Gəncə-Qazax regionu. Gəncə-Qazax regionu Ağstafa, Daşkəsən, Gədəbəy,
Göranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarını və Gəncə şəhərini
birləşdirir. Regionun əhalisi 1103,3 min nəfərdən artıq olub, respublika əhalisinin
13,6%-ni təşkil edir. İqtisadi əhəmiyyətinə görə region Abşerondan sonra
respublikada ikinci yer tutur. Azərbaycanın sənaye məhsulunun 13-14%-i burada
istehsal olunur.
Gəncə-Daşkəsən ərazisində qara və əlvan metallurgiya sahələrinin ilkin
mərhələləri, digər yerlərdə isə yüngül və yeyinti sənayesi inkişaf etmişdir.
Daşkəsən dəmir fihzi saflaşdırıldıqdan sonra emal üçün Gürcüstana Rustavi
metallurgiya zavoduna göndərilirdi. Zəylikdən çıxarılan alunit xa
mm
alı əsasında
Gəncə gil-torpaq zavodu fəaliyyət göstərir. Zavodun istehsal etdiyi aliminium
oksidindən Sumqayıtda alü
min
ium metah və müxtəlif məmulatlar hazırlanır.
Burada həmçinin sulfat turşusu, sulfat duzu, kahum gübrələri də istehsal olunur.
Gəncə-Qazax iqtisadi rayonu həm də respubhkanın mühüm kənd təsərrüfatı
regionudur. Respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları
n
ı
n
14-16%-i,
o cümlədən kartofun 55,0%-dən çoxu, üzümün 18,0%-dən çoxu, kəsilmiş çəkidə
ətin 33,0%-dən çoxu, südün 12%-dən çoxu bu regionun payına düşür.
Regionun özünəməxsus xüsusiyyətlərindən biri də burada güclü ehni-texniki
potensiahn mövcudluğudur. Orada 3 ah məktəb (Kənd Təsərrüfatı Akademiyası,
Pedaqoji və Texnoloji universitetlər), 8 orta ixtisas məktəbi, xüsusi təhsil ocaqları
ilə yanaşı MiUi Elmlər Akademiyasının filialı, elmi-tədqiqat müəssisələri,
Qazaxda Gəncə Kənd Təsərrüfatı Akademiyasının filialı və başqa təhsil
müəssisələri mövcuddur.