Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Regionun inkişafının dövlət tənzimlənməsi



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə22/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   18   19   20   21   22   23   24   25   ...   90
YourFileName

           2.3.Regionun inkişafının dövlət tənzimlənməsi 
 
 
 
Ərazi  inkişafın  tənzimlə
n
məsi  dedikdə,  başlıca  məqsədi  əhalinin  həyat 
səviyyəsinin  və  onun  keyfiyyətinin  yaxşılaşdırılması  olan  regional  sistemlərin 
dayanaqlı  və  tarazlı  fəaliyyətini  təmin  etməyə  yönəldilmiş,  xüsusi  təşkil  edilmiş 
sistemli  hərəkət  başa  düşülür.  Belə  tədbirlər  həm  özünü  idarəetmə  formasında 
lokal,  həm  də  regional  və  ümumdövlət  səviyyəsində  həyata  keçirilə  bilər.  Buna 
uyğun  olaraq  tənzimlənmənin  obyekt  və  subyekti  dəyişilir,  ideoloji  dominantlar 
(əlamət) isə bütün səviyyələrdə eyni qalır; sosiallaşma, dayanaqlıhq, tarazlıq. 
Əgər  ərazi  inkişafının  məzmunu  və  onun  tə
nz
i
ml
ənməsi
nin
  mahiyyəti 
haqqında  ciddi  nəzəri  əsaslandırmalar  yoxdursa,  onda  hə
min 
tənzimlənmə  nə 
yararlı, nə də nəticəli olmaz. Eyni zamanda, onun mahiyyət tərəfini yalnız siyasi, 
hüquqi,  təşkilati,  maliyyə,  iqtisadi  və  başqa  xarakterli  konkret  hərəkətlər  təşkil 
edir.  Buna  oxşar  formada  başa  düşülən  ərazi  inkişafının  tənzimlənməsini 
konstruktiv məzmunlu dövlətin regional siyasəti hesab etmək olar. 
Ərazi  inkişafının  dövlət  tənzimlənməsi  -  mürəkkəb  sistemlərin  fəaliyyətinin 
korreksiyasmm paradoksal fenomenidir. 
Dövlət  formal  olaraq  tamamilə  başqa  vəzifələri  həyata  keçirdikdə  belə,  bu 
tənzimləməni də real şəkildə həyata keçirir. 
Məsələn,  «idarə»  sektorunun  sosial  infrastrukturunun  ölkənin  əraziləri  üzrə 
qeyri-bərabər  bölü
nm
əklə  bələdiyyə  mülkiyyətinə  verilməsi  özəlləşdirmə 
siyasətinin  özünün  nəticəsi  kimi  daha  çox  iqtisadi  prosesdir,  yəni  mülkiyyət 
formasını  dəyişdirdikdə  də  dövlət  öz  tə
nzim
lənmə  funksiyasını  yerinə  yetirir. 
Bununla  belə  praktiki  olaraq  bütün  ərazilərin  fəaliyyəti,  onların  inkişaf  sürəti  və 
vektoru müxtəhf formalarda yönəldihr. 
Lokal həyata keçirilən hər cür tə
nz
i
ml
ənmə tədbirləri bir sıra digər ərazilərin, 
hətta  dövlət  tə
nziml
ənməsi  obyektləri  ilə  birbaşa  qonşuluq  etməyən  regionların 
inkişafı istiqamətlərini və potensialını əlaqələndirir. 
Məsələn,  harmya  yaxşı  məlumdur  ki,  Çinin  cənub-şərq  sahillərində  azad 
iqtisadi zonaların yaradılması siyasəti, şimal, mərkəz və sahilboyu rayonlarda ərazi 
fərqlərin güclənməsi ilə nəticələnmiş və bu da öz növbəsində qeyri-ixtiyari olaraq, 
süni surətdə yaradıirmş nis- bətsizlikləri bərabərləşdirmək üçün yeni tənzimləyici 
vasitələrin  tətbiqini  tələb  etmişdir.  Ərazi  inkişafının  dövlət  tənzimlənməsi  həmişə 
və  hər  yerdə  həyata  keçirilir.  Ərazi  inkişafının  məqsədyönlü  tənzimlənməsi 
praktiki olaraq dünyanın bütün dövlətlərinin məcburi funksiyasıdır. Əgər dövlətlər 
onu həyata keçirmirsə onda, ya belə tənzimlənmə problemi sadəcə olaraq yoxdur, 


  
ya dövlət özünün indiki və gələcək vəziyyəti ilə maraqlanmır, yaxud da onun gücü 
çatmır. 
Ərazi inkişafının dövlət tənzimlə
n
məsi strukturunu əmələ gətirən konkret tədbirlər 
aşkar və qapalı, birbaşa və dolayı, ümumi və selektiv ola bilər. Bu tədbirlərin dəqiq 
kəmiyyət  nisbətlərinin  müəyyən  edihnəsi  çox  çətindir.  Lakin  hərdən  «ərazi 
inkişafının qapalı siyasətinə üstünlük veri 
im
ə si» və ya deyək ki, «ərazi inkişafın 
selektiv köməyinə üstünlük verihnəsi»nə dair ifadələr səslənir. Əsas odur ki, aşkar 
və  qapalı,  birbaşa  və  dolayı,  ümumi  və  selektiv  tənzimləyici  tədbirlərin  eyni 
istiqamətli  olması  məcburi  deyildir,  düşünülməmiş  İstifadə  etdikdə  onlar  biri 
digərinin səmərəsini əhəmiyyətli dərəcədə azaltmaq qabiliyyətinə malikdirlər. 
Ərazi  inkişafın  dövlət  tənzimlənməsi  prosesində  meydana  gələn 
münasibətlərin subyektləri də orta səviyyəli deyildir. Zahirən müəm- masız şəkildə 
«mərkəz»  və  «subyektlər»  (aşağı  inzibati  ərazi  vahid-  ləri)»  simvolikdir.  Bu 
baxı
m
dan  qeyd  etmək  lazımdır  ki,  real  «mər-  kəz»  baxdığırmz  münasibətlərin 
minimum üç subyekti k
im
i göstərmək olar. 
«Mərkəz»  hər  şeydən  əvvəl,  subyektlərinin  məcmun  kimi  Azərbaycan 
Respublikasıdır.  Aydındır  ki,  bütün  subyektlər  öz  mənafelərini  yuxarı 
qanunvericihk  orqanlarının  (Milh  Məclis)  və  onların  regional  inkişafa  dövlətin 
köməyi
nin
  məzmunu  və  mexanizmini  müəyyən  edən  fəaliyyəti
n
i
n
  nəticələri 
vasitəsilə  reallaşdmhr.  Məsələn,  Dövlət  büdcəsi,  büdcə  prosesi  haqqında,  vergilər 
haqqında və başqa qanunlar. 
İkinci «mərkəz» Azərbaycan Respublikası Prezidentidir. O, regional və milli 
siyasətin  başhca  istiqamətlərini,  iqtisadi  islahatların  əsas  yollarını  təsdiq  edən 
fərmanları  imzalayır.  Nəhayət,  üçüncü  «mərkəz»  Azərbaycan  Respublikası 
Hökuməti  və  nazirliklərdir  (xüsusilə  Maliyyə  Nazirhyi  və  İqtisadi  İnkişaf 
Nazirliyi).  Onlar  müvafiq  qərarlar  qəbul  edir  və  başlıcası,  bu  qərarları  maliyyə 
resusrları  ilə  möhkəmləndirirlər.  Bu  «mərkəz»  Milli  Məclisin  və  Azərbaycan 
Respublikası Prezidentinin qəbul etdiyi normativ aktları və fərmanları reallaşdırır. 
Regional  inkişafın  dövlət  tənzimlənməsinin  obyektləri  çoxsaylı  və  keyfiyyətcə 
müxtəlifdir. Onun son obyektləri həmişə ayrı- ayrı insan qrupları, bütün mülkiyyət 
formalarına,  təsərrüfat  istiqamətlərinə  (kommersiya  və  qeyri-kommersiya)  və 
fəahyyət  profilinə  (istehsal,  sosial,  idarəetmə  və  s.)  aid  müəssisələr  və 
təşkilatlardır. 
Bununla  yanaşı  onlar  bilavasitə  müxtəlif  səvij^yələrdə  (respublika,  region) 
hakimiyyət  orqanları,  həm  də  arahq  halqa  yerh  özünüidarə  orqanları  vasitəsilə 
dövlət  tə
nziml
ənməsi  obyektləri  ola  bilər,  bu  tə
nz
imlə
nm
ə
nin
  maliyyə 
komponentləri, öz növbəsində, dövlət büdcəsindən müxtəlif səviyyələrdə büdcələr 
vasitəsilə son ahcılara çata büər. 
Çox  zaman  dövlət  səviyyəsində  ərazi  inkişafının  tənzimlənməsi  ayrı-ayrı 
regionlara dövlətin selektiv yardırm formasında həyata keçirilir. Bu yardım xüsusi 
təşkil  edilən  siyasi,  hüquqi,  sosial,  maliyyə,  iqtisadi  və  s.  xaraktreh  tədbirlərin 
məcmuu kimi aşağıdakı vəzifələri həyata keçirməhdir: 
1. 
Obyektiv  səbəblər  üzündən  inkişaf  rejimində  fəaliyyət  göstərə  bihnəyən 
ərazilərin inkişafına stimul vermək (o cümlədən, resurs); 
2. 
Ayrı-ayrı regionların əhahsinin sosial mobiUiyini fəallaşdırmaq və resusrla 
təmin etmək; 
3. 
Dövbt  əhəmiyyəti  olan  potensial  «artım  nöqtələrinin))  yaranması  və 


  
fəaliyyət  göstərməsi  üçün  şərait  yaratmaq  (məsələn,  azad  iqtisadi  zonalar, 
texnoparklar və s.); 
4. 
Ayrı-ayrı  regionlar  tərəfindən  ümumdövlət  funksiyalarının  yerinə 
yetirilməsini  təmin  etmək.  Məsələn,  ərazidə  dövlət  əhəmiyyətli  obyektlərin  və 
sahələrin 
saxlanılması,  qapalı  inzibati  ərazi  vahidlərin  (qurumların) 
maliyyələşdirilməsi,  dövlət  əhəmiyyətli  kurort  və  başqa  sağlamlıq  ocaqlarının 
saxla
n
ması və s.; 
5. 
Mühüm  siyasi  və  geosiyasi  ərazilərdə  xüsusi  təşkilati-hüquqi  rejimi 
yaratmaq  (məsələn,  gediş-gəlişi  bilavasitə  Dağıstan  Muxtar  Respubilkası 
ərazisindən  təmi
n
  olunmuş  Qusar  rayonunun  əraziləri.  Əraziləri  Ermənistanla  iç-
içə olan Gədəbəy, Naxçıvan MR və bu qəbildən odan başqa rayonların müəyyən 
sahələri); 
6. 
Fəlakət  zonaları
n
ı
n
  yaranmasına  operativ  reaksiya  vermək  (təbii, texnogen 
və s.). 
Qeyd  etmək  lazımdır  ki,  burada  söhbət  yalnız  konkret  regionlara  selektiv 
yardımdan  gedir.  Deməli,  burada  yardıma  daha  çox  ehtiyacı  olan  ərazilərin 
obyektiv  seçilməsi  kimi  mürəkkəb  məsələlər  meydana  çıxır  ki,  onlara  az  da  olsa 
dövlət resurslarını xərcləmək olar. 
Əgər  «dövlət))  anlayışı  ilə  bağlı  olan  daha  mühüm  üç  məsələ  də- 
qiqləşdirilməsə,  ərazi  inkişafın  dövlət  tənzimlə
nm
əsinə  və  regionlara  dövlət 
selektiv yardımına dair təklif olunan şərh (traktovka) natamam olar: 

Əvvala, bu şərh Konsitusiya ilə Azərbaycan dövlət quruluşunun yalnız bir 
səviyyəsinə (həmin statusda regionlar respublikada yoxdur) həvalə edilmişdir. Ona 
görə  də,  əvvəlcə  region  statusunu  müəyyən  etmək,  sonra  isə  sadəcə  olaraq 
«ümumdövlət)) və «region)) formalarında dövlət tənz
iml
ənməsi və dövlət yardırm 
demək düzgün olardı. 

İkincisi,  ərazi  inkişafına  dair  əvvəllər  qeyd  olunan  yalnız  bütövlükdə 
respublika  subyektlərinə  yox,  həm  də  hər  cür  daha  xırda  inzibati-ərazi  bölgələrə 
(kənd  rayonları,  yaşayış  məntəqələri  və  s.)  də  aiddir.  Ona  görə  də  dövlət 

nziml
ənməsi və yardımı obyekti geniş mənada qurumlar da ola bilər və ohnahdır. 
Fikrimizcə,  qeyd  olunan  qurumlar  da  öz  təşkilati-hüquqi  modehni  eynilə 
Azərbaycan  Respublikası  ilə  onun  subyektlərinin  münasibətləri  şəklində 
qurmahdır- lar. 
Üçüncüsü,  ərazi  inkişafının  dövlət  tənzimlənməsi  ölkə  daxilində  siyasi,  sosial, 
iqtisadi (təsərrüfat), maliyyə-kredit, büdcə, vergi, təbii-resurs, milh, etnik və başqa 
münasibətlər  sistemi  miqyasında  həyata  keçirilir.  Bu  ərazi  vahidlərin  birinin 
xeyrinə  həmin  münasi  bətlərin  strukturunu  və  proporsiyalarını  dəyişdirən  hər  bir 
hərəkət,  avtomatik  olaraq  başqalarını  da  dəyişdirir  (təmiz  pis  istiqamətə). 
Uzu
n
müddətli  perspektivdə  bir  subyektin  böhran  vəziyyətindən  çıxması  həmişə 
sonrakılar üçün də əlverişlidir. 
Bunun  üçün  vaxt  tələb  olunur.  Ərazi  birliyinin  bir  elementinə  yardım 
edilməsinə  dair  konkret  qərarlar  qəbul  edilən  zaman  qalanların  haqqı  var  ki,  bu 
yardımın əsasən onların hesabına aparıldığını hesab etsin. 
         Lakin  bu  fikirlərin  əsaslılığından  asılı  olmayaraq,  sözsüz  regional  inkişafa 
dövlət  yardımı  yalmz  təkcə  «Mərkəzin»  yox,  onun  subyektlərinin  qərarlarının 
nəticəsi  olmalıdır.  Sözsüz  ki,  belə  qararlar,  yəni  dövlət  yardımının  göstərilməsi 
konkret regiondaxili qurumlar (rayonlar, şəhərlər və s.) üçün də nəzərə alınmalıdır. 


  
        Ərazi inkişafın dövlət tə
nz
i
ml
ənməsi k
imi
 mürəkkəb problem əlavə olaraq bir-
birinə qeyri-dəqiq Konstitusiya normaları, inzibati və vətəndaş hüquqları qoymaqla 
da çətinləşir. Belə ki, konstitusiya hüquqları dövlətlə onun subyektləri arasındakı 
münasibətləri  tənzimləyir  və  eyni  zamanda,  formal  şəkildə  yuxarılardan  olmayan 
subyektlərin  dövlət  hakimiyyəti  orqanları  ilə  qarşıhqh  əlaqələrini  yaradır.  Burada 
Azərbaycan  Respublikası  Prezidenti
nin
  sərəncamlarına  üstünlük  verilir.  Qeyd 
etmək  laz
ım
dır  ki.  Konstitusiyada  müvafiq  səviyyələrdə  dövlət  hakimiyyəti 
orqanları arasında «tabeçihk və səlahiyyətlərin həddləri)) müəyyən edilmişdir. 
        Hələlik  mövcud  olan  qanunlar  və  qanunvericihk  aktları,  sərəncamlar  və 
bunlara  əsasən  qəbul  olunmuş  qərarların  ərazi  inkişafının  dövlət  tənzimlənməsi 
problemlərini  həll  edə  bilmir.  Beləliklə,  fikri-  mizcə,  belə  bir  aktual  və  məsul 
vəzifə  qarşıya  çıxır  ki,  ya  konstitusiya  inzibati,  vətəndaşlıq  və  başqa  hüquq 
normalarını  əhatə  etməli  və  yaxud  da,  ərazi  inkişafının  dövlət  tənzimlənməsinin 
əsaslarına  dair  xüsusi  qanunlar  işləyib  hazırlanmalı  və  qəbul  edilməlidir. 
Fikrimizcə, müasir dövrdə sonuncu daha realdır. 
 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin