Dövlətin istehsalın yerləşdirilməsinə təsiri ilə yanaşı əmək ehtiyatlarının
yerləşdirilməsinə və istifadəsi məsələlərinə müdaxiləsinin güclənməsi də hiss
olunur. Qərbi Avropa ölkələrində əhalinin qocalmağa doğru meyilin davam etməsi.
Şərqi Avropadan, Yaxın Şərqdən çoxlu mühacirlər axını, işsizlik - bütün bu
problemlər hakimiyyəti, adətən regional «çalarlar» adlanan inzibati və iqtisadi
tədbirləri qəbul etməyə məcbur edir. Əmək ehtiyatlarına arzuolunan «coğrafiyasını
ya- ratmaqdan» ötrü dövlət çoxlu tədbirlərdən istifadə edir: vergilərin azaldılması,
dövlət hesabına sosial infrastruktur obyektlərinin yaradılması, əhaliyə xüsusi
«mənzil ssudasmm» verilməsi, dövlət hesabına kadr hazırlanması və kadrların
yenidən hazırlanması, şimal rayonlarında əməkhaqqına əlavələrin təmin edilməsi
və s.
Qərbin yüksək səviyyədə sənayeləşmiş ölkələrinin regional siyasətinin
özəyini depressiv və zəif inkişaf etmiş ərazilərinin inkişafı, habelə iri sənaye
aqlomerasiyaların desentralizasiya edilməsi təşkil edir.
Depressiv
Dostları ilə paylaş: