirə getmiş veriliş. Məcid Musazadənin şəxsi
arxivindən. Surəti müəllifdədir.
161.
Musazadə M. Qarabağın zəngin tarixinə dair. “Həqiqət” qəzeti, Bakı, 1991,
N20 (25).
162.
Musazadə M. BMT-nin Baş katibi T. Heylerə məktub. M. Musazadənin şəxsi
arxivindən. Surəti müəllifdədir.
163.
Musazadə M. Türkiyə prezidenti Turqut Özala məktub. Məcid Musazadənin
şəxsi arxivindən. Surəti müəllifdədir.
164. Musazadə M. “Gənclik” jurnalına göndərdiyi məktub. “Gənclik” jurnalı, Bakı,
1988, N 4, s. 38.
165.
Musazadə M. İndi və ya heç bir zaman. “Elm” qəzeti, Bakı, 1990, N46-47
(254-255).
166.
Musayev N. Desəm öldürərlər, deməsəm ölləm. “Ədalət” qəzeti, Bakı, 1990,
N13.
167.
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgəsində siyasi vəziyyət
və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, Bakı Universiteti
nəşriyyatı, 1998, s. 385.
168. Mustafa Haqqı Türkəqul. Qızıl Rus İmperatorluğu qan üzərində qurulmuşdur.
“Kafkasya” jurnalı, Münhen, 1952, N14, s. 13-16.
169.
Mədətov Qaraş. Azərbaycan Böyük Vətən müharibəsində, Bakı, Elmlər
Akademiyası nəşriyyatı, 1965, s. 503.
170.
Məmmədzadə M. B. Azərbaycanda köylü hərəkatı. “Bildiriş” qəzeti, İstanbul,
1931, N24.
171.
Məmmədzadə M. B. Milli Azərbaycan Hərəkatı. “Nicat” qəzeti, 1991, s. 246.
172.
Məmmədzadə M. B. Hər şeydən öncə milli istiqlal. “Kafkasya” jurnalı,
Münhen, 1952, N15.
173. Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, Yazıçı, 1993, s.l 18.
174. Nağıyev R. Mükafat kimə düşür? “Kommunist” qəzeti, Bakı, 1990,
N237(21305).
175.
“Odlu Yurd”, jurnal, İstanbul, 1929, N8.
176.
Ramazan T. Çılğınlıq qurbanları. “Kafkasya” jurnalı, Münhen, 1952, N13, s.
19-21.
177.
Rana. Onlar türklərdir. Bakı, Azəməşr, 1993, s. 128.
178.
Rəsulzadə M. Ə. Fətəlibəylinin qətli münasibəti ilə nitqi. “Azərbaycan”
jurnalı, Ankara, 1954, N9(33), 1954, s.12-14.
179.
Rəsulzadə M. Ə. Demokrasi və sovetlər. “İstiqlal” qəzeti, Berlin, 1933, N30.
180.
Rəsulzadə M. Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı.
Çağdaş Azərbaycan tarixi. Bakı, Gənclik, 1991, s.110.
181.
Rəsulzadə M. Ə. Azərbaycan davası. Bakı, Ay-Ulduz, 1998, s. 64.
182.
Rəsulzadə M. Ə. Bolşeviklərin Şərq siyasəti. Bakı, Sabah, 1994, s. 130.
183.
Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, Elm, 1990, s. 112.
184.
Rəfiyev B. Aysberqin sualtı hissəsi. Bakı, Gənclik, 1995, s. 35
185.
Rəhimova R. İnsanın taleyi. “Günay” qəzeti, Bakı, 1992, N80 (336).
186.
“Sərhəd”, qəzet, Bakı, xüsusi buraxılış, dekabr, 2000-ci il, N2-3.
187.
Sov. İKP Tarixi, Bakı, 1972.
188.
Sultanlı V. Azərbaycan Mühacirət ədəbiyyatı, Bakı, Şirvannəşr, 1998.
189.
Ştemenko S. M. Baş Ştab müharibə illərində. Bakı, Azərnəşr, 1972, s. 413.
190.
“Üç nöqtə”, qəzet, Bakı, 2001, N51(335).
191.
“Üç nöqtə”, qəzet, Bakı, 2001, N54(338).
192.
“Üç nöqtə”, qəzet, Bakı, 2001, N56(340).
193.
“Üç nöqtə”, qəzet, Bakı, 2001, N59(343).
194.
Vəli Qəyyumun çıxışının mətni. “Azərbaycan” qəzeti, Berlin, 1943, N46(47).
Ramiz Abutalıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
195.
Yaqublu N. Müsavat Partiyasının tarixi. Bakı, Ay-Ulduz, 1997, s. 327.
196.
Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə. Bakı, Gənclik, 1991, s. 305.
197.
Yaqublu N. Ağrılı ömürlər. Bakı, Yazıçı, 1990, s. 320.
198.
Yaqublu N. Hitler onu tanıyırdı. “Səhər” qəzeti, Bakı, 1992, N88(375).
199.
Yaqublu N. Hitlerlə üz-üzə. “Aydınlıq” qəzeti, Bakı, 1991, N19(41).
200.
Yaqublu N. Mayor Fətəlibəyli Düdənginski. “Azərbaycan” qəzeti, Bakı,
1992, N6(121).
201.
Yurdsevər Ə. V. Azərbaycan istiqlal savaşından səhnələr. “Azərbaycan”
jurnalı, Ankara, 1960, N12, s. 14-16.
202.
“Yeni Qafqasiya”, jurnal, İstanbul, 1924, N15.
203.
Zeynalov R., İbrahimli X. Müsavat Partiyasının 1920-ci il 27 Aprel
işğalından sonrakı fəaliyyəti tarixindən. “Müsavat” jurnalı, Bakı, 1995, N5, s.6-19.
|