Lənkəran iqtisadi rayonu. Bu region respublikanın cənub-şərqində İran
İslam Respublikası ilə sərhəddə yerləşir, şərqdə Xəzər dənizi ilə əhatələnir. Ərazisi
6,08 mi
n
kv. km olmaqla respublikanın 7,0%-ni, əhalisi isə 753,7 mi
n
nəfər olub,
respublika əhalisi
n
in 9,3%-ni təşkil edir.
İqtisadi rayonun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir.
Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq
üstünlük təşkil edir. Respublikada istehsal olunan çayın 99,0%-i, tərəvəzin 27%-i,
taxılın 15%-i, kartofun 24%-i, üzümün 13%-i, meyvənin 10%-i bu iqtsiadi rayonun
payına düşür. Lənkəran regionu əsas kənd təsərrüfatı məhsulları istehsalına görə də
respublikada seçilir. Regionda respubhka üzrə orta səviyyəyə nisbətən əhalinin hər
nəfərinə görə 58 kq kartof, 170 kq tərəvəz, 7 kq taxıl, 21 kq süd, 23 ədəd yumurta
istehsal olunur.
Dostları ilə paylaş: |