Detektiv roman


    Cinayətdən 10 saat sonra



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#39146
1   ...   5   6   7   8   9   10   11   12   13
Müşfiq-XAN-Milenaya-mektub

10 

 

Cinayətdən 10 saat sonra 

 

– Gəlmək olar? – Sato qapını astaca bir neçə dəfə tıq-



qıldadıb, sonra isə içəri girmək üçün icazə istədi. 

– Buyurun, gəlin. 

Qapıda  onu  qarşılayan  ağbəniz  qadının  üzündə  bayaqkı 

məyusluqdan əsər-əlamət yox idi. Saçlarının qarışıqlığın-

dan və bədənini dizlərinə qədər zorla örtən qısa ağ xalat-

dan hamamdan çıxdığı anlaşılırdı. 

– Bağışlayın, yenidən gələcəyinizi bilmirdim. Üstümü 

dəyişim, bu dəqiqə qayıdıram, – qadın bunu deyib vanna 

otağına keçdi. Çay içirsiniz? 

– Xeyr, tələsirəm. 

Sato səbirsiz halda dilləndi. Söhbəti uzatmaq fikri yox idi. 

Milananın yalan danışmasının səbəbini öyrənib getməliy-

di.  Əlbəttə  bu  dəfə  də  başqa  yalanlarla  qarşısına  çıxma-

saydı. 


Qadın  qayıdanda  yaranan  fürsəti  dəyərləndirməyə 

çalışdı. 

– Ayaqyolundan istifadə edə bilərəm? 

– Əlbəttə. 

Baş  müstəntiqin  axtardığını  tapması  uzun  sürmədi.  Bir-

iki dəqiqə sonra cibindəki kiçik şəffaf paketdə Milananın 

saç nümunələri ilə hamamdan çıxdı. Prokurorluqdan qa-

yıdandan sonra Pərvizin evində axtarış aparacaqdı. Əgər 

şair gecəki görüşləri barəsində yenidən yalan ifadə verib-

sə,  dediyi  kimi,  10-15  dəqiqə  yox,  qadınla  birlikdə  daha 

uzun müddət vaxt keçiriblərsə, bunu mütləq aşkar edə bi-



55

 

 



ləcəkdi. Hər halda hər şey Pərvizin evindən Milanaya aid 

hansısa nümunənin, yaxud saç telinin tapılmasından asılı 

idi.  Beləcə  qarşılaşdırma  aparıb  şairin  ifadəsini  yoxlaya-

caqdı. 


– Milana, hadisəni dönə-dönə xatırladıb sizi incitmək 

fikrim  yoxdur,  –  Sato  oturmayıb  qapının  kandarına  söy-

kəndi.  Qollarını  sinəsində  çarpazlamışdı.  Qadına  nəzər 

saldı. Onun sualdolu baxışları müstəntiqə zilləndi. Sonra 

nə fikirləşdisə, başını aşağı salıb heç nə demədən susma-

ğa başladı. 

–  Vaxtımız  çox  azdı.  Buraya  yalan  danışmağınızın 

səbəbini soruşmaq üçün qayıtmışam. 

Baş müstəntiq gəlişinin məqsədini bildirdi. Sualından 

sonra qadın başını dikəltsə də, baxışlarında yenə də məc-

hul bir qorxu, insanı yumşaldan ürkəklik vardı. 

–  Axı  mən  bildiklərimin  hamısını  sizə  danışdım... 

Heç biri də yalan deyildi. 

–  Axı  dünən  gecə  Pərvizlə  görüşdüyünüzü  gizlətdi-

niz, – Sato onu yamsılayaraq eyni intonasiya ilə cavab ve-

rib  istehza  ilə  qadının  gözlərinin  içinə  baxdı.  Milananın 

özünü itirdiyini hiss etmək çətin deyildi. 

– Mən onu tanımıram, – əvvəlcə duruxsa da, nəhayət 

ki, kəkələyib handan-hana cavab verdi. 

– Bilirəm tanımırsınız. Burada tanış olmusunuz. Mən-

cə  özünüzü  bu  qədər  yormayın.  Şair  özü  hər  şeyi  etiraf 

etdi. 


Qadın çaşıb qaldı: 

– Necə yəni hər şeyi? 

– Milana, xahiş edirəm məni də, özünüzü də yorma-

yın.  Əgər  Pərvizi  tanımırsınızsa,  onun  “şair”  deyəndə 




56

 

 



söhbətin  kimdən  getdiyini  də  bilməməliydiniz.  Siz  isə 

sualıma-sualla cavab verirsiniz. Buyurun, növbə sizindir. 

Dünənki gecə haqqında ətraflı, yerli-yerində danışmalısı-

nız. 


– Mən dediyiniz adamı tanımıram. And içirəm ki, qa-

lan bildiklərimin hamısını sizə danışmışam. 

–  Amma  Pərvizin  kottecinin  qarşısında  görüşdüyü-

nüzü, qucaqlaşdığınızı, öpüşdüyünüzü deməyibsiniz! 

Sato  əsəbiləşib  sağ  yumruğunu  sol  ovucunun  içərisində 

sıxdı. 


–  Bu  şəxsi  məsələdir.  Məncə  bunun  sizin  araşdırma-

nıza heç bir faydası yoxdur. Romanın ölümü ilə isə qətiy-

yən əlaqəsi yoxdur. 

Qadın  baş  müstəntiqin  onun  Pərvizlə  münasibətini 

həqiqətən də öyrəndiyini başa düşüb çarəsiz halda mızıl-

dandı. 


– Bəs nəyə görə əvvəlcə yalan danışdınız? 

–  Mən  söz-söhbətlərin  hamının  qulağına  çatacağın-

dan, Romadan qorxuram. 

Qadın havalanmış adamlar kimi sayaqlamağa başladı. 

– Necə yəni Romadan? O, artıq yoxdur! 

– Mən Romanın öldüyünə inanmıram..., – bunu deyib 

göz yaşlarını saxlaya bilmədi. 

Lənət  şeytana!  –  Sato  ürəyində  deyinməyə  başladı. 

Bu qadın nə etməyə çalışır axı? Deyəsən məni fikirlərim-

dən döndərməyə, izi azdırmağa çalışır. 

Emosiyalarını bir kənara qoyub, söhbətə təmkinlə da-

vam etməyin doğru olduğunu düşündü: 

–  Qorxduğunuzu,  bir  tərəfdən  də  tutduğunuz  səhv 

işə  görə  peşman  olduğunuzu  anlayıram.  Sizi  çox  yaxşı 




57

 

 



başa düşürəm. Amma xahiş edirəm, indi yalanlarınızı bir 

kənara qoyub, bütün bildiklərinizi mənə danışasınız. 

Baş müstəntiq bunları deyib Milananın qarşısında da-

yandı. Qadında sanki onu sakitləşdirən, həddən artıq əsə-

biləşməsini önləyən qeyri-adi aura mövcud idi. Sato bunu 

indi  daha  çox  hiss  edirdi.  Bayaqkı  yerinə  qayıtdı.  Onun 

danışmasını gözləyirdi. 

 

 



 

 

 



 

 

 



 

11 

 

 

İstirahət  mərkəzini  prokurorluqdan  təxminən  22-25 



kilometr  məsafə  ayırırdı.  Sato  qarşısına  çıxan  ilk  taksini 

saxlatdırıb gedəcəyi yeri bildirdi. 

Yolboyu hadisənin necə baş verməsi ilə bağlı ona bəl-

li olan cinayət detallarını bir daha götür-qoy etmək fikrin-

dəydi.  Milananı  iki  dəfə  danışdırmasına  rəğmən  əlinə 

keçən  yeganə  fakt  onun  Pərviz  adlı  şairlə  münasibətinin 

olduğunu öyrənə bilməsi idi. Qadın az əvvəlki ifadəsində 

onunla  görüşdüyünü  etiraf  etsə  də,  bundan  başqa  yeni 

heç nə deməmişdi. Ötən gecə Roma yatandan sonra – təx-

minən  3  radələrində  qonşusu  ilə  xəlvətcə  görüşdüyünü, 




58

 

 



tez də qayıtdığını deyirdi. Əgər əvvəlcədən aralarında ra-

zılaşıb  plan  qurmuşdularsa,  bunu  yalnız  Pərvizin  kotte-

cində saç tapılarsa Milananınkı ilə qarşılaşdırandan sonra 

müəyyən etmək mümkün olacaqdı. 

Ukraynalı  qadın  yatağının  üstündə  olan  kitabın  ona 

Pərviz tərəfindən hədiyyə olunduğunu da gizlətməmişdi. 

Baş müstəntiq bu kimi xəyanətlərdə qarşı tərəflərdən biri-

nin  sirrin  üstü  açılmaq  təhlükəsi  yaranarsa,  şübhə  yarat-

mamaq üçün qayıdarkən özləri ilə nəyisə gətirmələrini bi-

lirdi. Şair də belə etmişdi. Gecə Romanın ayılıb Milananı 

yanında  olmadığını  görə  biləcəyi  ehtimalını  öncədən  bil-

miş, qadından ayrılarkən ona bəhanə olaraq öz kitabların-

dan birini vermişdi. Bunu düşünən adam əlbəttə ki, gizli 

görüşdüyü qadına yaxalanarlarsa, nə danışacağını da ba-

şa salmış olmalıydı. Hər halda Pərviz və Milanadan sava-

yı,  kənardan  daha  bir  şahidin  –  Aydının  ifadəsinə  görə 

gecə  saat  3 radələrində onlar həqiqətən  də birlikdə  olub-

lar. Təəssüf ki, fizika müəllimi onların saat neçədə görüş-

düklərini, yaxud tam olaraq neçədə ayrıldıqlarını görmə-

mişdi.  Fikirlərini  bloknotundakı  sonuncu  qeydlərinin 

üzərində cəmlədi. 

Kərimin  cinayət  vaxtı  yatması  heç  bir  şübhə  yaratmırdı. 

Dediyi kimi, gecə saatlarına qədər işləyən restoran, müş-

tərilərin  bitmək  bilməyən  çeşidli  sifarişləri  normal  halda 

insanı hədsiz yora bilər. İstirahət mərkəzinin rəhbərliyi də 

dünən gecə saatlarına qədər müştərilərin çox olması faktı-

nı  təsdiqləmişdi.  Bu  halda  Kərimdən  şübhələnməsi  üçün 

yeganə səbəb onun şairlə dost olması idi. Bu da mümkün 

idi  ki,  Pərviz,  Kərimlə  münasibətindən  istifadə  edib  on-

dan xəbərsiz təkbaşına nə isə planlaşdırıbmış. Amma şair 




59

 

 



xeyli  cüssəli  olmasına  baxmayaraq,  Roma  ilə  tək  bacara 

bilməzdi. Nəzərə alanda ki, hadisə dənizdə törədilib, Pər-

vizin belə bir cinayəti heç kəsin köməyi olmadan törətmə-

sini düşünmək ağılsızlıq kimi görünə bilərdi. İkinci adam 

– cinayət iştirakçısı mütləq olmalıydı. Sato bu barədə baş 

sındırmağa  çalışırdı  ki,  telefonuna  gələn  zəng  ona  mane 

oldu: 

–  Yoldaş  baş  müstəntiq,  icazə  verin  sizə  şad  xəbər 



verim. 

Rayon prokurorunun həyəcanlı səsi eşidildi. 

– Olmaya qatili tapmısınız? 

– Yox, onu siz tapacaqsınız. İndi tibbi ekspertiza həki-

mi  ilə birlikdə  meyitin  təkrar  müayinəsindəyəm.  Mərhu-

mun  sağ  çiynindən  aşağı  –  bazu nahiyəsində  dərinin  üs-

tündə yaraya oxşar çox qəribə bir iz aşkarlamışıq. 

– Amma ilkin müayinədə bu barədə qeyd yox idi. 

Baş  müstəntiq  narazı  halda  dilləndi.  Başa  düşdü  ki, 

onun israrından sonra meyit daha diqqətlə tədqiq olunub. 

Prokurorun  xətrinə  dəyəcəyindən  ehtiyatlanıb  nisbətən 

mülayim tərzdə fikrinə davam etdi: 

– Amma dediyiniz kimi, bu əla xəbərdi. Mən də çat-

maq üzrəyəm. Nə izi olduğunu müəyyən edə bilmisiniz? 

– Hələlik xeyr. Patoloji anatomiya birliyinin mütəxəs-

sisi də iki-üç dəqiqədən sonra burada olacaq. Məncə tapa 

bilərik. 

– İz hansı diametrdədir? 

– Təxminən barmaq ucu böyüklüyündədi. 

– Oldu. Hə, bir də qonşu kotteclərdə axtarış 

aparmağım üçün icazə yazmağı unutmamısınız? 

– Masanın üstündədir, sizi gözləyir. 




60

 

 



 

 

**** 



 

Rayon  cinayət-axtarış  şöbəsinin  əvvəlcə  işə  etinasız 

yanaşmasından əsəbiləşsə də, indicə aldığı xəbər ürəyincə 

olmuşdu.  Çox  güman  ki,  tapılan  iz  qatilin  cinayət  aləti 

olaraq istifadə etdiyi cismə aid idi. İz haqqında düşünmə-

yə çalışdı. Suda boğulan, yaxud qəsdən batırılan adamın 

qolundakı  barmaq  ucu  böyüklüyündə  izi  kəskin  toksiki 

maddə  və  ya  yüksək  dozalı  narkotik  maddə  çəkilmiş 

iynə,  zəhərli  ilan  sancması  və  elektrik  cərəyanı  vurması 

yarada  bilərdi.  Daha  müxtəlif  üsulların  varlığı  barəsində 

də düşünmək lazım idi. 

Sato dənizin çimərlik hissəsində su ilanlarına dəfələr-

lə rastlamışdı. Amma zəhərsiz olduqlarına görə təhlükəli 

olmadıqlarını  bilirdi.  Eyni  zamanda  sağlam  bir  adamın, 

həm  də  Roma  kimi  bir  idmançının  su  ilanının  dişləmə-

sindən  sonra  yaralanıb,  sonra  isə  huşunu  itirib  dənizdə 

boğulmasının  mümkün  olmadığını  da  başa  düşürdü. 

Məhz  bu  səbəbdən  ölümün  cinayət  hadisəsi  olduğu  bir 

daha  öz  təsdiqini  tapırdı.  Aşkarlanan  yaraya  bənzər  izin 

varlığı  qatilin  fiziki  hazırlıq  cəhətdən  Romandan  üstün 

olması, yaxud onun cinayət sırasında tək olmadığına dair 

ehtimalları  şübhə  altına  alırdı.  Əgər  cinayət  aləti  varsa, 

deməli qatil, hadisəni gözlənilməz həmlə ilə təkbaşına da 

törədə  bilərdi.  Amma  qatilin  cinayəti  planlaşdıraraq  ki-

minləsə əlbir törətməsini də inkar etmək doğru deyildi. 

Rayon  prokurorunun  telefon  zənginə  qədər  etdiyi 

qeydlərinə  baxdı.  Pərvizin iş  birliyində  olduğu  şəxs  haq-

qında düşünmüşdü. Bloknotun yeni səhifəsini açıb yuxa-




61

 

 



rıdan  “Pərviz”  yazdı.  Daha  sonra  aşağıdan  eyni  sırada 

“Milana”, “Kərim” və “Aydın” adlarını qeyd edib hər bi-

rini  tək-tək  şairin  adı  ilə  birləşdirdi.  Təəssüf  ki,  ehtimal 

etdiyi bu cinayət birliyi sxemində ən inandırıcı və uğurlu 

görünəni  “Pərviz-Kərim”  idi.  Sato  isə  restoran  sahibinin 

bu cinayəti törətdiyinə, yaxud qatillə əlbir olduğuna inan-

maq istəmirdi. 

Bütün  bu  şübhələrinin  sonunda  şairin  hələ  də  yalan 

danışdığı açıq-aşkar bəlliydi. Nə düşündüsə, işini ehtiyat-

lı  tutmaq  üçün  Bakıdakı  dostu  Gündüzə  zəng  edib  tanı-

dığı  ən  yaxşı  kriminal  laboratoriya  əməkdaşını  təcili  X* 

rayonuna göndərməsini tapşırdı.  

Baş müstəntiq DNT analizində gecikmək, yaxud xəta-

ya  yol  vermək  istəmirdi.  Dostuna  zəng  etməsinin  səbəbi 

də bu idi... 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin