«Ey Rəbbim! köksümü açıb genişlət, işimi
yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı
anlasınlar».
(Ta ha 25–28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə
hamınızı Allahın salamı ilə salamlayıram. Allahın
kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm –
in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə
başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və
səlləm -
də öz məktublarını «Bismilləh» ilə başlamış
və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə
başlanılmazsa, o işin sonu kəsikdir»
3
.
İmam Nəvəvi
–
rahmətullahi aleyhi
–
nin bu əsərinin
əsl adı «Qavaid və Fəvaid min əl-Arbəin ən-
Nəvəviyyədir». Bu əsər özündə əhatə edən hədislər ilə
müsəlmanlara Quran və Sünnə işığında yaşamağı
öyrədən bir həyatın yollarını göstərməkdədir. Bu
baxımdan da əsər alimlərin, elm tələbələrinin,
dəvətçilərin, xütbə vermək istəyən hər bir müsəlmanın
cib kitabçası olmalıdır. Buna görə də özümə sonra da
sizə bu əsəri oxumaqla bərabər, əzbərləyib yadda
saxlamağı da tövsiyə edirəm.
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün
şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm.
Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən
qəbul edib onunla müsəlmanları faydalandırmasını
diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən
və şeytandandır. Burada düzəldilməsi mühüm olan
3
Əbu Davud.
6
yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən
çəkinməyəcəyinizə ümüd edirəm.
Göylərin və yerlərin, aləmlərin yaradıcısı, yarat-
dıqlarının keçmişini və gələcəyini bilən Allahım!
Bizim dünyamızı və axirətimizi faydalı et. Öyrət-
diklərini mənim üçün faydalı et, mənə fayda verəcək
şeyləri mənə öyrət və elmimi artır. «Məni yaradan və
Dostları ilə paylaş: |