Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə15/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   11   12   13   14   15   16   17   18   ...   90
YourFileName

Quba-Xaçmaz iqtisadi rayonu.
 
Region Azərbaycanın şimal-şərq hissəsində 
yerləşir,  Rusiya  Federasiyası,  Şəki-Zaqatala,  Dağlıq  Şirvan,  Abşeron  iqtisadi 
rayonları ilə həmsərhəddir. Təqribən, 200 km-ə qədər ərazi Xəzər dəniz sahilidir. 
Regionun  ümumi  sahəsi  6,96  kv  km  olmaqla  ölkə  ərazisinin  8,8%-ni,  əhalisi  isə 
453,1  min  nəfər  olmaqla  ölkə  əhalisinin  5,6%-ni  təşkil  edir.  Bunun  32%-i 
şəhərlərdə, 68%-i isə kənd yaşayış məntəqələrində yaşayır. 
Quba-Xaçmaz regionunun əsas təbii sərvətləri təbii qaz-neft, yanar şist, qum, 
çınqıl  və  gildir.  Bu  sərvətlərdən  istifadə  etməklə  fəaliyyət  göstərən  ağır  sənaye 
sahəsinə  Siyəzənin  neft-qaz  hasilatı,  Quba  elektrotexnika  zavodu.  Xaçmaz  qara 
metal qırıntıları emah sexi daxildir. 
Quba-Xaçmaz  iqtisadi  rayonunun  iqtisadiyyatında  aqrar-sənaye  kompleksi, 
xüsusən kənd təsərrüfatı aparıcı yer tutur. Regionun kənd təsərrüfatında əsas yeri 
tərəvəz  və  meyvə  istehsalı  tutur.  Respublikada  istehsal  olunan  meyvə  və 
giləmeyvənin 27%-dən çoxu, tərəvəzin 20%-ə qədəri, taxılın 9%-ə qədəri, üzümün 
10%-ə  qədəri  bu  regionda  istehsal  olunur.  Heyvandarlığın  inkişafına  görə  də 
seçilir.  Belə  ki,  respublikada  istehsal  olunan  ətin  7%-dən  çoxu,  südün  10%-ə 
qədəri, yumurtanın 7%-ə qədəri bu regionda istehsal olunur. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin