Yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix02.01.2022
ölçüsü0,53 Mb.
#39316
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
2 5238022632506392669

İMAM NƏVƏVİ 

– RAHMƏTULLAHİ ALEYHİ - 

NİN 

MÜQƏDDİMƏSİ 

«Peyğəmbər sizə nə verirsə onu da

 götürün» (əl-Həşr 7) 

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ 

Göylərin  və  yerin  sahibi,  bütün  yaratdıqlarının 

işlərini  düzüb  qoşan,  Pəyğəmbərlərini  (Allahın  xeyir 

duası  və  salamı  onların  üzərinə  olsun)  hidayətə 

yönəltmək  və  dini  hökmləri  qəti  dəlillərlə  açıqlamaq 

və  aydınlaşdırmaq  üçün  göndərən,  aləmlərin  Rəbbi 

olan  Allaha  həmd  olsun.  Bütün  nemətlərin  qarşılığı 

ona  həmd  edir,  Lütf  və  Kərəmiylə  bunların  daha  da 

artırılmasını  ondan  diləyirəm.  Şəhadət  edirəm  ki, 

Allahdan  başqa  heç  bir  ilah  yoxdur,  bir  və  təkdir, 

şəriki  yoxdur,  tək  və  Qahhardır  (hər  şeydən  qüdrətli, 

hər şeyi məğlub edən). Kərim (kəramətli, səxavətli) və 

Ğaffardır  (günahlardan  qoruyandır).  Yenə  şəhadət 

edirəm  ki,  bütün  məxluqatın  fəzilətlisi,  Qiyamət 

gününə qədər davam edəcək möcüzəsi Qurani-Əziz ilə 

və  doğru  yolu  tapmaq  istəyən  üçün  yol  göstərən 

sünnətləri ilə kəramət verdiyi Muhəmməd – sallallahu 

aleyhi  və  səlləm  -

 

in  onun  qulu,  rəsulu,  peyğəmbəri, 



sevimlisi  və  dostu  olduğuna  şəhadət  edirəm.  O, 

seyyidimiz Muhəmməd – sallallahu aleyhi və səlləm - 

Cəvamiul-Kəlim  (gözəl  sözlər)  və  dində  səbr  etmək 

kimi gözəl lütfə sahib olmuşdu. Allahın xeyir duası və 

salamı ona, peyğəmbər və  elçilərə, onların hər birinin 

ailəsinə və onların ardınca gedən salehlərə olsun. 

Beləliklə:  Biz  Əli  b.  əbu  Talib,  Abdullah  b.  Məsud, 

Muaz  b.  Cəbəl,  Əbu  Dərda,  İbn  Ömər,  İbn  Abbas, 

Ənəs b. Malik, Əbu Hureyrə və Əbu Səid əl-Xudridən 

-  Allah  onlardan  razı  olsun  -  bir  çox  rəvayətlər  və 

başqa  ləfzlərlə  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm 

-

 



in  belə  buyurduğunu  nəql  edirlər:  «Kim  ki, 


 

10 


ummətim  üçün  dini  ilə  əlaqəli  qırx  hədisi  əzbərləyib 

yadda saxlayarsa, Qiyamət günü Allah onu fəqihlər və 

alimlər  zümrəsində  həşr  edər»

5

.  Başqa  rəvayətdə: 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –

 

buyurdu: 



«Allah  onu  fəqih  və  alim  olaraq  həşr  edər».  Əbu 

Dərda  –  radiyallahu  anhu  -  nun  rəvayətində  isə: 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Qiyamət  günü  mən  ona  şəfaətçi  və  şahid  olaram»

6

İbn  Məsud  -  radiyallahu  anhu  - 



 

nun  rəvayətində  isə: 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Ona  Cənnətin  hansi  qapısından  istəyirsən  gir 

deyiləcək».  İbn  Ömər  –  radiyallahu  anhu  - 

rəvayətində  isə:  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm - buyurdu: «Alimlər zumrəsinə yazılır, şəhidlər 

zümrəsində həşr edilir». 

Bununla  belə,  rəvayət  yolları  çox  olmağına 

baxmayaraq  hədis  hafizləri  zəif  olduğunu  ittifaqla 

qəbul  etmişlər.  Elim  adamları  -  Allah  onlardan  razı 



olsun  -  bu  sahədə  sayılmayacaq  qədər  çoxlu  əsərlər 

yazmışlar. Bu sahədə əsər yazdığını bildi-yim  ilk  kişi 

Abdullah  b.  əl-Mübarəkdır.  Sonra  rəbbani  alim  İbn 

Əsləm  ət-Tusi,  əl-Həsən  b.  Sufyan  ən-Nəsai,  Əbu 

Bəkr  əl-Əcurri,  Əbu  Bəkir  b.  İbrahim  əl-İsfəhani, 

Daraqutni,  Hakim,  Əbu  Nuaym,  Əbu  Abdurrahmən 

əs-Süləmi,  Əbu  Səid  əl-Malini,  Əbu  Osman  əs-

Səbuhi,  Abdullah b. Muhəmməd  əl-Ənsari, Əbu Bəkr 

əl-Beyhəqi  -  Allah  onlardan  razı  olsun  -  kimi 

sayılmayacaq  qədər  bir  çox  alimlər  bu  sahədə  əsərlər 

yazmışlar.  Bu  baxımdan  mən  də  elm  adamları  və 

İslamın  hədis  hafizləri  olan  bu  kişilərə  uyaraq  «Qırx 

                                                        

5

 əl-Albani «Zəif hədislər silsiləsi». 



6

 əl-Albani «Zəif hədislər silsiləsi» 4589. 




 

11 


hədis»  əsərini  yazmaqda  Allahdan  kömək  dilədim. 

Elm  adamları  Fəzaili-əməl  (yaxşı  əməl)  xüsusunda 

zəif hədis ilə əməl etməyin caiz olduğunu qəbul etmiş-

lər.  Bununla  belə  mən  bu  xüsusda  olan  hədislərə 

əsaslanmıram.  Bunun  yerinə  səhih  hədislər  arasında 

yer alan, Peyğəmbər – sallallahu aleyhi və səlləm 

-

 in: 



«Qoy  sizdən  şahid  olanlar,  şahid  olmayanlara  təbliğ 

etsin»

7

.  Başqa  rəvayətdə  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm - buyurur: «Mənim buyurduğum sözü 

eşidib,  yadda  saxladıqdan  sonra  eşitdiyi  kimi 

başqasına çatdıran kişinin üzünü Allah ağ etsin»

8

 

Digər tərəfdən  elm adamları arasında  kimisi  Usulid-

dinə (etiqadi əsaslara) aid qırx hədislər topladığı kimi, 

kimisi  fikhi  məsələlərə,  kimisi  cihada,  kimsi  əxlaqa, 

kimisi  də  xütbələrə  aid  hədislər  toplamışlar.  Bununla 

belə  onların  məqsədləri  xeyir  olub.  Allah  bu 

məqsədləri  qarşılarına  qoyanlardan  razı  olsun.  Mən 

isə  bütün  bunlardan  fərqli  olaraq  daha  mühüm  və  bu 

mövzuları  əhatə  edən  qırx  hədisi  topladım.  Bu 

hədislərdən  hər  biri  dinin  qaydalarından,  əhkamların-

dan  biridir.  Elm  adamları  bunları  İslamın  ətrafında 

dolaşan  hədis,  İslamın  yarısı,  üçdə  biri  və  ya  buna 

bənzər  şəkildə  qiymətləndirmişlər.  Digər  tərəfdən  bu 

kitabın  səhih  olması  üçün,  hədislərin  böyük 

çoxluğunu  səhih  Buxari  və  Müslümdə  yer  almasına 

diqqət  etdim.  Əzbərlənilməsi  asan  olsun,  onlardan 

gözəl  şəkildə  faydalanılsın  deyə  Allahın  izni  ilə 

sənəd-lərini  də  zikr  etdim.  Axirət  gününə  rəğbət 

bəsləyən  hər  bir  kişinin  bu  hədisləri  bilməsi 

mühümdür.  Çünkü  bu  hədislər  olduqca  mühüm 

                                                        

7

 əl-Albani «Səhih əl-Cəmi» 5/5228. 



8

 əl-Albani «Səhih ət-Tərğib» 1/86. 




 

12 


məsələləri  əhatə  edir.  Burada  düşünən  insanlar  üçün 

çoxlu  ibrətlər  vardır.  Güvəndiyim  Allahdır,  işlərimi 

Ona  həvalə  edirəm  və  Ona  arxalanıram.  Həmd  və 

nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş  edən  və 

xətalardan qoruyan da Odur.  



 

13 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin