«Azərbaycanm hərtərəfli inkişafına nail olmaq üçün regional proqramlar
həyata keçirilməhdir. Azərbaycamn iqtisadi potensialının üçdə iki hissəsi Bakıda
və Abşeron yarımadasında formalaşmışdır. Əlbəttə, bütün bunların obyektiv
səbəbləri vardır. A
mm
a bu istiqamətdə dönüş yaratmaq üçün regional proqramlara
böyük diqqət gös- tərilməlidir». Bu sözləri Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 17 noyabr 2003-cü ildə Respublika hökumətinin ölkəmizdə
prezident seçkilərindən sonra ilk iclasında söyləmişdir.
Dövlət proqramı «Azərbaycanm iqtisadi cəhətdən qüdrətli dövlətə
çevrilməsi və iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi» strategiyasının
həyata keçirilməsində çox mühüm mərhələdir.
Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında
mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələri
n
i
n
fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac
yönümlü məhsul istehsalının stimullaşdırılmasma, yerli sahibkarlığın inkişafı yolu
ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun
səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artmasına və ölkə
iqtisadiyyatının dinamik inkişafına nail olmaqdır.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulur:
1. müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri
yaratmaq;
2. yerli resurslardan (təbii sərvətlər və əmək resursları) səmərəli istifadəni
təmin etmək;
3. regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasım
4. və inkişafını təmin etmək;
5. regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə
müxtəlif servis mərkəzləri yaratmaq, toxumçuluq və damazlıq bazasını
genişləndirmək, texniki təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri
həyata
keçirmək;
6. investorların regionlara cəlb edi
lm
əsi üçün əlverişli şəraitin yaradılmasını
təmin etmək;
7. yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaq.
Dostları ilə paylaş: