Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Mövzu 2. REGİONAL İNKİŞAFIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə20/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   16   17   18   19   20   21   22   23   ...   90
YourFileName

Mövzu 2. REGİONAL İNKİŞAFIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ 
 
 
2.1.Regional inkişaf - dövlət tənzimlənməsinin predmeti kimi 
2.2.Regional inkişafın disporsiyaları və bərabərləşdirmə siyasəti 
2.3.Regionun inkişafının dövlət tənzimlənməsi 
2.4.Müəssisə,region,onların qarşılıqlı fəaliyyət sistemi 
 
 
Hal-hazırda  həyata  keçirilən  islahatların  məzmunu  və  mahiyyətinə  dair 
diskussiyalar mövcuddur ki, bu da hər şeydən əvvəl bazar (qarışıq) iqtisadiyyatında 
dövlətin yeri və rolu haqqında fikirlərin müxtəlifliyi ilə müəyyən edilir. Aydındır 
ki, dövlətin iqtisadi proseslərinin gedişinə təsir dərəcəsi xüsusi indikator və dövlət 
idarə tipidir, şəxsi hüquq və azadlıqlarım reallaşdırma imkanlarıdır. 
Ümumiyyətlə,  iqtisadi  ədəbiyyatlarda  dövlətin  iqtisadi nəzəriyyəsinin banisi 
kimi  tez-tez  C.M.Keynsin  adı  çəkihr,  onun  ideyalarının  sistemli  şəkildə  həyata 
keçirməyə ilk dəfə cəhd göstərən F.D.Ruzveltdir. O, dövlət tənzimlə
nm
əsi
n
i «yeni 
istiqamət» adlandırmışdır. 
İqtisadiyyatın  dövlət  tənzimlə
nm
əsi  nəzəriyyəsinin  işlənib  hazırlanmasında 
neokeynsçi  tərəfdarların  və  neohberal  məktəb  nümayəndələrinin  də  rolu  az 
olmamışdır. 
         Uzun müddət «dövlət-iqtisadiyyat» diadasına olan maraq müasir dövrdə daha 
aktual  və  vacib  «dövlət-region»  problemini  ön  plana  çəkmiş,  köhnə  sistemin 
dağılması  ilə  əlaqədar  regionlararsı  və  re-  giondaxili  əlaqələrin,  habelə  dövlətlə 
onun subeyktləri arasında qarşılıqlı münasibətlərin demək olar ki, pozulduğu, yeni 


  
əlaqələrin  yaradılmadığı  indiki  şəraitdə  Azərbaycan  Respublikası  üçün  bu  çox 
səciyyəvidir.  Belə  ki,  dövlətin  ayrı-ayrı  təsərrüfat  subyektləri  qarşısındakı 
öhdəliklərə nisbətən,  ərazi vahidləri qarşısındakı öhdəlikləri daha vacibdir. Artıq, 
dövlətlərin  böyük  bir  qismi  bazar  subyektlərinin  fəaliyyətinə  birbaşa  müdaxiləyə 
yox,  dolayı  tənzimləmə  metodlarına  üstünlük  verirlər.  Dünya  dövlətləri  öz  ərazi 
vahidlərinin müstəqilliyini təmin və elan etmələrinə baxmayaraq, heç bir hökumət 
ölkənin  ərazi  büiövlüyü,  ekoloji,  etnik,  iqtisadi  problemlər  və  başqa  regional 
represiyalarla bağlı məsuliyyəti öz üzərindən ata bilməz. 
          Bütün  bunlar  nisbi  sakit  fazada  hər  bir  dövlətin  davranış  normasıdır.  Lakin 
bu  norma  böhran  və  müharibələr,  kö
hn
ə
n
i
n
  kökündən  qırılması  və  yeni  ictimai 
təməlin  formalaşdırılması  cəhdləri  dövründə  əsas  dövlət  funksiyasına  çevrilir. 
Tarix göstərir ki, məhz bu dövrdə ölkə ən güclü  ərazi sarsıntıları keçirir və idarə 
olunmayan ərazi dezinteqrasiya prosesi xalqa baha başa gəlir. 
İndiki dövründə bizim daxili siyasətimizin problemləri və metodları arasında, 
düşünülmüş  nəzəriyyə  və  konyunktura  siyasəti  arasında,  ərazi  inkişafın  dövlət 
tənzimlə
n
məsi  məsələsində  olduğu  kimi  prinsipial  ziddiyyətlər  yoxdur.  Çünki 
dövlət və regionlar arasındakı münasibətlərin əvvəlki bir sıra nöqteyi-nəzərlər daha 
radikal  şəkildə  aradan  çıxdı.  Əgər  iqtisadiyyatda  bazar  əsaslarına  prosesi  hansısa 
ölçüdə dünya təcrübəsi və nəzəriyyəsi ilə istiqamətlənmirsə, regional münasibətlər 
sferasında vəziyyət daha mürəkkəbdir. 
Vəziyyətin  qeyri-sabithyi  uzunmüddətli  regional  strategiyanı  reallaşdırmağa 
imkan  vermir.  Ona  görə  hökumət  fövqəladə  vəziyyət  rejimində  fəaliyyət 
göstərməyə  məcbur  olur.  Məhz  bu,  başqa  sözlə,  daxili  və  regionlararası 
problemləri  müvəqqəti  olaraq  susdurur  və  istər-istəməz  onların  yenidən  meydana 
gəlməsinə  şərait  yaradır.  Nəticədə  özünəməxsus  bir  vəziyyətdə  «tilsimlənmiş 
dairə»  əmələ  gəhr.  Bu  vəziyyətdən  çıxmaq  üçün  güclü  siyasi  iradə  lazı
m
dır  ki, 
regional  inkişafın  tə
nz
i
ml
ə
nm
əsini  qaydaya  salsın.  Bunun  nəticəsi  kimi  dövlət 
tənzimlə
nm
əsi
n
i
n
 predmeti, məzmunu və mahiyyəti anlayışlarına xələl gətirməyən, 
ölkənin  regionlarına  və  əhalisinin  mənafelərinə  uyğun,  ərazi  inkişafına  real  təsir 
edə bilən təşkilat-hüquqi mexanizmlər sistemi olmalıdır. 
İnkişaf etmiş ölkələrin və qonşu Rusiya Federasiyasının mətbuat yazılarında 
«dövlət-subyekt», «dövlət-region» ətrafında, habelə dövlətin ayrı-ayrı müəssisələrə 
köməyi, regionlara dövlət yardım kimi çıxış etməsi qeyd olunur. 
Bu  köməyin  «yardım»  kimi  adlandırılmasının  öz  mənası  vardır.  Əgər,  hər 
hansı  bir  zavodda  dövlət  yardımı  hesabına  müəyyən  qədər  iş  yerlərini  saxlaya 
biləcək  ə,  konkret  regionda  bu  cür  qərarı  həqiqətən  də  «yardım»  kimi 
qiymətləndirmək olar. Bunun hesabına regionda yaşayanlar işsizliyə görə müavinət 
yox,  əməkhaqqı  alar,  həmin  insanlar  vergi  və  qismən  sosial  xidmətlərin  dəyərini 
ödəyə bilərlər. 
İnkişaf  siyasətinin  zəruriliyini  əsaslandırmaq  üçün  belə  bir  suala  cavab 
tapmaq tələb olunur. Nə üçün biz «Regionlara yar- dım» yox, «regional inkişafa» 
xüsusi fikir verməliyik? 
Müasir  regional  siyasət  obyektiv  səbəblər  üzündən  regionların  yoxsul 
vəziyyətdən  tam  və  təcili  çıxmağını  təmin  etmir.  Bunun  səbəblərindən  biri 
respublikamızda  nəinki  cəmiyyətin  və  iqtisadi  bazanın  inkişaf  qanunları,  hətta 
ərazi inkişaf qanunlarının pozulmasıdır. 


  
Bu  istiqamətdə  müəyyən  məqsədləri  nəzərə  ahnaqla  «yardıma»  üstünlük 
vermək meyilli müəyyən işlər görülmüş və bu proses indi də davam edir, özü də o, 
regional  inkişafa  maneçilik  törədir.  Ona  görə  də  «yardım»  siyasətindən  imtina 
etməyərək  regional  inkişafa  təkan  verən  siyasət  hazırlanmalı  və  mövcud  siyasi, 
təşkilatı, material, maliyyə imkanlarına uyğun reallaşdırılmalıdır. 
Hazırda  respublikada  yoxsulluğun  azaldılması  və  2003-2005-ci  illərdə 
iqtisadi inkişaf proqramı və onun əsasında işlənib hazırlanmış və həyata keçirilən 
məşğulluğun milli strategiyası Proqramı və başqa əməli tədbirlər həm ölkə, həm də 
regionlar  səviyyəmdə  həyata  keçirilmiş  və  keçirilməkdədir.  «YoxsuUuğun 
azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı»nda  iqtisadi  sabitliyin 
qorunub  saxlanması,  tarazlı  artımın  təmin  edilməsi,  sahələr  üzrə  iqtisadi  artı
mın
 
təmin  edilməsi,  Dövlət  idarəetmə  siste
mi
ndə  islahatlar  və  s.  istiqamətlərdə 
göstəricilər  nəzərdə  tutulmuşdu.  Keçən  müddətdə  bu  göstəricilərin  müəyyən 
hissəsi yerinə yetirilmişdir. 
70-ci  illərdən  etibarən  sosial  prioritetlər,  dayanaqhq  və  tarazlıq 
anlayışlarından  ifadə  olunan  qlobal  və  regional  inkişaf  ideyası  möhkəmlənməyə 
başladı. 80-ci illərdən başlayaraq bu problemə üstünlük verildi. BƏT-in 1962-ci il 
117-ci  konvensiyasında  qeyd  olunur  ki,  «Hər  bir  siyasət  ilk  növbədə  əhalinin 
inkişafı  və  layiqli  həyat  səviyyəsinin  əldə  olunmasına,  əhalinin  sosial  inkişafının 
həvəsləndirilməsinə  yönəlməlidir.  Bu,  bizə  imkan  verir  ki,  regional  inkişafı  belə 
müəyyən edək: 
Qeyd  etmək  laz
ım
dır  ki,  «dayanaqhhq»,  «balanshhq»  və  «sosial  «yönüm» 
abstrakt  kateqoriyalar  deyil,  keyfiyyətcə  tam  hiss  olunan,  regional  sistemlərin 
qarşılıqlı əlaqəli kəmiyyət xarakteristikasını ifadə edən kateqoriyalardır. 
«Dayanıqlılıq»  regionun  inkişafının  mühüm  əlamətidir.  Bunun  mahiyyəti 
tarazlıq  və  sosial  meyil  rejimində  ərazi  potensialının  (onun  sosial,  təbii  resusr, 
ekoloji,  təsərrüfat  və  başqa  tərkib  elementləri)  təkrar  istehsalı  şərtlərinin  uzun 
müddət  saxlanmasıdır.  Ona  görə  də  təbii  ehtiyatların  (hətta  ərazinin  birdəfəlik 
güclü  zənginləşdirilməsinə  ümid  verən) həddindən  artıq  çıxarılması,  ərazi  inkişaf 
konsepsiyasına  uyğun  deyildir.  Əlbəttə,  ərazi  inkişaf  sadə  və  ya  düzxətli  deyil: 
burada tənəzzül və artım, yığım və onun reallaşdırılması dövrləri labüddür. 
Təbii ki, hər cür başqa mürəkkəb proses kimi təbii resusrlarm həddindən artıq 
çıxarılması  ciddi 
n
i
z
ami  formada  baş  verə  bilməz:  burada  yığımın  toplanması  və 
reallaşdırılmasımn artması və azalması labüddür. Bununla əlaqədar olaraq pozitiv 
dina
mi
ka k
im
i (müvəqqəti kənarlaşmalar şəraitində inkişafın ümumi istiqamətlərini 
saxlamaq  şərti  ilə)  regional  sistemin  faktiki  və  proqnozlaşıdırılan  müvafiq 
uzunmüddətli dinamik sıralarda öz əksini tapır. 
Balanshhq  hər  bir  regionun  potensialının  tərkib  elementləri
nin 
müəyyən 
nisbətinin  saxlanmasıdır  ki,  bu  da  siste
min
  inkişafının  dayanıqlığını  və  sosial 
meyilini  təmin  edir.  Müasir  şəraitdə  ərazi  inkişafının  potensialının  ekoloji,  təbii 
resurs və bir çox regionlarda isə ərazi inkişaf potensialının sosial tərkib sistemləri 
daha çox əlaqələndirilir. Eyni zamanda, o, artıq mövcud olan nisbətlərin qorunub 
saxlanması  deyil,  əksinə,  onların  inkişafına  düzəliş  vermək  i
mk
anları
m
  nəzərdə 
tutur. 
SSRİ dağılandan sonra əvvəllər mövcud olmuş sahələrarası və sahələrdaxili, 
regionlararsı və regiondaxili nisbətlər pozulmuş, müstəqil respublikamızda bunları 
bərpa  etmək  üçün  heç  bir  cəhd  göstərilməmişdir.  Əksinə,  istehsalın  geriləməsi, 


  
islahatların  ləng  getməsi  istehlakda  xaricin  meyihni  daha  da  artırmış,  bu  isə  öz 
növbəsində yerli istehsala mənfi təsir göstərmişdir. 
Əhalinin  orta  sıxlığı,  sənaye  məhsulunun  xüsusi  çəkisi,  kiçik  müəssisələrin  sayı, 
istehsalyönümlü sahibkarlığın inkişafı, əhalinin hər nəfərinə düşən torpaq sahəsi, o 
cümlədən  kənd  təsərrüfatına  yararlı  və  əkinə  yararlı  sahələrin  həcmi  və  başqa 
göstəricilərə görə regionlar bir-birindən fərqlənirlər. Burada bəzi obyektiv səbəblər 
də  mövcuddur.  Məsələn,  Lənkəran  regionunda  əhalinin  orta  sıxhğı  bütün 
regionlardan çoxdur, torpaq sahəsi isə əksinə azdır. Əhahnin sıxlığı respublika üzrə 
orta  səviyyə  ilə  müqayisədə  Abşeronda  -  22,0%,  Lənkəranda  30,4%  çox  olduğu 
halda, bu göstərici Quba- Xaçmaz və Şəki-Zaqatalada - 38,0%, Dağlıq Şirvanda - 
54,8%, Naxçıvanda 30,0% az olmuşdur. Belə fərqlər hər 100 ha kənd təsərrü fatma 
yararlı  torpağa düşən  mal-qara və qoyunların  sayında, 100  ha  taxıl  əkini sahəsinə 
düşən  quşların  sayı  və  yumurta  istehsalında,  əhalinin  hər  nəfərinə  bitkiçilk  və 
heyvandarlıq məhsulları istehsalında da vardır. Hər bir kəndli-fermer təsərrüfatına 
düşən  ümumi  torpaq  sahəsi,  o  cümlədən  kənd  təsərrüfatına  yararlı  torpaqların  və 
əkin yerinin miqdarına görə də regionlar fərqlənir. Məsələn, Quba-Xaçmaz iqtisadi 
rayonunda  -  28,2  ha,  Şəki-Zaqatalada  -  27,4  ha,  Gəncə-Qazaxda  9,0  ha  və 
Lənkəran regionunda 3,8 ha kənd təsərrüfatına ya- rarh torpaq düşmüşdür. 
Deməh, regional inkişafı müəyyən edən hər bir ayrıca götürülmüş əməliyyat, 
sistemli  prosesin  bir  halqasıdır.  Ona  görə  də  hətta  xüsusi  hallarda  belə,  yuxarıda 
qeyd  etdiyimiz  ərazi  inkişaf  pas-  tulatlarma  əhəmiyyət  verilməməsi  regional 
sistemin müəyyən inkişaf rejimində fəahyyət 
imk
anları
m
 kəskin azaldır. 
Qeyd  etdiyimiz  k
imi
  2004-cü  ilin  fevral  ayının  11-də  təsdiq  edilib  həyata 
keçirilən  Dövlət  Proqramı  bu  çatışmamazhqları  aradan  qaldırmağa 
imk
an 
vermişdir. 
Regional  inkişafın  indiyə  qədər  daha  az  nəzərə  ahnan  əlaməti  sosial 
oriyentasiyadır,  daha  doğrusu,  regional  situasiyaların  vektoruna  və  kəmiyyət 
parametlərinə,  hər  şeydən  əvvəl,  əhahnin  həyat  səviyyəsi  və  onun  keyfiyyətinə 
təsirinin  qiymətləndirilməsidir.  Hər  şeyi  təsərrüfat  irəliləyişlərinə  tabe  olan 
insanların özünün istismarı (özlərinə ayrılmış torpaq sahələrini becərməklə özlərini 
təmin  edən  fermerlər  və  ya  şəhər  əhalisi)  normaya  çevrilən  indiki  şəraitdə  bu 
problem daha önəmlidir. 
Sosial  nemətlər  istehsalının  real  səviyyəsinin  dinamikası,  uzunömürlülük, 
fiziki  və  mənəvi  sağlamlıq  parametləri  və  s.  ərazi  inkişafın  başlıca  göstəricilərini 
formalaşdırır. 
           Tə
h
lil  göstərir  ki,  təhsil  və  səhiyyənin  inkişafı  göstəricilərinə  görə  də 
regionlar  kəskin  fərqlənir.  Belə  ki,  cəmi  əhalidə  ali  təhsillilərin  xüsusi  çəkisi 
Abşeronda  7,37%,  Qaxda  7,50%  olduğu  halda.  Bala-  kəndə  4,10%,  Biləsuvarda 
4,0%,  Xaçmazda  3,55%-dir.  Buna  bənzər  vəziyyət  orta  ixtisas  təhsildə  də 
mövcuddur. Hər 1000 nəfər doğum üzrə uşaq ölümü Dəvəçidə 19,5, Ağcabədidə 
14,4,  Xaçmazda  17,9,  Biləsuvarda  6,0  olmuşdur.  Əhalinin  hər  10000  nəfərinə 
həkimlərin sayı Qax, Bərdə, Abşeron rayonlarında müvafiq olaraq 26,6, 22,7, 21,9, 
əhali
n
in  hər  10000  nəfərinə  orta  tibb  işçiləri  97,5,  72,8  və  42,8,  xəstəxana 
çarpayılarının miqdarı 121,4, 70,7 və 22,1 təşkil etdiyi halda Gədəbəydə müvafiq 
olaraq 11,3, 41,2, 46%-ə bərabər olmuşdur. Ümumən respubhkanm regionları ana 
və  uşaq  ölümü,  həkim  və  orta  tibb  işçilərinin  sayı  xəstəxana  çarpayılarının 
miqdarına  görə  kəs  kin  fərqlənir.  Təbiidir  ki,  onun  sosial  qayəsi  regionun  təbii, 


  
iqtisadi  və  başqa  resusrları  ilə  balanslaşdırılmalıdır,  çünki  atom  poliqonu  tikmək, 
meşələrdən,  faydalı  qazıntı  mədənlərindən  vəhşicəsinə  istifadə  etmək  hesabına 
müvəqqəti firavanhq əldə etmək olar. 
        Regional  siste
mi
n vəziyyətinin kəmiyyət  və keyfiyyətə  qarşılıqlı  əlaqəli 
xarakteristikasım verən istiqamətlərdən biri də ərazi və təsərrüfat inkişafıdır. Bazar 
münasibətlərinə  keçid  dövrünə  qədər,  daha  doğrusu,  müharibədən  sonrakı  illərdə 
«ərazi  inkişafı»nm  şərhi  təsərrüfatçıhqla  və  ya  «regional  məhsuldar  qüvvələrin 
inkişafı» ilə eyniləşdirilirdi. 
Mübahisəsiz  demək  olar  ki,  ərazi  potensilamn  iqtisadi  artımı,  onun  struktur 
dəyişiklikləri  və  başqa  təsərrüfat  nailiyyətləri  regional  inkişafın  mühüm  və  çox 
hallarda həlledici (məsələn, regionun iqtisadi depressiyadan çıxması üçün) amildir. 
Bununla  belə,  ərazi  inkişafın  yuxarıda  açıqlanan  kateqoriyaların  (sosial 
oriyentasiya,  balanshhq,  dayanıqlılıq)  tələblərinin  nəzərə  alınmaması  bəzi 
regionlarda istehsalın artımı, sosial-demoqrafik, təbii resusr, ekoloji, etnik, mədəni 
və başqa regional sistem komponentlərinin tənəzzülü ilə müşayiət olunur. 
Ancaq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında 
«regionlarm  iqtisadi-sosial  inkişafı göstəricilərinin  kompleks qiymətləndirilməsi)) 
prosesində  iqtisadi  göstəricilərin  səviyyəsi  sosial  göstəricilərin  səviyyəsindən  2-4 
dəfə artıq müəyyən edilir. 
İnkişaf  etmiş  ölkələrdə  regional  inkişafın  iqtisadi  qiymətləndirilməsi 
müəyyən dərəcədə üstünlük təşkil edir və özünü doğruldur. Belə ki, iqtisadiyyatın 
inkişafı yerli büdcələrin yüksək gəlirlərinə, xeyli şəxsi gəlirlərə, nəhayət əhalinin 
sərbəst  şəkildə  sosial  xidmətləri  əldə  etməsinə  təminat  verir,  ekoloji,  təbii  resusr, 
torpaq hüquqları öz növbəsində iqtisadiyyatın mənafeyinin məskunlaşma mühitinin 
saxlanması ilə uyğunlaşmağa imkan verir. Lakin Azərbaycanda hələ uzun müddət 
ərzində  ərazinin  sosial  problemləri  iqtisadi  potensialla  əlaqələndirmək  mümkün 
olmayacaqdır. 
 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin