2. Anlayışların növləri
Müxtəlif hadisələrin beynimizdə inkasından asılı olaraq anlayışın növləri də artıq. Həcm
və Məzmun anlayışın fundamental xarakteristikasıdır. Məzmun anlayışda fikirləşilən
cismin və hadisələrin mühüm və ümumi əlamətləridir. Yəni, anlayışda sadalanan
əlamətlər predmetin məzmununu təşkil edir. Anlayışın həcmi dedikdə onda əks olunan
fikir cisimlərdir, və onların məcmusudur. Yəni, "tələbə" anlayışının həcminə bütün tələbə
fərdləri (türk,azəri,ləzgi,ingilis və s.) daxildir. Anlayışlar həcmə görə üç yerə bölünür.
Əgər anlayışın həcminə bir fikir cismi, hadisə daxildirsə bu fərdi anlayışdır (tək).
Məsələn: "Yerin təbii peyki Ay", "İsveçrə" və s. Ümumi anlayışların həcminə bir neçə
predmet və ya hadisə daxildir. Məs: "ölkə", "canlı","meşə" və s. Məntiqdə sıfır həcmli
anlayışlar da var. Bunlara boş anlayışlar deyilir. Məs: "əjdaha", "su pərisi" və s.
Anlayışların həcmə görə bölünməsində toplayıcı və ayırıcı anlayışlar da yer tutur.
Toplayıcı anlayışlar vahid, bütövü təşkil edən elementlər toplusunun fikirdə inkasıdır.
Məs: "gül", "ağac", "muzey" və s.
Anlayışlar məzmuna görə konkret və mücərrədə bölünür. Əgər anlayış müstəqil
predmet və ya predmetləri əks etdirirsə konkret, predmetlər arasında əlaqə ya da
predmetin xassəsini əks etdirirsə mücərrədir. Məsələn: "metal" , "ağac", "respublika"
konkret, "igidlik", "vicdan", "oxşarlıq", "bərabərlik" və s. mücərrəd anlayışlardır.
Anlayışlar hadisələrin məzmununa aid olan əlamətlərin varlığından yoxluğundan
asılı olaraq müsbət və mənfiyə bölünür. Fikrin predmetində hərhansı hadisənin
varlığı əks olunursa bu müsbət anlayışdı. Məsələn: "savadlı", "ağıllı", "tənbəl" və s.
Mənfi anlayışda isə hərhansı əlamət predmetdə yoxdur. Məs: "ağılsız", "savadsız" ,
"təmənnasız" və s.
Anlayışda fikirləşilən predimetin mövcudluğunun müstəqil və ya başqa predmetdən asılı
olmasından nisbi və mütləq anlayışlar yaranır. Əgər fikirləşdiyimiz predmetin
mövcudluğu başqa predmet olmadan mümkün deyilsə bu nisbi anlayışdır.Məs: "ata" -
"oğul", "müəllim" - "tələbə", "Yerin peyki Ay" və s. Mütləq anlayışda isə digər
predmetlərlə əlaqəsi olmayan əşya, hadisələr düşünülür. Məs: "məhkəmə", "cinayət işi",
"əxlaq" və s.
|