Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


 İqtisadi rayon anlayışı.Rayonlaşmanın zəruriliyi və amilləri



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə9/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   5   6   7   8   9   10   11   12   ...   90
YourFileName

1.3 İqtisadi rayon anlayışı.Rayonlaşmanın zəruriliyi və amilləri 
         
           İqtisadi  rayon  siyasi,  iqtisadi,  sahə  iqtisadiyyatı,  regional  iqtisadiyyat, 
sosial-iqtisadi  coğrafiya,  sosiologiya  və  s.  ictimai  elmlərin  anlayışlar  sistemində 
vacib  iqtisadi  kateqoriyadır.İqtisadi  rayon  xalq  təsərrüfatı
nın
  inkişafının 

nziml
ənməsi və idarə edilməsinin  əsas obyektidir. İqtisadi rayon dedikdə elə bir 
region  başa  düşülür  ki,  onun  ərazisində  ictimai  istehsa
lın
  eyni  element  və 
komponentləri  yerləşsin  və  inkişaf  etsin.  Bu  və  ya  digər  ərazinin  iqtisadi  inkişafı 
ilə bağh şərait və münasibətlər, iqtisadi rayonun əsas, lakin yeganə tərkibi deyildir. 
İctimai inkişaf qanunlarımn dərk edilməsi prosesi nəticəsində bizim iqtisadi rayon 
haqqında bildiklərimiz daha da dərinləşir. Bu da bizə əsas verir ki, iqtisadi rayon 
terminini kö
hn
ə
lm
iş hesab etməyək. 
         Rayon  və  region  anlayışları  prinsipcə  eynidir.  Lakin  ehni  ədəbiyyatda 
region anlayışının müxtəlif şərtləri olduğu üçün, iqtisadi rayon termini altında şərti 
olaraq  müəyyən  dərəcəli  vahid  rayon  sistemi  başa  düşülür.  Məsələn,  iri  iqtisadi 
rayon  və  ya  vilayət  dərəcəli  iqtisadi  rayon.  Region  te
rmini
  ilə  ölkə  və  ya  dünya 
ərazisinin  hər  hansı  bir  əlamətə  görə  fərqləndirilən  hissəsi  başa  düşülür.  Bu 
əlamətlər  iqtisadiyyata  və  ya  sosial-iqtisadi  münasibətlərə  aid  olmaya  da  bilər. 
Region sözü müəyyən rayonların taksonamik siste
mi
ndə yeri müəyyən olunmayan 
ərazilər üçün tətbiq oluna bilər. 
Keçmiş  sovet  sosial-iqtisadi  rayonlogiya  məktəbinin  mühüm  metodoloji 
mövqeyi  -  iqtisadi  rayonların  obyektiv  reaUığımn  tanınmasıdır.  İstənilən  iqtisadi 


  
rayonun  obyektiv  təməli  ümumi  ərazidə  yerləşən  ictimai  istehsal  elementləri
nin
 
fu
nk
sional  qarşıhqh  fəahyyəti  əsasında  yaranan  bütövlükdür.  Belə  bir  mövqeyə 
qarşı  inkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrin  regional  elminə  xarakterik  olan 
subyek-  tivlik  konsepsiyası  durur.  Bu  cərəyanın  nümayəndələri  hesab  edirlər  ki, 
iqtisadi rayonlar bütöv qurumlar yox «zehni konstruksiya» ki
mi 
formalaşır. 
İqtisadi rayonların obyektiv reallıq kimi qəbul olunması rayonlaşma zamanı 
subyektiv  və  obyektiv  nisbətlər  problemini  həll  etmir.  İqtisadi  rayonların 
yaranması
n
ı
n
 obyektiv əsası ictimai əmək bölgüsüdür. 
Rayon  əmələgəlməni  sxematik  olaraq  zəncirvari  əlaqə  kimi  göstərmək  olar: 
ictimai  əmək  bölgüsü  ixtisaslaşmış  ərazilərin,  mülkiyyətin  müxtəlif  forma  və 
növləri
n
i
n
 yaranması - iqtisadi rayonların (inkişaf etmiş və proporsional təsərrüfat 
strukturlu)  plan  üzrə  formalaşdırılması.  İnsanların  coğrafi  mühitlə  qarşılıqlı 
münasibətlərini  müəyyən  edən təsərrüfat fəaliyyəti  nəticəsində  daha  yüksək ərazi 
vahidləri coğrafi sistem yaranır. 
Eyni zamanda «iqtisadi rayon» kateqoriyası insanlar tərəfindən yaradılan və 
rayonların  gerçəklik  kimi  daha  dərindən  dərk  edilməsi  nəticəsində  təkmilləşən 
zehni konstruksiyadır. Burada iqtisadi rayonlaşmanın subyektiv tərəfindən söhbət 
gedir.  Bu  da  insanlar  tərəfindən  bu  və  ya  digər  dərəcədə  iqtisadi  rayonların 
mövcudluğunun obyektivliyinin formalaşması və inkişafının qanunauyğunluğunun 
dərk  edilməsində  əks  olunur.  İqtisadi  rayon  nə  qədər  çox  dərk  edilibsə, o, icti
m
ai 
inkişaf  praktikasında  bir  o  qədər  səmərəli  istifadə  edilə  bilər.  Subyektiv  və 
subyektivlik  anlayışları  bir-birindən  kəskin  fərqlənir,  onları  qarışdırmaq  ohnaz. 
Subyektivliyin  tərəfdarları  iqtisadi  rayonları  gerçəklik  ki
mi
  birbaşa  inkar  edir, 
onları  zehni  konstruksiya  və  ya  konkret  coğrafi  şəraitdən,  ictimai  inkişaf 
qanunlarından  təcrid  olunmuş  məkan  kimi  başa  düşürlər.  Şübhə  yoxdur  ki, 
rayonların  inkişaf  qanunauyğunluqları  və  xassələrini  dərk  etmək  mümkündür. 
Lakin  hər  bir  müəyyən  tarixi  zaman  kəsiyində  rayonların  dərk  edihniş  səviyyəsi 
müxtəlifdir ki, bu, öz növbəsində rayonlaşmanın istə
n
ilən bir məsələsinin həlhndə 
öz təsirini göstərir. 
İcti
m
ai  inkişafın  müxtəlif  tərəfləri
n
i
n
  dərk  edihnəsi  nəticəsində  xeyli  ehni 
informasiya  toplanır  ki,  bunlar  da  sistemləşdirmə  və  ümumiləşdirmə  tələb  edir. 
Rayonların  əsas  xüsusiyyətləri  və  əlamətlərinin  retrospektiv  tə
hl
ili  üçün  müxtəhf 
ədəbiyyatlarda  onların  şərhlərinin  nəzərdən  keçirilməsi  yüksək  əhəmiyyətə 
malikdir.  Bunun  üçün  iqtisadi  rayonun  30  müxtəlif  şərti  nəzərdən  keçirilmişdir. 
Onlar bütövlükdə: 
a) 
iqtisadi  rayonologiya  e
lmin
i
n
  bütün  əsas  mərhələlərini  əhatə  edir  (1921-ci 
ildən müasir dövrə k
imi
); 
b) 
«iqtisadi rayon» anlayışımn məz
m
ununa dair bütün yanaşmaları əks etdirir. 
Onların müə
ll
ifləri arasında iriprofilh müxətəssis- lərlə yanaşı təsərrüfat rəhbərləri 
və planlaşdırma orqanlarımn işçiləri də təmsil olunur. 
Müxtəlif müəlliflər tərəfindən qeyd edilən əlamətləri iqtisadi rayonların əsas 
xüsusiyyətlərini  aşkara  çıxarılmasının  açarı  kimi  nəzərdən  keçirmək  olar.  Belə 
əlamətlərə aşağıdakılar aiddir: 
a) ərazi, b) xalq təsərrüfatının bölgüsü, c) ƏİK, ç) təkraristehsal alt sistemi. 
Bütün  bu  təriflərin  4  əsas  funksiyası  aşkar  edilmişdir:  rayon  daxili  şəraitin 
göstərilməsi  və  rayonların  yaranması  və  inkişafı  qanunauyğunluqlarının  əks 
etdirilməsi;  rayonun  struktur-funksional  xüsusiyyətlərinin  göstərilməsi;  onun 


  
sistem  əmələ  gətirən  xassələrinin  əks  etdirilməsi.  Bu  funksiyalar  aşağıdakı 
əlamətlərlə əlaqədardır: 
-rayondaxili şərait, inkişafın resurs potensialı və amilləri, iqtisadi rayonunun 
tərkibi  və  sərhəddinin  əlamətləri,  əmək  bölgüsü,  rayonların  formalaşdırılmasmm 
məqsədi,  ixtisaslaşma,  rayonun  strukturu  və  rayon  daxilində  istehsalın 
diferensiallaşdırılması,  hər  bir  rayonun  fərdi,  spesifik  xarakteri,  rayon  ƏİK  kimi, 
rayon təkraristehsal alt sistemi kimi, rayonun daxili və xarici əlaqələri. 
Bu  əlamətlərin təhlili  göstərir ki, onlar iqtisadi  rayonların  mahiyyəti  və  əsas 
əlamətləri tam və daha dərin əks etdirməyə görə fərqlənirlər. Çox zaman müəlliflər 
bu anlayışı hərtərəfli açmağa yox, onların həyata keçirdikləri tədqiqatların konkret 
məqsədi  ilə  bağlı  olaraq  öz  yanaşmalarını  əks  etdirməyə  çalışırlar.  Bu  baxışların 
hərəsinin  öz  yeri  var  və  çox  zaman  elmi  kateqoriya  kimi  iqtisadi  rayonların 
mahiyyətinə  dərindən  varmağa  xidmət  edirlər.  Deməli,  iqtisadi  rayonlara 
təkraristehsal yanaşması ilk dəfə Kolotievski tərəfindən irəli sürülüb. Aqafonovun 
tədqiqatları isə daha çox ƏİK-ə əsaslandırılıb. Müvafiq olaraq iqtsadi ədəbiyyatda 
rayon (region) anlayışının müxtəhf izahı verilir. İqtsiadi sistem kimi rayon öz təbii 
xüsusiyyətləri,  mədəni  toplusu,  istehsal  fəaliyyəti  üçün  əhalinin  hazırlığı  olan 
ölkənin xüsusi iqtisadi ərazi hissəsidir. 
Struktur-funksional təhlilə əsaslanaraq bir elmi kateqoriya ki
mi 
iqtisadi rayon 
anlayışının  daha  ümumi  və  spesifik  əlamətlərini  əks  etdirən  tərifini  vermək  olar: 
iqtisadi  rayon-səmərəli  ixtisaslaşma,  maddi  və  mənəvi  nemətlərin  təkrar 
istehsalının regional nisbətlərinin təkmilləşdirilməsi, ictimai istehsal elementəlrinin 
nisbətləri  və  rayondaxili  yerləşməsi  ilə  bağh  bir  sıra  fərdi-avtonom  problemlərin 
həlli əsasında xalq təsərrüfatının səmərəliliyinin yüksəldilməsi istiqamətində planlı 
təşkil  edilən  və  icti
m
ai  əmək  bölgüsü  prosesi  nəticəsində  meydana  gələn,  ölkənin 
inteqral ərazi alt sistemidir. 
İqtisadi  rayonu  təkcə  inkişaf  şəraitinin  eyniliyi  yox,  eyni  zamanda  rayon 
kompleksinin  inkişaf  şəraitinin  daxili  diferensasiyası,  hər  bir  rayonda  daxili  alt 
sistemlərin  o
lm
ası  xasdır.  Ümumiyyətlə,  iqtisadi  rayona  müxtəlif  alt sistemlərdən 
ibarət bir sistem kimi baxmaq olar. 
Regional iqtisadiyyatın əsas kateqoriyalarından biri iqtisadi rayonologiyadır. 
İqtisadi  rayonologiya  rayonlaşmanın  prinsipləri  və  metodları,  onu  idarə  edən 
qanunauyğunluqlar haqqında  elmdir.  Eyni  zamanda iqtisadi  rayonologiya  bir sıra 
spesifik terminlərdən istifadə edir. İlk baxımdan nəzəri və praktik cəhətdən iqtisadi 
rayonologiya,  iqtisadi  rayonlaşma,  rayon  əmələgə
lm
ə  arasında  fərqi  müəyyən 
etmək çox vacibdir. Lakin bu, heç də onların arasının kəsilməsi və ya onların qarşı-
qarşıya qoyuhnası deyil, onların arasındakı sərhəd şərtidir. 
İqtisadi  rayon  əmələgəlmə  -  iqtisadi  rayonların  dinamik  təsərrüfat  ərazi 
sistemi  ki
mi
  formalaşması  və  inkişafının  obyektiv  prosesidir.  İqtisadi  rayon 
əmələgəlmə  iqtisadi  qanunauyğunluqların,  iqtisadi  rayonların  formalaşması  və 
inkişafının obyektiv və subyektiv amillərinin fəaliyyət göstərdiyi sferadır. 
İqtisadi rayonlaşma ölkənin xalq təsərrüfatının və ya onun regionunun tarixən 
formalaşan  ümumi  və  lokal şərtlər  əsasında öz  ictimai  tamlığı  ilə fərqlənən nisbi 
müstəqil  siste
m
lərə  bölü
nm
əsidir.  İqtisadi  rayonlaşma  elmi  əsaslarla  aparılan 
cərrahiyyə  əməliyyatına  bənzəyir:  iqtisadi  rayonlaşma  iqtisadi  rayonologiyanın 
öyrəndiyi  qanunauyğunluqların  tətbiqi  sferasıdır.  Müasir  dövrdə  iqtisadi 
rayonlaşma  xalq təsərrüfatının və  rayonların daha  effektli  planlaşdırıl-  masma  və 


  
xalq  təsərrüfatımn  idarə  edilməsinə  daha  yaxşı  imkan  verdiyi  üçün  ölkənin 
məhsuldar qüvvələrinin artımının əsas alətidir. 
İqtisadi rayonlaşmamn nəzəriyyəsi və praktikası ilə bağlı ədəbiyyatda «amil» 
və  «prinsip»  kimi  kateqoriyalardan  istifadə  olunur.  Bu  ədəbiyyatda  çox  zaman 
rayon  əmələgəlmənin  şərt  və  amilləri,  amil  və  prinsipləri,  rayon  əmələgəlmənin 
amilləri  və  rayonlaşmanın  prinsipləri,  rayonlaşmanın  prinsipləri  və  rayon 
əmələgəlmənin  qanunauyğunluqları,  rayonlaşmanın  və  məhsuldar  qüvvəllərin 
yerləşdirilməsi  prinsipləri  qarışdırılır.  Bu  da  iqtisadi  rayonologiyamn  əsas 
kateqoriyaları  sisteminin  hazırlanması
n
ı  tələb  edir.  İqtisadi  rayonologiya  elminin 
əsas  məntiqi  anlayışların  siste
mini
  belə  təkhf  etmək  olar:  iqtisadi  rayon 
əmələgəlmənin  şərtləri,  amilləri,  əlamət  və  qanunauyğunluqları,  iqtisadi 
rayonlaşmanın prinsipləri. 
İqtisadi rayon əmələgəlmənin amilləri iqtisadi rayonun sistemli  obyekt kimi 
formalaşması  və  inkişafının  daxili  mənbəyi,  hərəkətverici  qüvvəsidir.  Rayon 
əmələgəlmə
nin
 amillərini iqtisadi rayon əmələgəlmə
n
i
n
 əsas struktur elementləri ilə 
qarışdırmaq  ohnaz  (ərazi,  əhali,  istehsalın  maddi  elementləri).  Amillər  iqtisadi 
rayon  əmələgəlmənin  mahiyyətini  müəyyən  edərək  rayonun  formalaşması  və 
inkişafına təkan verir. Bu a
mill
ərə aşağıdakılar aiddir: 
          -iqtisadi  rayon  əmələgəlmənin  təbii  əsaslarının  genişlənməsini  əks  etdirən 
a
mill
ər. Belə ki, iqtisadi rayon çoğrafi mühiti cəmiyyət tərəfindən mənimsənilməsi 
nəticəsində yaranır və inkişaf edir
          -məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsini  və  yerləşməsinin  xarakterini  əks 
etdirən  amillər  (ərazi  texniki-iqtisadi  kompleksi  və  nəq-  hyyat  şəbəkəsinin 
birləşməsi,  istehsahn  kombinələşməsi  və  ixtisas-  laşmasımn  inkişafı,  əmək 
resusrlarımn ixtisas səviyyəsinin yüksəldilməsi və s.); 
          -ictimai  əməyin  ərazi  təşkihni  əks  etdirən  amillər  (əməyin  bölgüsü  və 
kooperasiyasımn inkişafı); 
-bütövlükdə cəmiyyətin və istehsahn idarə edilməsi
n
i əks etdirən a
mill
ər. 
Öz mahiyyətinə görə bu amillər sosial-iqtisadidir. 
Ko
n
kret  olaraq  rayon  əmələgəlmə
nin
  aşağıdakı  ami
ll
əri
n
i  nəzərdən  keçirək: 
istehsal  münasibətləri,  əməyin  ərazi  bölgüsü,  iqtisadi  və  təbii  resurslar,  inzibati 
ərazi  bölgüsü,  müxtəhf  rayonlarda  ayrı-ayrı  millətlərin  məskunlaşması. 
Rayonlaşmamn  amillərinin  rolu  və  təsiri  konkret  tarixi  şəraitdən  asılı  olaraq 
dəyişilir. 
1. 
İstehsal  münasibətləri  rayon  əmələgəlmə 
amili
  ki
mi
  məhsuldar  qüvvələrin 
səviyyəsinə,  təşkilati  formasına,  təsərrüfatın  ixtisaslaşmasına  təsirində  özünü 
göstərir. Müasir dövrdə iqtisadi rayonlar elə məhsul üzrə ixtisaslaşmalıdır ki, onun 
istehsalı  daha  professional  olsun.  Yəni  təbii,  əmək  resursları,  toplanmış  material 
dəyərləri, rayonun coğrafi və nəqliyyat vəziyyəti, əhalinin mədəni səviyyəsinin və 
müdafiə  qabiliyyətinin  yüksəldilməsi  üçün  zəruri  a
mill
ər  nəzərə  alınmalıdır. 
Ümumiyyətlə, istehsal münasibətləri rayon əmələ gətirən bütün amillərə təsir edir. 
2. 
Əməyin  ərazi  bölgüsü  -  prosesin  iki  tərəfini  nəzərdə  tutur:  təsərrüfatın 
ixtisaslaşdırılması  və  ixtisaslaşan  ərazilər  arasında  iqtisadi  əlaqələr  (ərazinin 
monosahələr üzrə inkişafı). 
          Rayonlar  arasında  əlaqələrin  inkişaf  səviyyəsi,  eyni  zamanda  formalaşan 
nəqliyyat  şəbəkəsi  və  daşımalarda  müxtəlif  nəqhyyat  növlərinin  iştirakının 
səmərəliliyi  ilə  müəyyən  olunur.  ETT-nin  güclənməsi  ilə  nəqliyyat  şəbəkəsinin 


  
təkmilləşdirilməsi  ərazilərin  iqtisadi  cəhətdən  yaxınlaşmasına  gətirib  çıxarır.  Bu, 
bir tərəfdən rayonların təsərrüfatının daha dərindən ixtisaslaşmasına, digər tərəfdən 
daha çox yük daşımalarına imkan verir. Beləliklə, EXT əməyin ərazi bölgüsü üçün 
vacib stimulyatordur. 
         3. Material-texniki baza və təsərrüfatın tex
n
iki silahlanması. 
Yaradılmış  material  dəyərləri  hər  hansı  bir  iri  sənaye  obyektinin  tikilməsi 
üçün  səbəb  ohnuş  şərait  tükəndikdə  belə  rayonun  ixtisaslaşmasını  təmin  edir 
mövcud  olan  müəssisələr  fəahyyət  göstərir  və  inkişaf  edərək  rayonun 
ixtisaslaşmasını möhkəmləndirir. 
Y aradılmış material dəyərləri, təsərrüfatı mənimsənilmiş ərazilər yeni tikilən 
müəssisələrin  yerləşməsinə  təsir  edir,  mövcud  olan  kommunikasiyalar  isə  təkcə 
yükdaşımaları yox, informasiya axınları sistemini də müəyyən edir. 
          4.Əmək  resurslarının  təsiri,  iqtisadi  rayonların  ixtisaslaşması,  məhsuldar 
qüvvələrin  inkişaf  səviyyəsində  özünü  göstərir.  Daha  enerjitutumlu  rayonlarda 
əməyə  tələbat  artır.  Çünki  belə  rayonlarda  enerji  və  elektriklə  silahlanma  digər 
rayonlara  nisbətən  yüksəkdir.  Digər  rayonlaşma  amilləri
n
i
n
  bərabər  təsiri  zamanı 
rayonun əmək resursları ilə az təmin olunması məhsuldar qüvvələrin inkişafını tor- 
mozlayır,  əməktutumlu  sahələrin  yaranmasına  mane  olur.  Az  məskunlaşan 
ərazilərdə  yeni  müəssisələrin  tiki
lm
əsi  digər  yerlərdən  əhah  cəlb  etməyə,  onların 
əmək  və  məişət  şəraitinin  təşkih  üçün  xeyli  vəsait  ayırmağa  məcbur  edir.  Əmək 
resursları  bol  olan  rayonlarda,  xüsusən  ərazi  xammalla  kasaddırsa,  əməktutumlu 
sahələrin inkişafı qanunauyğundur.  
          5.  Milli  amil-  bu  amilin  təsiri  özünü  onda  göstərir  ki,  rayonlaşma  milli 
ərazilərin  sərhədləri  çərçivəsində  baş  verir.  Məhsuldar  qüvvələrin  ərazi 
diferensiasiyası  və  bunun  əsasında  yaranan  iqtisadi  rayonların  sərhədləri  heç  də 
həmişə  müxtəlif  milli  birliklərin  sərhədləri  ilə  üst-üstə  düşmür  -  iqtisadi  və  etnik 
sərhədlər arasında ziddiyyət yaranır. İqtisadi rayonlaşma bütün xalqların marağına 
cavab  verməli  və  onların  inkişafına  kömək  etməlidir.  Rayonlaşma  ayrı-ayrı 
millətlərin  ərazi  bütövlüyünə  toxu
n
mur  və  iqtisadi  rayonların  sərhədləri  milli 
sərhədlərlə razılaşdırılmalıdır. 
            6.Hüquq  və  dövlət  orqanlarının  təsirinin  təhlili  ilk  qövbədə  iqtisadi 
rayonların  tərkibi  və  onların  idarə  edilməsi  formalarına  baxılmasına 
istiqamətləndirilməlidir. 
            7.Təbii  şərait  və  təbii  resurslar  rayonlaşma  amili  kimi  əsasən  təsərrüfat 
ixtisaslaşmasına təsir göstərir. 
             İqtisadi  rayonların  ixtisaslaşmasını  müəyyən  edərkən  ilk  növbədə  təbii 
ehtiyatlardan  istifadə  məsələsi  xalq  təsərrüfatı  səmərəliliyinə  uyğun  həll  edilir. 
Təbiət  və  təsərrüfatın  inkişafından,  onun  ərazi  üzrə  diferensiasiyasından  asılı 
olaraq iqtisadi rayonların formalaşması çox rəngarəngdir. 
    Əvvəllər  bol  olan  resursların  sonra  çalışmaması  istehsalı
n
  ərazidə 
cəmləşməsinə güclü təsir edir. Ətraf mühitdən səmərəli istifadə, təbiətin mühafizə 
problemləri  ərazinin  təbii  «tutum»  ilə  hesablaşmasını  tələb  edir.  İstehsalın 
cəmləşməsi  məsələsi  həyatın  inkişafına  şərait  yaradan  ekoloji  tarazlıqdan  çıxış 
edərək hər bir coğrafi məkanda təbiətin hansı təsərüfat «yükünə» dözə bilməsindən 
asılı olaraq həll edilməlidir. 
             Rayon əmələgəlmənin qanunauyğunluqları müəyyən şərait daxilində rayon 
əmələ  gətirən  amillərin  fəaliyyətlərini  tə
min
  edən  daxili  səbəb-nəticə  əlaqələrinin 


  
dəfələrlə təkrarlanmasıdır. İqtisadi rayonlaşmanı öyrənən zaman ümumi və xüsusi 
qanunauyğunluqları nəzərdən qaçırmaq olmaz. 
           İqtisadi  rayonlaşmanın  prinsipləri  ölkənin  xalq  təsərrüfatı
nın 
və  ya 
regionunun ərazi vahidlərinə bölgüsününün çıxış şərti və ya qaydasıdır. 
           İqtisadi rayonlaşmamn prinsipləri ümumi və xüsusi olur. 
Ümumi  prinsiplərdən  ən  vacibi  obyektivlikdir.  Digər  vacib  prinsip  inkişaf 
prinsipidir tarixi təhlil və məhsuldar qüvvələrin inkişafı və yerləşdirihnəsinin elmi 
surətdə qabaqcadan proqnozlaşdırılması nəticəsində rayonların seçilməsi. 
İnteqral  iqtisadi  rayonlaşma  zamanı  iqtisadi  rayon  inzibati  cəhətdən 
rəsmiləşdirildikdə  daha  çox  iqtisadi  səmərə  verir.  Ona  görə  də  İqtisadi  rayon  və 
inzibati  ərazi  bölgüsünün  (üst-üstə  düşməsi)  vahidliyinə  nail  olmaq  iqtisadi 
rayonlaşmanın  əsas  prinsiplərindən-  dir.  İqtisadi  rayonların  növlərinin 
təsnifləşdirilməsi  iqtisadi  rayonolo-  giyanın  əsas  nəzəri  problemlərindəndir.  Bu 
məsələnin həlli zamanı aşağıdakı prinsiplər nəzərə alı
nm
alıdır: 
1. 
İqtisadi rayonlaşmanın növ müxtəlifliyi daimi deyil, onlar ictimai istehsalın 
inkişafı nəticəsində yaranır; 
2. 
İqtisadi  rayonlaşmanın  növlərinin  sistemi  hazırlanarkən  onlar  məcmu 
şəkildə nəzərdən keçirilməlidir, çünki onlar vəhdət təşkil edirlər
3. 
İqtisadi rayonlaşma, ölkənin milli-siyasi-inzibati quruluşu və inzibati-ərazi 
bölgüsü vəhdət təşkil edir, lakin eyni deyil; 
4. 
İqtisadi rayonlaşmanın hər bir üzvü müəyyən praktik məqsədəuyğundur; 
5. 
İqtisadi  rayonlaşmanın  növ  müxtəlifliyi  sistemində  qarşıhqh  əlaqədə  olan 
iki qrup seçilir: inteqral və sahəvi. 
Sahəvi iqtisadi rayonlaşma xalq təsərrüfatının müxtəhf sahələrini əhatə edir. 
          İctimai  əmək  bölgüsünün  məkan  forması  təkcə  ümumi  iqtisadi  rayonlar 
şəkhndə yox, müəyyən sahələr üzrə ixtisaslaşrmş ərazilər kimi təzahür edir. Sahəvi 
rayonlaşma  daha  yüksək  elmi  səviyyədə  xalq  təsərrüfatının  ayrı-ayrı  sahələrinin 
yerləşməsi  və  inkişafmi  planlaşdırmağa 
imk
an  verir.  Bu  növ  rayonlaşdırma  dörd 
qrupa bölünür: 
             

xalq təsərrüfatı məqsədləri üçün təbii ehtiyatların rayonlaşdırılması; 

istehsahn demoqrafik şəraitinin rayonlaşdırılması; 

xalq təsərrüfatı
nın
 istehsal sahələrinin rayonlaşdırılması; 

qeyri-istehsal sahələrin rayonlaşdırılması. 
İqtisadi rayonlaşdırma bütövlükdə ölkənin xalq təsərrüfatı
nın 
xüsusiyyətlərini 
tam  şəkildə  nəzərə  almaqla  və  ölkə  daxi
lin
dəki  əsas  rayonlararası  axınları  (pul 
vəsaiti,  yük,  elektrik  enerjisi,  qaz  və  s.  axınlarını),  əhalinin  miqrasiyasını  daha 
yaxşı təşkil etməyə i
mk
an verməhdir. 
İqtisadi rayonlaşdırma yalmz təsərrüfatın ehni təhlili və xarakterizə edihnəsi 
üçün  deyil,  başlıca  olaraq  məhsuldar  qüvvələrin  planlı  surətdə  rayonlar  üzrə 
ərazicə təşkilini və rayonlararsı əmək bölgüsünü həyata keçirmək üçün aparılır. 
Bəzi  oxşar  dövlətlərdə  olduğu  ik
mi
  Azərbaycan  Respublikasında  da  müasir 
iqtisadi rayonlaşdırma iki əsas halqada - yuxarı və aşağı iqtisadi vahidlər şəkhndə 
aparıla  bilər.  Rayonlaşmanın  yuxarı  halqası  ərazi  inkişafının  mühüm  vəzifələrinə 
cavab verə bilən iri iqtisadi rayonlardır. 
Aşağı  halqada  rayonlaşma  şəhər  və  kənd  rayonları  səviyyəsindədir.  Bu 
rayonlaşma  kənd  təsərrüfatına  və  xidmət  sferasına  rəhbər-  hkdə  mühüm  rol 


  
oynayır.  Onların  əsasında  ixtisaslaşdırılmış  ibtidai  ərazi  istehsal  kompleksləri 
yaradılır. Aşağı rayonlar rayon təsərrüfatının və sosial-mədəni quruculuğun cari və 
perspektiv  inkişafında,  kənd  təsərrüfatı  məhsulları  istehsalı  və  emalı  üzrə  yerh 
sənaye, məişət xidməti, ticarət və ictimai iaşə müəssisələrinin ixtisaslaşdırılması və 
yerləşdirihnəsində mühüm rol oynayır. 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin