Dil vahidi olan sözlə, təfəkkür vahidi anlayış arasında çoxxassəli əlaqə mövcuddur.
söz birləşmələri ilə ifadə olunsa da hər cür söz anlayışı bildirmir. Məsələn köməkçi sözlər
anlayış bildirmir. Anlayışlardan fərqli olaraq sözlər bütün dillərdə dəyişir, anlayış
ümumbəşəri olsa da, dil milli səciyyə daşıyır. Əgər anlayışlarda predmet və hadisələrin
ümumi və mühüm əlamətləri əks olunursa, sözün mənasında qeyri-mühüm əlamətlər də
əks oluna bilər. Lakin anlayışla sözün dialektik vəhdəti mövcuddur. Söz və anlayış
insanların maddi və mənəvi əmək fəliyyətləri ilə bağlıdır. Sözün özü anlayışların
formalaşması ilə birlikdə yaranır. Anlayışın ona uyğun gələn söz və söz birləşməsiylə
ifadəsi düzgün təfəkkür üçün əsas şərtlərdəndir.
Dostları ilə paylaş: