Mühazirə-3. Anlayışlar üzərində məntiqi əməliyyatlar
1. Anlayışların ümumiləşdirilməsi və məhdudlaşdırılması.
Anlayışlar üzərində məntiqi əməliyyatlar aparmaq mümkündür. Bu əməliyyatlardan biri
də anlayışları məhdudlaşdırmaq və ya ümumiləşdirməkdir. Bu iki əməliyyat təfəkkür
prosesində çox işlədilir.
Anlayışın ümumiləşdiriliməsi həcmcə kiçik, lakin məzmunca geniş anlayışdan həcmcə
geniş, amma məzmunca kiçik anlayışa keçmək deməkdir. Ümumiləşdirilmənin son həddi
fəlsəfi kateqoriyadır. Məsələn: "Cəfərin saat oğurluq işi" - "oğurluq işi" - "cinayət" -
"hüquq pozuntusu" - "cəmiyyət üçün təhlükəli hadisə".
Dostları ilə paylaş: |