Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


  Regionların inkişafının strateji planlaşdırılması



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə28/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   24   25   26   27   28   29   30   31   ...   90
YourFileName

3.3.  Regionların inkişafının strateji planlaşdırılması 
 
 
 
Bazar  münasibətlərinə  keçid  şəraitində  regional  inkişafın  konseptual 
əsaslarının yaradılması mühüm əhəmiyyət kəsb edir. 
Konsepsiyanın  məzmunu  bu  və  ya  digər  hadisələrə  baxış  siste
mi 
və  ya 
nəzəriyyədən təcrübəyə keçid metodologiyası kimi baxılır. 
Son  illər  Azərbaycan  Respublikasında  gedən  proseslər,  iqtisadi,  siyasi  və 
sosial  sferalarda  dəyişikliklər,  habelə  davam  etməkdə  olan  böhranlı  vəziyyət 
respublikanı və onun regionlarını dirçəltmək üçün təcili olaraq yeni şəraitə və yeni 
təsərrüfatçılıq  formalarına  keçmə  yollarının  axtarılmasını  tələb  edir.  Bu  mənada 
ərazi problemlərinin həlli çox aktualdır. 
Regional  konsepsiyanın  işlənib  hazırlanması  prosesində  radikal  iqtisadi 
islahatların  reallaşdırılması  kontekstində  regional  inkişafın  yerini  və  rolunu 
müəyyən  etmək,  regionların  özlərinə  məxsus  sosial-iqtisadi  xüsusiyyətlərini, 
regional  inkişaf  amillərini  və  əsaslı  istiqamətlərini,  regional  siyasətin  mühüm 
problemlərini öyrənmək lazımdır. 
Bazara  münasibətləri  şəraitində  regional  inkişafın  və  ya  digər  məsələlərin 
həlli  böyük  elmi  və  əməli  əhəmiyyətə  malikdir.  Regional  inkişafın  kompleks 
proqramlarının  işlənib  hazırlanması,  respublikanın  bir-birindən  köklü  surətdə 
fərqlənən 
regionlarının 
layihələşdirihnəsi, 
proqnozlaşdırılması, 
proqramlaşdırılması işində bu məsələlərin həlli xüsusi əhəmiyyət kəsb edir. 


  
Məlumdur ki, region müxtəlif növlərdə və formalarda coğrafi, iqtisadi, sosial 
və təbii obyektlərin məcmuuna malik məkan 
kimi
 çıxış edir: İnsan fəaliyyətinin 
bütün sahələri: istehsal, bölgü, mübadilə və istehlak; 
Xalq  təsərrüfatı  kompleksinin  ərazi  birliyi:  kompleksli  idarə  olunma, 
iqtisadi-məkan  sisteminin  vəhdəti,  xalq  təsərrüfatının  idarə  edilməsinin  ərazi-
təşkilat özəyi və s. 
İndi  iqtisadi  ədəbiyyatda  «regional  inkişaf  konsepsiya»  adlanan  ehni 
nəzəriyyə  keçmişdə  regional  inkişafla  (ərazi  planlaşdırma)  məşğul  olan  plan 
orqanlarının  işləmələri  ilə  eynidir.  Onlar  uzunmüddətli  -  perspektiv  «məhsuldar 
qüvvələrin inkişafı və yerləşdirilməsinin baş sxemləri»nin işlənib hazırlanması ilə 
məşğul  ohnuşdur  ki,  bu  sxemlər  ideoloji,  iqtisadi,  siyasi  və  fəlsəfi  nöqteyi-
nəzərdən  bazar  iqtisadiyyatının  prinsiplərinə  əks  idi.  Buna  görə  də  yeni 
problemlərin  mürəkkəbliyi  ilə  əlaqədar  regional  inkişaf  problemlərinə  yenidən 
baxı
lm
ası zəruriyyəti meydana çıxır. 
Azərbaycan Respublikasının dövlət suverenliyi iqtisadi və siyasi müstəqilliyi 
əldə  etməklə  demokratik  yeniləşmə  yoluna  qədəm  qoyması  ilə  regional  aspektə 
yeni  məzmunda  yanaşması  zəruriyyəti  yarandı.  Respublikanın  güclü  iqtisadi 
böhram  və  inflyasiya  ilə  üzləşdiyi  indiki  dövrdə  bazar  münasibətlərinə  keçmək, 
yeni  təsərrüfatçıhq  formalarını  yaratmaq  üçün  bu  daha  vacibdir,  regional  inkişaf 
prinsiplərini və istiqamətlərini tezliklə müəyyən etmək lazı
m
dır. Bu işdə regionun 
sosial-iqtisadi inkişafın strateji planları önəmh əhəmiyyət kəsb edir. 
Regionun inkişafının strateji planı idarəetmə sənədi olub regionun inkişafına 
dair  qarşılıqlı  əlaqəli  aşağıdakı  fəaliyyət  istiqamətlərinin  xarakteristikasını  əks 
etdirir: 

regionun inkişafının məqsədləri; 

qarşıya qoyulan məqsədlərə çatma yollan; 

reallaşdırılması yüksək nailiyyətlərə imkan verən potensial ehtiyatlar; 

seçilmiş istiqamətlər üzrə hərəkətin təşkili metodları; 

qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün zəruri resurslar; 

resurslardan istifadə üsulları. 
Regionun  sosial-iqtisadi  inkişafının  strateji  planı  onun  müdiriyyətinə  və  bütün 
regional  cəmiyyətinə  birgə  fəaliyyət  göstərməyə  imkan  verir.  Strateji  plan  sırf 
inzibati sənəd deyildir, o, daha çox iqtisadi agentlər və siyasi prosesin iştirakçıları 
da  daxil  olmaqla  regional  inkişaf  prosesinin  bütün  iştirakçılarını  əhatə  edir.  Bu 
yuxarıdan regional idarəetmə orqanının sahibkarlara və region əhalisinə göndərilən 
direktiv  deyildir.  Əksinə,  belə  plan  mövcud  problemləri  əlaqələndirilmiş  və 
ölçülüb-biçilmiş  formada  biznesdən  və  əhalidən  idarəetmə  orqanına  ünvanlanır. 
Beləliklə, o, region  həyatının  bütün  sferalarında səmərəli  strategiyaların  müəyyən 
edilməsi  mexanizmi  və  səmərəli  həyata keçirilməsini, strateji  əməkdaşlığı özündə 
birləşdirən alətdir. 
Strateji  planlaşdırma  prosesinə  bütün  maraqlanan  iştirakçıları,  yəni 
sahibkarları,  siyasətçiləri  və  əhalini  cəlb  etmək  məqsədəuyğundur.  Region 
saki
n
ləri
n
i
n
  və  ekspertlərin  iştirakı  ilə  konfranslar,  seminarlar  və  işçi  qruplarında 
tərtib edilən planın meyarlarına və üstünlüklərinə dair təklifləri işləyib hazırlamaq 
olar. Regionun sosial-iqtisadi inkişafına dair strateji planı işləyib hazırlamaq üçün 
xüsusi işçi qrupu yaratmaq məqsədəuyğundur. 


  
Regionun 
sosial-iqtisadi 
inkişafının 
strateji 
planının 
mühüm 
xarakteristikalarına daxildir: 

plan  regionun  güclü  və  zəif  tərəflərini  ayırır  və  insanların  həyat  şəraitini 
yaxşılaşdırmaq  və  biznesi  inkişaf  etdirməklə  regionun  rəqabət  üstünlüklərini 
aşkara çıxararaq onu inkişaf etdirməyə və gücləndirməyə cəhd edir; 

plan  gələcəyi  görməyə  əsaslanaraq  nəzərdə  tutulmuş  tədbirləri  həyata 
keçirməyə  kömək  etməklə  malların  və  xidmətlərin  istehsalçılarını,  investorları, 
idarəetmə  orqanlarını  və  əhalini  istiqamətləndirən  qısa  ideyaları  və  prinsipləri 
özündə əks etdirir; 

plan bütün regional qüvvələrin birgə səyi nəticəsində, qarşılıqlı partnyorluq 
fəaliyyəti 
nəticəsində 
yaranır.  Plan  strateji  tədbirlərin  özünəməxsus 
əlaqələndirilməsidir ki, bu da həm istehsal, həm də regionun əhalisi üçün vacibdir; 

plan  bu  günlük  və  uzunmüddətli  dövrə  qabağıgörmə  kombinasiyasıdır.  Bu 
təkcə uzunmüddətli məqsədlər deyil, eyni zamanda fəaliyyət planıdır. 
Regional inkişafın strateji planı başhca olaraq əhalinin həyat səviyyəsini necə 
artırmaq  və  gələcəkdə  daha  da  yüksəltmək  üçün  hansı  bazanı  yaratmaq  tələb 
olunur  suallarına  cavab  verməlidir.  Regionun  sosial  inkişaf  səviyyəsi  bilavasitə 
istehsalın  inkişafından  asılıdır.  Ona  görə  də  planda  regionun  iqtisadi  inkişafının 
aşağıdakı başhca istiqamətləri müəyyən edilir

yeni yüksəkmaaşh iş yerlərinin yaradılması; 

regiona yeni istehsahn cəlb edihnəsi

mövcud istehsah inkişaf etdirmək

istehsahn strukturunu yeniləşdirmək; 

regional məhsulun daşınması və satışı metodlarını inkişaf etdirmək. 
Region  iqtisadiyyatının  inkişafımn  strateji  planlaşdırılması  prosesini 
aşağıdakı mərhələlərdə təsəvvür etmək olar: 
1. 
İnkişafın məqsədlərini müəyyən etmək; 
2. 
Regionun inkişafının xarici mühitini təhlil etmək; 
3. 
Regionun (potensialının) güclü və zəif tərəflərini müəyyən etmək; 
4. 
Mövcud üstünlüklərdən istifadə etmək və yeni yerli üstünlükləri yaratmaq; 
5. 
İnkişaf konsepsiyasını və strategiyasını işləyib hazırlamaq; 
6. 
Konkret  fəaliyyət  və  strategiyanın  həyata  keçirilməsi  planını  işləyib 
hazırlamaq; 
7. 
Səmərəliliyi  və  nəticəliliyi  təhlil  etmək,  onların  məqsədlərini  və  həmin 
məqsədlərə nail olma metodlarını araşdırmaq. 
Regionun  inkişafının  strateji  planının  işlənib  hazırlanması  ardıcıllığı  sxem 
5.1-də verilmişdir. 
Məqsədlərin  müəyyən  edilməsi  iqtisadiyyatın  dövlət  tənzimlənməsində 
dövlətin mühüm funksiyası olduğu kimi strateji planın da əsasıdır. Adətən iqtisadi 
və sosial inkişafın ümumi məqsədləri, daha doğrusu, vəzifələri onlardan irəli gələn 
konkret məqsəd və vəzifələrdən fərqlənir. 
Ümumi  məqsədlər  gələcəyin  müəyyən  anlarında  regionun  zəruri  vəziyyətini 
xarakterizə  etməli;  dəqiq  və  nisbətən  qısa  olmalıdır.  Bu  məqsədlərin  işlənib 
hazırlanması  işinə  onlara  nail  olmağa  marağı  olanların  hamısı
n
ı:  inzibati  idarə 
işçilərini,  sahibkarları,  əhali
n
i  cəlb  etmək  lazımdır.  İnkişaf  məqsədlərini  qısa  və 
dürüst  ifadə  etmək  üçün  İqtisadi  məsləhətçiləri,  yerli  ali  təhsil  müəssisələri
n
i
n
 
işçilərini, yerli bankların qulluqçularını cəlb etmək faydalı olar. 


  
Regional  inkişafın  ümumi  məqsədləri  bir  qayda  olaraq  həmi

regionda 
yaşayış  mühitinin  arzu  olunan  keyfiyyət  səviyyəsini  xarakterizə  edir.  Onların 
formalaşdırıhnasmm əsasını cəmiyyət haqqında kəmiyyət və keyfiyyət məlumatları 
təşkil  edir.  Ümumi  məqsədlər  kifayət  qədər  konkret  olmalıdır.  Ancaq  «artımı 
stimullaşdırmaq)) kimi ifadələrlə məqsədləri müəyyən etmək kifayət deyildir. Belə 
ki,  burada  hansı  artımdan  söhbət  getməsi:  əhalinin  artımı,  müəssisələrin  sayının 
artımı,  məşğul  olanların  sayının  və  ya  satışın  həcminin  artımı,  bütün  hüquqi 
şəxslərin gəlirlərinin artımından, yaxud yerli sənaye, ticarət və ya başqa sahələrin 
artımından  danışıhnası  aydın  deyildir.  Daha  çox  ümumiləşdirilmiş  şəkildə 
hazırlanmış məqsədlərin başqa neqativ hallarına aşağıdakı ifadələri də daxil etmək 
olar: 

biznes üçün iqlimi yaxşılaşdırmaq; 

işsizliyi azaltmaq; 

əhalinin iqtisadi rifahını yüksəltmək. 
Belə  çağırışlar  regionun  iqtisadi  inkişafının  planlaşdırıhnasma  heç  nə  verə 
bi
lm
əz. Məqsədləri konkret ifadə etmək vacibdir. Buna nümunə olaraq aşağıdakılar 
təklif olunur: 

kənd təsərrüfatında və ASK sahələrində məşğul olanların xüsusi çəkisini iki 
dəfə artırmaq; 

ticarətdə  məşğul olanların  xüsusi  çəkisini artırmaqla, onu sənayedə  məşğul 
olanlara çatdırmaq; 

kiçik müəssisələrin miqdarını 50% artırmaq; 

regionda 50 yeni maliyyə infrastruktur müəssisəsini yaratmaq və s. 
Hər  bir  regionun  inkişafının  başlıca  məqsədi  əhahnin  bütün  kateqoriyaları 
üçün yaşayışın keyfiyyətini yaxşılaşdırmağı tə
min
 etməkdir. Bu məqsədlə aşağıdakı 
altməqsədləri müəyyən etmək olar: 

iqtisadi inkişafın nəticəsi kimi gəlirlərin və məşğulluğun artırılması; 

resursların və büdcə xərclərinin qaytarıhnasmm (ödənilməsi) səmərəliliyinin 
nəticəsi kimi ümumi həyat şəraitinin yaxşılaşdırılması. 
Strateji  plan  aşağıdakı  3  strateji  məqsədə  nail  ohnağa  da  istiqamətləndirilə 
bilər: 
1. 
Biznes üçün əlverişli iqlimin yaradılması; 
2. 
Dünya iqtisadiyyatına birləşdirilməsi
3. 
Sosial mühitin yaxşılaşdırılması. 
Bu  strateji  məqsədləri  də,  öz  növbəsində,  məzmun  etibarilə  aşağıdakı 
formada konkretləşdirmək olar: 
1.1. 
Biznes üçün artıq məhdudiyyətlərin götürülməsi. 
1.2. 
Vergi maneələrin (basqıların) azaldılması. 
1.3. 
Daşınmaz əmlak bazarının yaradılması. 
1.4. 
İşçi qüvvəsi bazarının yaradılması. 
1.5. 
Maliyyə resurslarının real sektorun maliyyələşdirilməsinə yönəldilməsi. 
1.6. 
Dinamik regional inkişaf zonaları
n
ı
n
 yaradılması. 
2.1. 
İxrac yönümlü istehsalın inkişafı. 
2.2. 
Rəqabətqabiliyyətli istehsalçıların birləşdirilməsi. 
2.3. 
Elm, təhsil, innovasiya fəahyyətinin inkişafı. 
2.4. 
Qlobal informasiya mühiti ilə birləşmə. 
3.1. 
Regionun təhsil, mədəni və intellektual potensialının inkişafı. 


  
3.2. 
Mənzil probleminin sürəth həlli; MKT-da islahatlar. 
3.3. 
İnfrastrukturun  inkişafı  istilik,  su,  qaz,  elektrik  enerjisi  ilə  təchizatı  və 
kanalizasiya. 
3.4. 
Regionun inzibati idarə edilməsi
nin
 keyfiyyətinin yüksəldilməsi. 
3.5. 
İctimai təhlükəsiz
li
k səviyyəsinin yüksəldilməsi. 
3.6. 
Ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması. 
Qeyd etdiyimiz hər bir maddə üzrə təqribi müddətlər, mexa- nizmlər, nəzarət 
formaları və maliyyələşdirmə mənbələrinə dair fəaliyyət proqramı tərtib olunur. 
Planın  işlənib  hazırlanmasının  ikinci  mərhələsində  xarici  mühitin  (ÜDM-in 
dinamikası,  investisiya  iqlimi,  müxtəhf  risklər,  inflyasiya,  iqtisadi  artımın 
perspektivləri)  sosial-iqtisadi  parametrləri  təhlil  edilir,  regionun  çıxış  səviyyəsini, 
start  vəziyyətini  nəzərə  almaqla  oxşar  regionların  iqtisadi  inkişafı  ilə  müqayisəli 
təhlili aparılır və beləliklə, regional inkişafın xarici amilləri üzrə çıxarılır. 
Xarici  və  daxili  amillərin  təhlili  regionun  səmərəli  inkişafım  təmin  edən 
sahələrini  və  fəaliyyət  növlərini  müəyyən  etməyə  i
mk
an  verəcəkdir.  Təhlil 
regionun mühitinin müqayisəli xarakteristikasını aşkar lamağa imkan verir. 
Xarici  mühit  coğrafi  vəziyyət  və  iqlim,  Azərbaycanda  makroiqtisadi 
vəziyyəti,  dünya  və  Azərbaycan  iqtisadiyyatında  üstün  məqamlar,  demoqrafik 
meyillər və s. əhatə edir. 
Daxili  mühit  isə  resurslar  və  onların  əlverişliyi  (vərdiş  və  təhsil  də  daxil 
olmaqla  insan  resursları,  texnologiyalar,  əsas  fondlar,  daşınmaz  əmlak,  maliyyə 
resursları), sahibkarhq və investisiya mühiti, infrastruktur və ko
mm
unal xidmətləri 
özündə birləşdirir. 
Güclü və zəif tərəflərin (potensialın) inkişafımn tə
hl
ili mərhələsində iqtisadi, sosial, 
ekoloji  və  institusional  xarici  mühitin  kəmiyyət  VƏ  keyfiyyətinin  köməyilə 
regionun iqtisadi inkişafı üçün cəlb etmək mümkün olan xarici resurslar (maliyyə, 
insan, təbii, institusional) dəqiqləşdirilir və qiymətləndirilir. 
Strateji planlaşdırmanın mövcud və yaradılan yeni yerlərin üstünlüklərindən 
istifadə mərhələsində aşağıdakı məsələlərə baxılır: 

regionun  mövcud  üstünlüklərindən  (yerləşmə  vəziyyəti,  əsas  bazarlara 
yaxınlıq,  demoqrafik  xüsusiyyətlər,  infrastrukturun  inkişafı)  istifadə  imkanları 
nəzərdən keçirilir; 

regionun 
sosial-iqtisadi 
inkişafımn  əvvəlki  proqramların  yerinə 
yetirilməsinin nəticələri müəyyən edilir; 

regional  iqtisadi  inkişafın  idarə  edilməsi  həyata  keçirilmiş  tədbirlərin 
nailiyyətləri və müvəffəqiyyətsizhklərin səbəbləri aşkara çıxarılır; 

regional  inkişafın  daxili  amilləri,  əsas  və  əlavə  sahələri  dəqiqləşdirilir, 
regionun  hansı  mərhələdə  sənaye,  sənayeləşməyə  qədərki  mərhələdə  o
lm
ası 
dəqiqləşdirihr; 

hansı  sferalarda  və  əsasən  hansı  amillər  hesabına  əlavə  dəyər  yaranır  və 
yaradıla  biləcəyi  müəyyən  edilir  və  bunun  əsasında  regionun  iqtisadi  inkişafının 
məqsədləri bir daha dəqiqləşdirilir. 
İndiki  şəraitdə  bir  sıra  regionlarda  sənayenin  infrastrukturun  zəif  inkişaf 
etməsi, habelə həmin regionlarda xidmət sahələrinin inkişaf etdirilməsi imkanlarını 
nəzərə alaraq regional üstünlükləri yalmz istehsalda yox, həm də xidmət sferasında 
axtarmaq lazımdır. 


  
Regionun 
inkişafının 
müasir 
mühüm 
amili 
keyfiyyətli 
rabitə 
infrastrukturunun  olmasıdır.  Müasir  kommunikasiya  xətləri,  regional  kompyuter 
şəbəkələrinin  inkişafı,  İnternetə  sərbəst  qoşulma  imkanları  XX  əsrin  əvvəllərində 
regional inkişafda dəmir yollarının əhəmiyyətinə bənzəyir. Eyni zamanda, müasir 
mərhələdə  regionların  inkişafında  vacib  və  yüksək  əhəmiyyətli  amillərdən  biri 
yüksək səviyyədə ixtisaslı regional kadrların hazırlanması və saxlanmasıdır. 
Strateji  planlaşdırmanın  bu  mərhələsində  regionun  güclü  tərəflərindən 
istifadə və zəif cəhətlərin neytrallaşdırılması 
im
kanlarına baxılır. 
Regionun  inkişaf  konsepsiyası  və  strategiyasıma  işlənib  hazırlanması 
mərhələsində  regionun  sosial-iqtisadi  inkişafının  məqsədlərinə,  amillərinə  və  bu 
inkişafın  mexanizminə,  habelə  bu  inkişafın  idarə  edilməsi  metodlarına  dair  son 
nəticələr  qısa  və  dürüst  ifadə  olunur.  Nəticələr,  regionların  sosial-iqtisadi 
inkişafının yeni meyillərini, yerh xüsusiyyətləri və müasir mərhələdə Azərbaycan 
iqtisadiyyatının  inkişaf  xüsusiyyətləri  nəzərə  alınmaqla  hazırlanır.  Konsepsiya 
regionun inkişafı üzrə üstünlüklərin aşkara çıxarılması, inkişaf resursları
n
ı
n
 
təhlili, habelə həmin regionun aşkara çıxarılmış üstünlüklərini əhatə edir. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin