Mövzu3. REGİONLARIN İNKİŞAFININ TƏNZİMLƏNMƏSİNİN
METODLARI VƏ REGİONAL SİYASƏT İSTİQAMƏTLƏRİ
3.1.
Regional proqramların mahiyyəti, növləri və ərazi tənzimləmədə
yeri
3.2. Ərazi kompleks proqramlarının strukturu və İşlənib hazırlanması
qaydası
3.3. Regionların inkişafının strateji planlaşdırılması
3.4. Regional siyasətin əsas istiqamətləri və həyata keçirilməsi
mexanizmi
3.5.
Regional siyasətin tədqiqi metodları və idarə edilməsi
3.1Regional proqramların mahiyyəti, növləri və ərazi tənzimləmədə yeri
İqtisadi ədəbiyyatda iqtisadiyyatın dövlət tə
nz
i
ml
ənməsinin metodları geniş
şərh olunur, ümumi şəkildə onlar birbaşa (inzibati) və dolayı (iqtisadi) metodlara
bölünür.
Birbaşa metodları aşağıdakı kimi qruplaşdırmaq olar: qanunvericilik
aktlarının, normativ sənədlərin, əsasnamələrin qəbul edilməsi; dövlət
mülkiyyətinin idarə edilməsi, o cümlədən: dövlət sektoru müəssisələrinin idarə
edilməsi; istehsalı
n
və əməyin təşkili; dövlət sifarişi; dövlət investisiyaları; dövlət
kreditləri; mahyyə yardımı (subsidiya); lisenziyalaşdırma və normalaşdırma
(hədqoyma); sanksiyaların tətbiqi; ətraf mühitin mühafizəsi.
Dolayı metodlar isə planlaşdırma, büdcə
n
i
n
formalaşması və istifadə edilməsi və
sosial siyasət istiqamətli göstəriciləri birləşdirir. Birincidə indikativ planlaşdırma,
məqsədh proqramlaşdırma, vergi sisteminin tənzimlənməsi, pul-kredit alətləri (pul
kütləsi
n
i
n
tənzimlənməsi, antiinflyasiya tədbirləri). Mərkəzi Ba
nk
ı
n
əməliyyatları
üzrə stavka faizlərinin tənzimlənməsi (kommersiya ba
n
kları
nın
məcburi
normativlərinin tənzimlənməsi, qiymətli kağızlar bazarında əməliyyatlar) valyuta
vasitələri (milli valyutanın sabitliyi, açıq valyuta bazarında əməliyyatlar, milli
valyutanın devalvasiyası (kağız pullarının təzələnməsinin aşağı düşməsi,
qiymətdən düşmüş kağız pulları tədavüldən çıxartmaqla sabit kağız pullarla əvəz
etmək), xarici kapitalın cəlb edilməsi, birgə müəssisələrin yaradılması)
məsələlərini əhatə edir. Büdcənin formalaşdırılması və istifadə edilməsi - vergi
siyasətinin formalaşması, amortizasiya siyasətinin formalaşması, bank ehtiyatı
normalarının müəyyən edilməsi, minimum əməkhaqqının müəyyən edilməsi, bəzi
mal və xidmət növlərinin qiymətlərinin tənzimlənməsi, antiinhisar siyasəti,
rəqabətin qorunması kimi problemlər həll edilir. Bazar iqtisadiyyatı şəraitində
mühüm və vacib məsələlərdən biri sosial siyasətdir. Bu sahədə sosial proqramlar,
əhalinin məşğulluğunun təmin edilməsi, əhahnin sosial müdafiəsi, gəhrlərin
tənzimlənməsi, qiymət və əməkhaqqının dinamikasına nəzarət, vergilər, transfert
(pulun bir ba
n
kdan başqa banka, bir ölkədən başqa ölkəyə köçürülməsi, qiymətli
kağızların bir hesabdan başqa hesaba köçürülməsi), ödənişlər, təhsil, səhiyyə,
mədəniyyət sferasında fəaliyyət, xarici-iqtisadi təsir formaları, xarici-iqtisadi
fəaliyyətin tənzimlənməsi, gömrük tarifləri, valyuta tənzimlənmələri, subsidiyalar
(maliyyə yardımları) kimi mühüm əhəmiyyətli məsələlər və onların həlli yolları
göstərilir.
İqtisadiyyatın dövlət tənzimlə
n
məsinin yuxarıda qeyd etdiyimiz forma və
metodların çoxu müxtəlif səpkidə bir çox iqtisad fənlərində, xüsusilə də
«İqtisadiyyatm dövlət tənzimlə
n
məsi)) kursunda ətraflı öyrənilir, eyni zamanda,
əksəriyyəti bilavasitə region çərçivəsində həll olunmur. Odur ki, biz bu mövzuda
tənzimləmə ilə bağlı regiona dair bir sıra məsələləri özündə əks etdirən sosial-
iqtisadi inkişafın proqramlaşdırılması və strateji planlaşdırılması məsələlərini
açıqlamağa xüsusi fikir vermişik.
Məhsuldar qüvvələrin inkişafı, sahələr və regionlar arasında əlaqələrin
mürəkkəbləşməsi, elmi-texniki tərəqqinin inkişafında tənəzzül və bazar
münasibətlərinə keçidlə əlaqədar dövlət və kooperativ mülkiyyətinin xüsusi
çəkisinin azalması yeni problemlər yaradır. Bunları dəqiq araşdırmaq və
məqsədyönlü həU etmək üçün proqram məqsədli metoddan istifadə edilir.
Keçmiş Sovetlər İttifaqında 50-ci illərdə müttəfiq respublikaların iqtisadi və
sosial inkişaf səviyyələrinin bərabərləşdirilməsi problemi ortaya atılmışdı. Hə
min
dövrdə akademik T.Vəliyevin bu problemə dair böyük həcmli monoqrafiyası da
çapdan çıxmışdı. İqtisadçı alimlər problemin hə
ll
i
n
i əsasən regionların kompleks
inkişafı planlarının işlənib hazırla
nm
ası və həyata keçirilməsində görürdülər. Bu
məqsədlə də istehsalın ixtisaslaşdırılmasının həyata keçirilməsi əsasında istehsal,
ərazi-istehsal və aqrar-sənaye komplekslərinin yaradılmasını zəruri hesab edirdilər.
60-cı illərdə isə bu problemin həyata keçirilməsinə yönəldilmiş elmi praktiki işlər
görülməyə başlandı. Əvvəlcə təşkilati-iqtisadi istiqamətdə, sonralar isə kompleks
inkişaf istiqamətində tədbirlər həyata keçirilməyə başlandı.
Vətən və xarici ölkələrin təcrübələri
ni
və iqtisadçı ahmlərin təkliflərini nəzərə
alaraq istehsahn ixtisaslaşdırılması proqramları hazırlandı, müxtəlif formalarda və
tiplərdə komplekslərin yaradılması qərara ahndı. Həmin plana müvafiq olaraq
Azərbaycanda Abşeron ərazi-istehsal kompleksi, Qaradağ ərazi-istehsal kompleksi,
heyvandarlıq kompleksləri və nəhayət, aqrar-sənaye komplekslərinin yaradılması
prosesi başlandı.
Məlumdur ki, belə problemlərin həUi daha çox sahəvi əhəmiyyətli olub
çoxməqsədli təbii ehtiyatlardan xalq təsərrüfatı mənafeyini nəzərə almaqla istifadə
olunmasını tələb edir. Təbii ehtiyatların çoxlu təşkilatlar arasında bölüşdürülməklə
öyrənilməsi eyni problemlərin təkrarlanmasına, işlərin bahalaşmasına səbəb
olmaqla yanaşı sahə- lərarası əlaqələrin də pozulmasına gətirib çıxarır.
Buna görə də belə problemlərin həllinə kompleks yanaşmaq tələb olunur.
Burada həmçinin təkcə sahələrarası əlaqələr yox, həm də regionlar arası və
regiondaxili məsələlər də nəzərə alınmalıdır. Belə problemlərin müvəffəqiyyətlə
həlli və həyata keçirilməsi ərazi proqramların işlənib hazırlanmasını tələb etdi.
Regionların problemlərinin həlli ilə əlaqədar proqramlar, daha doğrusu, ayrı-
ayrı regionların, ərazi-istehsal komplekslərinin formalaşması və inkişafı
proqramları ərazi proqramlara aiddir. Bu proqramlar dövlətin sosial inkişaf
konsepsiyasının tərkib hissəsi kimi işlənib hazırlanır. Proqramların hər biri ciddi
məqsədli xarakter daşımalıdır.
Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları üç səviyyədə olur:
xalq təsərrüfatı, region və yerli.
Xalq təsərrüfatı problemləri, adətən regionlararası olur. Belə proqramlar
ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənib
hazırlamr. Burada mütərəqqi ərazi proporsiya- larmm formalaşmasına,
rayonlararası iqtisadi əlaqələrin təkmilləş- dirihnəsinə xüsusi fikir verihnəhdir.
Xalq təsərrüfatı səviyyəli proqramlara Abşeron ərazi istehsal kompleksinin,
Qaradağ ərazi istehsal kompleksinin yaradılması və Balakən filiz yatağının
mə
nim
sə
nilm
əsi üçün VIII beşilhk plana hazırlanmış proqramları daxil etmək olar.
Regional proqramlar inzibati və ərazi bölgələr üzrə - Naxçıvan MR və
iqtisadi rayonları üzrə işlənib hazırlanır. Belə proqramların işlənib hazırlanması
prosesində dövlətin və regiounun regional siyasəti, respublikanın, onun
regionlarının iqtisadi və sosial inkişaf konsepsiyalarının istiqamətləri əsas
götürülür. Bu problemlərin həm region daxilində, həm də onun ətrafında həlli
yolları nəzərdə tutulur. Sənaye müəssisələrinin işləmədiyi, təbii resurslardan
demək olar ki, minimum səviyyədə istifadə olunduğu, işsizliyin artdığı indiki
şəraitdə belə proqramların işlənib hazırlanması zəruridir.
Yerli əhəmiyyətli proqramlarda inzibati rayonların daxili və xarici, yəni
qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur.
Beləliklə, ərazi proqramlar yalnız iqtisadi və sosial inkişafın xalq təsərrüfatı
əhəmiyyətini yox, həm də onun reallaşması mühitinin sərhədlərini də əks etdirir.
Bütün səviyyələrdə regional proqramların dəqiq reallaşması müddəti və
sərhədləri olmalıdır.
Müxtəlif dövrlərə və səviyyələrə aid bütün proqramlar, yerinə yetirdiyi
vəzifələrdən asılı olaraq aşağıdakı növlərə bölünür:
>
Yeni ərazilərin mə
nims
əni
lm
əsi proqramları;
>
Mövcud rayonların iqtisadiyyatının yenidən qurulması proqramları;
>
Ərazi-istehsal komplekslərinin formalaşması və inkişafı proqramları;
>
Sosial regional proqramlar.
Yeni ərazilərin mənimsənilməsi proqramları xalq təsərrüfatı səviyyəli olub
ölkənin məhsuldar qüvvələrinin inkişafında ciddi dəyişikliklərə nail ohnaq
məqsədini daşıyır. Balakən filiz yatağının mənimsənilməsi proqramı belələr
indəndir. Hesablamalara görə onun mə
n
imsə
n
ilməsi ilə əlaqədar üç filiz
saflaşdırma kombinatı tikiləcək, dəmiryol, şosse yolu, nəqliyyat vasitələri, sosial
sferası sahələri inkişaf edəcək, 30 min nəfərdən artıq fəhlə və qulluqçu üçün iş yeri
açılacaqdır. Əlbətdə, bu qonşu Zaqatala, Şəki rayonlarının da ərazilərinə (filiz
saflaşdırma kombinatları) sirayiş edəcək, hə
min
bölgələrin də iqtisadi-sosial
inkişafına təsir göstərəcəkdir. Belə proqramlar, adətən uzunmüddətli olur.
Mövcud rayonların iqtisadiyyatının dəyişdirilməsi proqramları da respublika
səviyyəli olub uzun və ortamüddətlidir. Belə proqramların işlənib hazırlanması
zəruriyyəti iki halda meydana gəlir:
>
Rayonun istehsal və qeyri-istehsal fondları fiziki və mənəvi cəhətdən
köhnəlir, dövrün tələbatına cavab verən dəyişikliklər aparılmasına yönəldilmiş
proqramların işlənib hazırlanması zəruriyyəti meydana gəlir. İndiki dövrdə
Abşeron, Siyəzən, Əli Bayramh, Gəncə, Mingəçevir, Daşkəsən rayonları üçün belə
proqramların işlənib hazırlanması zəruridir.
Yeraltı və yerüstü təbii sərvətlərə malik olub ehtiyatları tükənməkdə olan rayonlar
meydana gəlir. İndiki dövrdə Abşeron, Siyəzən, Daşkəsən və başqa rayonları,
Naxçıvan MR-ni belə bölgələrə daxil etmək olar. Belə ki. Yeni Bakı Neft Emalı
zavodunun tiki
lm
əsi mövcud elmi-texniki layihələrə əsaslanmışdır ki, həmin
sənədlərə görə neft hasilatı ildə 24
mln
, tona çatmalı idi. Siyəzən Qaz-benzin
zavodu da hasilatın gözlənilən artımına və neftlə birlikdə çıxan qazın həcminə görə
inşa edilmişdi. Lakin ehtimal olunan neft-qaz hasilatına nail ohnaq əvəzi
n
ə onun
aza
lm
ası meyili başladı. Yeni Bakı Neftayırma zavodu Şimali Qafqazdan və
Türkmənistandan gələn xammalı emal etdi. SSRİ dağılandan sonra əlaqələr
pozuldu. İndiki dövr də həm hasilatı artırmaq, həm də mövcud müəssisələri işə
sahnaq üçün proqramlar işləyib hazırlamaq zəruridir.
Ərazi-istehsal komplekslərinin formalaşması və inkişafı proqramları
regionlarda işlənib hazırlanır, orta və uzunmüddəth olur. Belə proqramlar birinci
qrup proqramlara, yəni yeni ərazilərin mənimsənilməsi proqramlarına müvafiq,
yeni resurslar mə
nim
sə
ni
lən rayonlar üzrə, zəif inkişaf etmiş rayonlarda ehtiyatları
aşkara çıxarıb mənimsəməklə onların iqtisadiyyatını dirçəltmək məqsədilə, həm də
mövcud ixtisaslaşma şəraitində yeni istehsalatı yaratmaq zəruriyyəti ilə əlaqədar
işlənib hazırlanır. Sosial regional proqramlar qısamüd- dəth olur, regionların sosial
problemlərinin həllini - əhalinin sayı, təbii artımı, əmək ehtiyatlarının artımı və ya
azalmasını, xidmət sahələrinin inkişafı, əhalinin gəlirləri, sağlamlığı, təhsil
səviyyəsi, mədəniyyətin inkişafı və s. problemlərin həlli yollarını nəzərdə tutur.
Beləhklə, respublika və onun regionları üzrə elmi cəhətdən əsaslandırılmış,
bazar iqtisadiyyatının tələblərinə cavab verən regional siyasəti və bütövlükdə
konsepsiyanı tərtib etmək üçün yuxarıda qeyd etdiyimiz proqramların işlənib
hazırlanması vacib və zəruridir.
Dostları ilə paylaş: |