depressiyasının sosial indikatorları, doğumun azalması, ömrün qısalması,
demoqrafik strukturun təhrifi, cinayətlərin artması və s. olur.
Azərbaycan Respublikası regionlarında doğulan uşaqların hər 1000 nəfərinə
ölümün xeyli azalmasına baxmayaraq əhalinin təbii artımı da azalmışdır. 1995-
2002-ci illərdə uşaq ölümü Naxçıvanda 44,7%, Biləsuvarda 41,6%, Ağdaşda 65%
azalmasına baxmayaraq təbii artım müvafiq olaraq 8,0%, 9,6% və 8,2% təşkil
etmişdir. Belə vəziyyət əksər regionlarda müşahidə olunur, bir sıra regionlarda
anaların ölümünün sürətlə artması halları da vardır. Xüsusilə dağlıq regionlarda
infrastrukturun çox zəif inkişaf etməsi, rayon mərkəzi ilə nəqliyyat əlaqələrinin pis
ohnası (kənd yaşayış məntəqələrində xəstəxana və doğum evləri olmadığına görə)
da ana və uşaq ölümünün artmasına səbəb olur. Quba, Qusar, Grədəbəy, Yardımh,
Siyəzən, Xızı, Daşkəsən və başqa rayonlarda vəziyyət çox ağırdır.
Daha ciddi ərazi fərqlər əvvə
lk
i firavan həyatın ümidsiz dərin tənəzzüllə əvəz
olunduğu, insanların isə yaşayış yerini və ya iş yerini dəyişdirmək, daha əlverişh
rayona köçmək i
mk
anları olmadıqları zaman hiss olunur (istehsal böhranı, ekoloji
fəlakət və s.). Məhz bu zaman depressiv rayonlardan və dövlətin selektiv
yardumndan söz açılır.
Regionların iqtisadi, təbii-iqlim, resurs və i
n
frastruktur xüsusiyyətləri ilə
müəyyən edilən əhalinin həyat səviyyəsi və onun key- fıyyətindəki anomal ərazi
fərqlərin məzmunu bir sıra dövlətlərin məntiqi istifadə etdikləri iqtisadi və sosial
inkişafın bərabərləşdirilməsi siyasəti ilə üzə çıxarılır. Ən pis regionlarda əhalinin
həyat səviyyəsi iqtisadi və sosial inkişafın vəziyyətini xarakterizə edən göstəriciləri
ardıcıl olaraq azı orta səviyyəyə yaxınlaşdırmaq bu siyasətin nəticəsi sayılır.
Ayrı-ayrı regionların fəaliyyətinə dövlətin təsiri ideologiyası kimi bu siyasət
müxtəlif miqyaslarda və müxtəlif parametrik qruplara uyğun olaraq (o cümlədən,
ərazi inkişafını tam xarakterizə etməyən) istifadə olunur. Geniş miqyaslı
«bərabərləşdirmə» siyasəti Almaniyada (keçmiş ADR torpaqlarında), İtaliyada,
Çində, Yaponiyada və bir sıra başqa dövlətlərdə həyata keçirilir. Azərbaycanda
belə siyasət hələ keçmiş SSRİ məkanında olanda həyata keçirilməyə başlanmışdı.
Bu məqsədlə Azərbaycanda məhsuldar qüvvələrin inkişafı və yerləşdiril- məsinə
dair baş planlar tərtib olunub həyata keçirilirdi. Müstəqil respublikada hələlik bu
problemin həllinə bir o qədər
fikir veri
lm
ir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi bu problemlərin həllində mühüm rol oynayır.
Məlumdur ki, indiki şəraitdə, hətta yaxın gələcəkdə belə, ərazi fərqləri aradan
qaldırmaqla «bərabərləşdirmə» problemini həll etmək mümkün deyildir. Bazar
iqtisadiyyatı şəraitində regional «bərabər- ləşdirmə»ni həyata keçirməyin müxtəhf
yolları mövcuddur. Bunların arasında əhali və büdcə «bərabərləşdirilməsi» də
mühüm rol oynayır. Birincidə sosial xidmətlərin ödənilməsi müəyyən qədər
əhalinin üzərinə qoyulursa, ikincidə büdcə bərabərləşdirilməsinə, yəni regionların
büdcələri
nin
qanunauyğun şəkildə bərabərləşdirilməsi yolu ilə əhalinin gəhrlərinin
müəyyən hissəsi büdcə hesabına həyata keçirillir və bununla da sosial inkişafın
ərazi fərqlərini nisbətən aradan qaldırmaq olur. Lakin hələlik Azərbaycan
Respublikasında bunların heç birini həyata keçirmək mümkün deyildir. Dağlıq
rayonların və ekstremal ərazilərdəki kəndlərdə müəl
lim
, həkim, orta tibb işçilərinin
çatışmazlığı problemini həll etmək üçün bu stimullaşdırıcı vasitə ola bilər.
istiqamətlərini ölçüb- müəyyən etməyə, nə də alı
n
an nəticələri dəqiq
qiymətləndirməyə imkan vermir. Belə nəticəyə gəhnək olar ki, regional vəziyyətin
qiymətləndirilməsinə qənaət, «yardım» resurslarından qeyri-səmərəh istifadə
etməyə kömək edəcəkdir.
Regionların vəziyyətinin özünəməxsus qiymətini ahnaq üçün daha tipik
sistem, qiymətləndirmə məcmun tələb olunur; bütün əhah qruplarının həyat
səviyyəsi və onun keyfiyyəti, ərazinin iqtisadi po- tensilanm bütün tərkib
elementləri; onun təbii resurs potensiah (o cümlədən, dəyər ifadəsində); ərazinin
maliyyə vəziyyəti, böhran, fövqəladə və başqa oxşar vəziyyətlər və s.
Qeyd etmək lazımdır ki, bu «sistemli qiymətləndirmələrin» hər birinə
yuxarıda qeyd etdiyimiz ərazi inkişafın mahiyyət parametləri daxil olmalıdır.
Məsələn, həyat səviyyəsini və onun keyfiyyətini qiymətləndirən zaman mütləq
doğumu və uşaq ölümünü, yaşama müddətini, əhalinin iqtisadi aktiv və sosial
qəyyumluğun xüsusi çəkisini, daimi əhalinin xüsusi çəkisini və miqyasiyanın
göstəricilərini, əhalinin öz sosial xidmətlərinin dəyərinin ödənilməsi nisbətlərini,
əhalinin müxtəlif mallara (xüsusilə ərzaq) və xidmətlərə tələbatının öz hesabına
ödənilməsinin xüsusi çəkisi və s. nəzərə ahnaq laz
ım
dır.
«Bərabərləşdirmə» siyasəti öz
nəticələrinə təminat vermir, bir qayda olaraq o,
uzun müddətdən sonra özünü göstərir. Keçid dövrünün və o dövrün
«bərabərləşdirmə» siyasətinin bütün illəri ərazi fərqlərinin güclənməsi illəri
olmuşdur. Regionların sosial-iqtisadi inkişafı yüzillikdə nəinki azalacaq, əksinə, iki
dəfə artacaqdır.
Ərazi inkişafının dövlət tənzimlənməsi bu və ya digər formalarda ilk
dövlətlərin yarandığı vaxtdan başlanır. Lakin XIX əsrin sonuna kimi bu
tənzimlə
n
mənin bir qismi daha çox, müəyyən qədər yardımı və ya səhlənkarlığı ilə
əlaqədar əhalinin özü tərəfindən həyata keçirilirdi.
Bu «özünü tənzimlə
n
mənin)) birinci və başlıca hərəkətverici qüvvəsi əhalinin
sosial birliyidir: insanlar özləri daha yazşı yerlərə köçərək «pis)) ərazilərdə sosial
yükü azaldırlar.
Buna klassik misal ABŞ sayılır ki, onun özünəməxsus özünüin- kişaf
simvolu
qaçqınlar olmuşdur. Bu ənənə indiyə qədər öz mahiyyətini itirməmişdir, ABŞ
əhalisinin Siyahıyaahna Bürosunun XIX əsrin 80-ci illərindəki məlumatlarına görə
orta hesabla bir amerikalı ömrü boyu iki dəfə bir yerdən başqa yerə köçmüş,
əhalinin 17 faizi isə hər il yeni evlərdə məskunlaşrmşdır.
Ərazi uyğunsuzluqlarm özünü tə
nz
i
ml
ənməsinin digər vacib tərkib elementi
hökumət tərəfindən depressiv ərazilərə kapital axınım yaratmaqdır.
Nisbətən ucuz işçi qüvvəsini cəlb etmək və müxtəlif güzəştlər tətbiq etmək
yolu ilə bəzən xüsusi kapital pis əraziləri və ya onların iqtisadiyyatını yenidən
qurmağa müvəffəq ohnuşdur.
Müasir dövrdə sosial mobilhk a
mili
öz əhəmiyyətini itirib. Əhalinin xeyli
hissəsi depressiv rayonlardan köçmək üçün maliyyə imka-
nın
a
malik deyil, bundan
başqa heç bir rayonda onları zəruri işçi qüvvəsi kimi gözləmirlər. Depressiv
ərazilərə investisiya axını da az ehtimal olunur. Bu ərazilərdə tənəzzül təsadüf
deyil, investor öz kapi- tahmn tez dövr edəcəyi sfera tapmasa, o da müəyyən
problemlərlə üzləşəcəkdir.
Deməh, belə qənaətə gəhnək olar ki, yalmz dövlətin birbaşa və ya ardıcıl
tə
nz
i
ml
əmə siyasəti ilə ərazi bərabərləşdirməsini səmərəh həyata keçirmək olar.
Bunun üçün dövlətin birbaşa qoyuluşları vacib deyildir, lakin dəqiq təşkilati-
hüquqi sistem ki
mi
fəaliyyət göstərən və müvafiq prinsiplərə uyğun hərəkət edən
tə
nziml
əmə mütləq lazımdır. Bu tə
nziml
əmə
nin
məzmunu, onun modeh və baza
prinsipləri aşağıda şərh edilir.
Dostları ilə paylaş: