Dağlıq Şirvan iqtisadi rayonu. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv.
km olmaqla ölkə ərazisinin 7%-ni təşkil edir və Aran, Şəki-Zaqatala, Quba-
Xaçmaz və Abşeron regionları ilə həmsərhəddir. Regionun əhalisinin ümumi sayı
258,5 min nəfər olmaqla respublika əhalisinin 3,2%-ni təşkil edir. Başqa
regionlarla müqayisədə Dağlıq Şirvamn əhalisi az olmaqla sıxlığı hər kv. km 43
nəfər təşkil edir. Aran iqtisadi rayonundan fərqli olaraq bu regionun ərazisi dağlıq
və düzənlik ərazilərə bölünür.