4.Rayonlaşmanın xarici təcrübəsi və Azərbaycanda rayonlaşmanın inkişafı
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu işini
yeniləşdirməyə və idarəetmə sistemini təkmilləşdirməyə başlamışdır. Bu işdə
inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə olunur. İdarəçilik sisteminin
qurulmasında, müxtəlif səpkih qanunların və qanunvericihk aktlarının
hazırlanmasında xarici təcrübəyə istinad edildiyini nəzərə alsaq görərik ki, ölkə
daxili qurumların yaradılması və idarəedilməsinin təşkili üçün də xarici ölkələrin
təcrübəsindən istifadə olunması zəruridir.
1. Müasir dövrdə iqtisadi və sosial inkişafın regional aspektləri dövlətin əsas
qayğısı olmuşdur.
2.Regional aspektlərlə bağlı digər istiqamətlər də inkişaf edir. Məsələn, ayrı-
ayrı rayonların inkişafının proqnozlaşdırılması.
3. Regional tədqiqatlarda iqtisadi-riyazi modellərin tətbiqi.
Xarici ədəbiyyatda «rayon» anlayışının 40-a yaxın şərhi var idi. Lakin hind
coğrafiyaşünası P.Varmanm dediyi kimi «onlarm əsasında heç bir tutarlı tərif
formalaşdırmaq mümkün deyildir».
Son illərdə xarici ölkələrdə «rayon» anlayışına yanaşma sahəsində xeyli
təkamül edilmişdir. Bu zaman rayon anlayışının şərhində əsas yer subyetivizmə
verilir. Regional planlaşdırma ideyası və praktikasının yayılması ilə rayon və
rayonlaşma öz «qeyri-müəyyənliyini» itirir və tədqiqatların əsas istiqamətlərindən
birinə çevrilir.
Rayon nəzəriyyəsində daha çox diqqət rayonun iqtisadi-coğrafi nüvəsi kimi
aşağıdakı obyektiv başlanğıca verilir: müəyyən bir ərazi üçün iqtisadi cazibə
mərkəzi olan şəhər, aqlomeraisya və s.
Qərbdə ən geniş yayılmış ideyalardan biri ondan ibarətdir ki, rayon
nəzəriyyəsi qarşıya qoyulan məqsəddən asılı olaraq dəyişə bilər. Bu baxımdan
rayon regional təhlilə xidmət edən alətdir. Regional planlaşdırmaya isə rayona
idarəetmə aləti kimi baxılır.
Təcrübə göstərir ki, əksər dövlətlərdə rayonlaşma ölkənin ərazisini iki, bir-
birinə əks, inkar edən rayonlara bölgüsü ilə eyniləşdirilir: inkişaf problemləri olan
və olmayan. Belə ki, İngiltərədə daha çox işsiz olan rayonlar «depressiv»ı,
Almaniyada ən aşağı iqtisadi artım templəri və çox işsiz olan rayonlar «fəlakət»
rayonları adlandırılır. Bu rayonlarda məhsuldar qüvvələrin nizamsız
yerləşdirilməsi nəticəsində ölkənin quruluşu üçün təhlükə yaradan sosial-iqtisadi
ziddiyyətlər meydana gəlir. Alman iqtisadçısı E.Ditrix yeni termi
n
daxil etmişdir
problem rayon. Bu termin Qərb ölkələrinin rayonlaşmaya münasibətini açıq
göstərir: əvvəlcə ərazi problemləri yaranır, sonra bu rayonlar daha ciddi vəziyyətə
düşür.
İnzibati indiyə kimi regional planlaşdırma üçün ərazisinin parçalanmasının ən
geniş yayılmış növüdür. Mahiyyəti ondan ibarətdir ki, heç bir yeni rayon
yaradılmır, mövcud inzibati ərazi bölgüsündən istifadə edilir. Bir çox ölkələrdə
regionlaşma hələ də bu mərhələdədir. Buna səbəb bir çox inzibati ərazi vahidləri
daxili iqtisadi vahidliyin elementlərini daşıyır: inzibati mərkəz bu, adətən əyalətin
iri şəhəri, nəqliyyat qovşağı və ya infrastrukturun nüvəsidir. Bundan başqa inzibati
ərazi bölgüsü dövlət mexanizminin bir hissəsidir ki, onun vasitəsilə bir çox dövlət
tədbirləri və xidmətləri həyata keçirilir. Məsələn, idarəetmə, vergi yığılması, təhsil,
səhiyyə
n
i
n
, statistika xidmətinin maliyyələşdirilməsi və s.
2.Plan (proqram) rayonlaşma, yəni regional planlaşdırma üçün inzibati ərazi
bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır. Çox vaxt bir neçə inzibati rayon
bir plan rayonunda birləşdirihr. Belə növ rayonlar İngiltərədə, Fransada, ABŞ-da (9
statistik rayon) mövcuddur. Plan rayonlara bir neçə inzibati rayounun daxil
edihnəsi rayonlaşmanın ikitərəfli xarakterindən doğan ziddiyyətləri aradan
qaldırmağa imkan verir.
3.İqtisadi rayonlaşma - şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və
onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz
olu
nm
asıdır. Bu proses keçmiş sosialist ölkələrində geniş yayılmışdı.
4.İndikativ rayonlaşma - rayonlaşmanın müəyyən bir növü k
imi
nə iqtisadi, nə
də sosial-siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur. Belə ölkələrdə regional
planlaşdırma hələ ilk addımlarını atır və rayonlar yox, onların potensial nüvələri və
ya ehtimal edilən inkişaf zonaları seçilir. Məsələn, Efiopiya.
Çox zaman ətraf rayonlarla birlikdə şəhər və ya ayrı-ayrı sənaye, irriqasiya
layihələrinin həyata keçirildiyi zonalar götürülür, indikativ rayonlaşmaya inkişaf
etmiş ölkələrdə də təsadüf edilir. Bu, əsasən yeni mə
nim
sə
n
ilən rayonların inkişaf
zonaları kimi təzahür edir.
Böyük Britaniya 4 tarixi-coğrafi vilayətdən ibarətdir. Bu inzibati ərazi vahidlərin
yerli idarə orqanları vardır. Bu orqan seçkili Şura hesab olunur. İrlandiyaya
məhdud muxtariyyat verilmişdir.
Böyük Britaniyada müxtəlif təşkilatlar tərəfindən xüsusi təyinatı olan rayon
şəbəkələri yaradılmışdır aqronomik xidmət orqanları, kömür, elektrik enerjisi
sənayesini idarə etmək üçün rayonlar və s. Bəzi coğrafiyaşünaslar tərəfindən təklif
olunan rayonlar toru da mövcuddur. Onlardan ən məşhuru S.Fauset tərəfindən
hazırlanmışdır. Bu rayonlaşmanın əsasında ölkə ərazisinin əyalətlərə bölgüsü
dururdu ki, onların sərhədləri iri şəhərlərin təsir sferaları ilə müəyyən olunur.
E.Teylor və Qilbertin təklif etdiyi rayonlaşmada isə rayonların sərhədləri
ölkənin qraflıqlara bölgüsü nəzərə alınmadan müəyyənləşdirilirdi. Qilbert standart
rayonlar torunu təklif etmişdir. Onun rayonlarının sərhədləri standartlarla üst-üstə
düşmədikdə, onlar qraflıq- larm sərhədlərilə keçirilirdi.
Bütövlükdə ehni əsaslandırılmış iqtisadi rayonlaşmaya Britaniyada az yer
ayrılmışdır, mütəxəssislərin böyük əksəriyyəti onların mövcudluğunun
obyektivliyini inkar edir.
Müasir dövrdə Böyük Britaniya ərazisində 11 iqtisadi rayon fərqləndirilir.
Bu iqtisadi rayonları istehsal və ərazi strukturuna, məhsuldar qüvvələrin
inkişaf səviyyəsinə görə 3 qrupda birləşdirmək olar:
>
Daha sürətlə inkişaf edən iqtisadi rayonlar;
>
Depressiv iqtisadi rayonlar;
>
İqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar.
Belçikanın vahid iqtisadi rayonlara bölgüsü mövcud deyildi. Kiçik və
özünəməxsus landşaft Belçikanın əsas xüsusiyyətlərindəndir. Ona görə coğrafi
ədəbiyyatda kiçik ərazi vahidlərinə dair işlər üstünlük təşkil edir. İnzibati cəhətdən
Belçika 9 əyalətdən ibarətdir. Hər əyalətin əhalisi əyalət şurasım seçir. İcraedici
orqan qubernatorun başçılıq etdiyi daimi deputatlar heyətidir. Əyalətlərdə ko
mm
u-
nalar fəaliyyət göstərir. Kommunalarda Kommuna Şurası seçihr. İcraedici orqan
qallar Kollegiyasıdır.
Kənd təsərrüfatının ixtisaslaşması, əhahnin urbanizasiyası və sıxlığı, təbii
şərait, tarixi inkişafın xüsusiyyətləri də amil ki
mi
çıxış edə bilər. Bu baxı
m
dan
ölkənin ərazisini 6 iqtisadi rayona ayırmaq olar:
1.
Brüssel -Antverpen;
2.
Mərkəzi Belçika;
3.
Şimal-Qərbi Belçika;
4.
Şimal-Şərqi Belçika;
5.
Sambri və Maaşa çayları vadisi;
6.
Cənubi Belçika.
Fransa ciddi təzadlar ölkəsidir. Bu iqtisadiyyatda da özünü büruzə verir.
Ölkənin ayrı-ayrı rayonları inkişaf səviyyələrinə görə kəskin fərqlənir.
İqtisadçıların bir qismi rayonların aşağı inkişaf səviyyəsini təbii ehtiyatların azlığı,
digər qismi əhalinin psixikası ilə bağlayırlar. Lakin buna səbəb təsərrüfatın
nizamsız inkişafıdır. Nəticədə rayonların bir qismi məcmu ictimai, tarixi və sosial
iqtisadi şərait əsasında xeyli inkişaf etmişdir.
Ölkənin regional inkişafının tələbləri üçün 21 «proqram rayon» yaradılıb: bu
rayonlar 8 «inkişaf zonasmda» birləşdirilib ki, onlar da 3 «makroregion» əmələ
gətirir Qərb, Şərq və Paris rayonu. Bundan başqa 1 «unikal» rayon vardır - ölkənin
cənubunda tikilən Fos sənaye kompleksi.
Bu orqanlar vergi vəsaitinin toplanması, sosial-iqtisadi tədbirlərin həyata
keçirilməsi ilə məşğuldur.
Avstraliya İttifaqı da 6 ştatdan ibarət olub, ərazisi ABŞ və Ka nadada olduğu kimi
düz xətlə bölünmüşdür. Burada da ştatların öz konstitusiyaları, hakimiyyət və idarə
orqanları vardır. Onlar dominion (İngiltərə imperiyasına daxil olan və ondan asılı
olan dövlət) hüququnda Millətlər Birliyinin tərkibinə daxildirlər.
Avstriya 9 federal əraziyə bölünmüşdür. Hər ərazinin öz konstitusiyası və
parlamenti (landtaq) vardır. Hər ərazidə seçkili orqanları olan yerli və vilayət
icmaları mövcuddur.
Almaniya Federativ Respublikası 16 federal əyalətdən ibarətdir. Almaniya
landtaqlara bölünmüş, hər birinin müstəqil konstitusiyası və hökuməti vardır.
Landtaqlar mahallara bölünmüş, onahn prezidentləri ərazi hökumətlərini təyin edir
və onlar mahalda bütün bələdiyyə orqanlarına nəzarət edirlər. Yerli özünüidarə
orqanlarını - qəza və icma şuralarını əhali seçir.
Birləşmiş Ərəb Respublikası 7 əmirlikdən ibarətdir. Ah qanunverici orqan
əmirliyin Ali Şurasıdır. Yerli özünüidarənin səlahiyyət və hüquqları
qanunvericiliklə müəyyən edilmişdir.
İspaniya inzibati cəhətdən 17 muxtar vilayətə, 50 əyalətə bölünür. Bunlarda
da seçkili yerh özünüidarə orqanları vardır.
Yaponiya inzibati cəhətdən 47 perifekturaya bölünür. Perifek- turalarda yerli
idarəçiliyi seçkili perfektura məchsi həyata keçirir.
Norveç inzibati cəhətdən 20 fülkəyə bölünür. Onların hər birinin seçkili yerli
özünüidarə orqam vardır.
İtaliya 20 vilayətə bölünür, 5 vilayət xüsusi statusa ma
li
kdir. Bunların
məhdud qanunvericilik səlahiyyətlərə malik parlamentləri, vilayət şuraları və
hökumətləri (cuntalar) vardır.
Türkiyə Respublikası inzibati-coğrafi cəhətdən 7 bələdiyyə və 81 ilə
(vilayətə) bölünür. Respublika Konstitusiyası əsasında müəyyən olunmuş hüquq və
səlahiyyətləri vardır.
Müxtəlif ölkələrin regional idarəetmə sistemləri
n
i
n
təhhh və eyni zamanda
keçmiş SSRİ-nin tərkibində olmuş, hazırda müstəqil dövlətlər kimi fəaliyyət
göstərən ölkələrin yeni şəraitdə idarəetmənin təşkilinin tədqiqi göstərir ki, ərazi
tə
nziml
əmə zəruridir və hər bir ölkənin ərazi bütövlüyünü saxlamaq və hər bir
dövlətin konstitusiyasını əsas götürməklə, yerli səlahiyyətlərə ma
li
k ərazi bölgüsü
aparılmalıdır. Rusiyada müxtəlif pillələrdə bu proses həyata keçir. Eyni vəziyyət
Qazaxıstanda, Belarusda, Ukraynada da müşahidə olunur.
Bu dövlətlərin inzibati-idarə vəziyyətini xarakterizə etmək zəruriyyəti onunla
əlaqədardır ki, Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qanunlar
və qanunvericilik aktları Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasına (Xs
122, Strasburq, 15.10.1985) və bu barədə digər parlamentlərarası hüquqi aktlara,
Avropa Şurasının üzvü olan bir çox ölkələrin yerli özünüidarəetməyə dair
qanunvericilik aktlarına və təcrübəsinə, MDB iştirakçısı olan dövlətlərin
parlamentlərarası Assambleyasının «Dövlət quruculuğu və yerli özünüidarəetmə
təcrübəsinin öyrənilməsi» üzrə daimi komissiyasında qəbul olunmuş «Yerli
özünüidarəetmənin ümumi prinsipləri haqqmda» model qanunvericiliyi aktına
(11.02.97) və s. əsaslanmışdır.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişaf perspektivlərini dərindən
tədqiq etmək üçün onun ərazilərinin (regionlarının) faktiki vəziyyətini müxtəlif
dövrlər üzrə araşdırmağı məqsədəuyğun hesab edirik. Belə ki, tarixən
Azərbaycanda bir-birindən kəskin fərqlənən idarəetmə formaları, istehsal
sahələrinin inkişaf istiqamətləri olmuşdur (feodal pərakəndəlik, xanlıqlar,
Rusiyanın tərkibində olanda, SSRİ-nin tərkibində olanda və s.). Bu dövrlərdə
ərazilərin inkişafında olan müsbət cəhətlər bilavasitə Azərbaycan xalqının
işgüzarlığı, əməksevərliyi, vətəninə bağlılığı, habelə yerli torpaq iqhm şəraitinin
yaxşı bilmələri ilə əlaqədar olmuşdur. Bunlarla yanaşı respublikamn ərazisində 9
təbii-iqlim zonasının olması da tədqiqatın belə aparılmasını zəruri edir.
Məlumdur ki, iqtisadi rayonlaşdırmamn əsasını i
nz
ibati-ərazi bölgüsü təşkil
edir. Qeyd etmək lazımdır ki, inqilaba qədər Rusiyanın ərazisində (Azərbaycan da
onun tərkibində idi) iqtisadi rayonlaşdırma aparmaq üçün cəhdlər göstərilmişdir,
ilk nəşrlər ölkənin ayrı- ayrı ərazilərində təsərrüfat fərqlərini aşkara çıxarmağa
kömək etmişdi. Bu dövrdə ölkənin əsasım başhca olaraq kənd təsərrüfatı təşkil
etdiyinə görə rayonlaşdırma da iqlim və başqa zonal təbii fərqlərə əsaslanmışdı.
Rusiyada kapitahzmin inkişafı dövründə əməyin ərazi bölgüsünün güclənməsilə
əlaqədar sənaye ilə kənd təsərrüfatı, nəqliyyat statistikası məlumatları əsasında
işləri dərinləşdirmək tələb olunurdu.
1921-ci ildə SSRİ Dövlət Plan Komitəsi rayonlaşdırma layihəsini işləyib
hazırladı. Həmin layihəyə müvafiq olaraq Azərbaycanda da bu istiqamətdə iş
aparılmağa başlandı, görkəmli alimlərdən ibarət xüsusi komissiya yaradıldı.
Azərbaycan Respublikasının planlı rayonlaşdırılması prosesi 20-ci illərin
ortalarından başlanmışdı.
Respubhkanm iqtisadi, sosial və mədəni həyatında baş vermiş dəyişiklikləri,
sənayenin, kənd təsərrüfatının, nəqhyyatm, təbii var- hğm, rayonlararası və
rayonlardaxili iqtisadi əlaqələrin inkişafı və həmçinin demoqrafik xüsusiyyətləri
nəzərə almaqla Azərbaycan Respublikası Elmlər Akademiyası və Azərbaycan
Dövlət Universiteti ahmləri 1950-ci ildə Azərbaycan Respublikasmn ərazisini 10
iqtisadi rayona: Abşeron-Qobustan, Kirovabad-Dəşkəsən, Kür-Araz, Lənkəran-
Astara, Şəki-Zaqatala, Quba-Xaçmaz, Naxçıvan MR, DQMB, Kəlbəcər-Laçın,
Şirvan regionlarına bölməyi təklif etdi, hökumət bunu bəyəndi.
Bakı şəhərində sənaye müəssisələrinin bərpası (müharibə illərində profil
dəyişilmişdi), Sumqayıt şəhərinin sənaye müəssisələrinin tikintisinin başlanması
ilə əlaqədar Abşeron regionunun sənaye rayonu kimi seçilməsi. Daşkəsən filizinin
mə
nims
əni
lm
əsi və Rustaviyə (Gürcüstan) istiqamətləndirilməsi və başqa amilləri,
ayrı-ayrı ərazilərin inkişaf perspektivlərini nəzərə alaraq 1954-cü ildə prof.
H.B.Əliyevin təklifi ilə Azərbaycan ərazisi 10 iqtisadi rayona bölündü: Abşeron,
Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Kür-Araz, Şəki-Zaqatala, Kirovabad-Qazax,
Kəlbəcər-Qubath, Naxçıvan MR və DQMB.
Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca istiqamətləri İlham
Əliyev cənablarına gərək oldu. O, bu strateji xəttin mahiyyətini mənimsədi, onu
yeni keyfiyyət halı
n
a yüksəltmək, onun reallaşmasına dinamizm gətirmək, sosial-
iqtisadi inkişafı sürətləndirmək yolları və üsullarım müəyyən etməli oldu.
Ölkə Prezidenti regionların sosial-iqtisadi inkişafını sürətləndirməyi, Bakı
zonası ilə respublikanın digər regionlarının inkişafındakı fərqləri aradan qaldırmağı
dövlətin prioritet vəzifələrindən biri hesab etdi. Əlbəttə, bu fərqlər tarixən
yaranmış və onların bir çoxu indi də qalmaqdadır.
Lakin Azərbaycan Respublikası müstəqil dövlət kimi fəaliyyətə başlayandan
2003-cü ilin sonuna qədər regional inkişaf probleminə fikir verilməmişdir. Bəzi
dövlət və hökumət sənədlərində «region» adı işlənsə də rayonlaşma
aparılmamışdır. İqtisadi islahatların ləng getməsinin əsas səbəbi də budur, ona görə
də iqtisadi sistemi dəyişdirmək lazım idi.
Vəziyyəti nəzərə alaraq 2003-cü ilin axırlarında Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişaf konsepsiyasının
hazırlanması haqqında Sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq
Respublika Nazirlər Kabineti 2004- 2008-ci illərdə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramının layihəsini işləyib hazırladı
və 2004-cü ilin fevral ayında Prezident onu təsdiq etdi.
Bu proqramda Azərbaycan Respublikası ərazisinin 10 iqtisadi rayona
bölünməsi və Bakı şəhərinin respublikanın paytaxtı olaraq müstəqil inzibati vahid
kimi saxlanması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bu proqram bir neçə variantda işlənib hazırlanmışdır.
Bir variantda 6 rayon, digərində 9 rayon və iki variantda müxtəlif rayon
birləşmələri şəklində 10 rayondan ibarət region bölgüləri təklif olunmuşdu.
Onlardan biri Prezidentə təqdim olundu və beş ildir ki, həmin proqram həyata
keçirilir. Hə
m
i
n
bölgü aşağıdakı rayonları birləşdirir:
1.
Abşeron iqtisadi rayonu: Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri;
2.
Gəncə-Qazax iqtisadi rayonu: Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy,
Göy-Göl (keçmiş Xanlar), Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və
Naftalan şəhərləri;
3.
Şəki-Zaqatala iqtisadi rayonu: Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki
rayonları;
4.
Lənkəran iqtisadi rayonu: Astara, Cəlilabad, Lerik, Yardımlı, Lənkəran
rayonları;
5.
Quba-Xaçmaz iqtisadi rayonu: Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən
rayonları;
6.Aran iqtisadi rayonu: Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar,
Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar,
Zərdab rayonları, Şirvan (keçmiş Əli Bay- ramlı). Mingəçevir, Yevlax şəhərləri.
7. Yuxarı Qarabağ iqtisadi rayonu: Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa,
Cəbrayıl, Fizuh rayonları, Xankəndi şəhəri.
8.Kəlbəcər-Laçın iqtisadi rayonu: Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı
rayonları.
9.Dağlıq Şirvan iqtisadi rayonu: Ağsu, İsmayıllı, Qobustan, Şamaxı
rayonları.
10.Naxçıvan iqtisadi rayonu: Naxçıvan şəhəri, Babək, Cülfa, Ordubad,
Sədərək, Şahbuz, Şərur rayonları.
Dostları ilə paylaş: |