Regional sosial-iqtisadi inkişafın tədqiqi üsulları. Hazırkı mərhələdə
regionların sosial-iqtisadi inkişaf siyasəti Azərbaycan iqtisadiyyatının gələcək
inkişafının prioritetlərini müəyyənləşdirmişdir. Bu siyasət ayrı-ayrı iqtisadi
rayonların sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən edir, sonra isə
bu, onların reallaşdırılması üçün mümkün tədbirlərin seçilməsi və onların icrasının
mərhələləri, müddətləri və ən başlıcası isə icraçılarının əks etdirilməsini təmin edir.
Burada real vəziyyətin qiymətləndirilməsi mərhələsində strateji məqsədlərin
seçilməsi və bu məqsədlərin həyata keçirilməsi üçün taktiki tədbirlərin müəyyən
edilməsi, xüsusilə onların icrası üçün istər infrastruktur, istər təşkilati, istərsə də
resurs çatışmazlıqlarının aşkar edilməsi və onların aradan qaldırılması yollarının
müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Bütün bunların aşkar edihnəsi və
səmərəli istifadə olunmasına isə regionların sosial-iqtisadi inkişafımn tədqiqat
metodları bilavasitə şərait yaradır.
Regionşünaslarm tədqiqatlarında iqtisadi metodların geniş kompleksi istifadə
olunur ki, bunlardan əsasları aşağıdakılardır: