Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   2   3   4   5   6   7   8   9   ...   53
mühazirə-hamısı

                  

 

 

 

 

3. Məntiqi biliklərin yaranması və inkişafı 

Məntiq  (

yun.

)  —  «mülahizələr  haqqında  elm»,  «fikirlərdə  və  fəaliyyətdə 



əlaqələr haqqında elm» — məntiqi dillə intellekt dərketmənin qanunları, metodları 

və  formaları  haqqında  elmdir.  Məntiq  haqqında  biliklər  təfəkkürlə  alındığından, 

düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq 

və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış 

təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. 



Məntiq  müstəqil,  fəlsəfi  bir  elm  kimi  eramızdan  əvvəl  4-cü  əsrdə 

Yunanistanda yaranmışdır. Bu elmin banisi yunan fəlsəfəsinin karifeylərindən olan 

Aristotel  hesab  olunur.  Çünki,  Aristotel  ilk dəfə  təfəkkürün  forma  və  qanunlarını 

sistemləşdirmiş,  hazır  hökmlərdən  doğru  nəticə  çıxarma  qaydalarını  şəhr  etmiş, 

anlayış, hökm və əqli nəticənin mahiyyətini təhlil etmişdir. Məlumdur ki, insan fikir 

prosesində  doğru  nəticə  əldə  etdiyi  kimi  səhv  nəticə  ilə  də  rastlaşa  bilər.  Fikir 

prosesinin  doğru  nəticələrinin  məqbul  olması  üçün  insan,  təfəkkür  prosesini 

tənzimləyən  qanunlara  ehtiyac  duymuşdur.  Bu  qanunlar  məntiq  elminin  esasini 

teshkil  etmishdir.  Məntiq  düzgün  təfəkkürün  forma  və  qanunlarından  bəhs  edən 

elmdir. 


Ərəb  mənşəli  bir  kəlimə  olan  məntiq  “danışmaq”  mənasına  gələn  “nutq” 

kökündən törəmişdir. “Nutq” və “mantuq” kəlimələri yunan dilində həm ağıl həmdə 

danışmaq  mənasında  işledilən  “logos”  kəliməsini  qarşılayacaq  şəkildə  mənalar 

qazanmışdır.  İslam  məntiqçiləri  məntiq  elminə  “bilinəndən  bilinməyənin  əldə 

edilməsinə  vasitə  olan  elm”,  “qaydalarına  tabe  olunduğu  zaman  zehni  xətaya 

düşməkdən qurtaran fənn” və s. şəklində təriflər vermişdir. 

Məntiq  elminin  qurucusunun  Aristotel  olduğu  barəsində  bütün  fəlsəfə 

tarixçiləri həmfikirdir. Onun “Organon” (Qeyd etmək lazımdır ki, bu ad  Aristotel 

tərəfindən  istifadə  edilməmişdir.  Daha  sonra  onun  məntiq  haqqındakı  əsərlərinə 

Orgonon  adı  verilmiştir.)  adlı  esəri  zamanımıza  qədər  gəlib  çıxan  ən  qədim  və 

sistematik  məntiq  əsəridir.  Amma  qeyd  etmək  lazımdır  ki,  məntiq  məsələləri  ilə 

maraqlanan  ilk  şəxs  Aristotel  deyildir.  O  sadəcə  özündən  əvvəl  mövcud  olan  bu 

mövzudakı məlumatları sistematikləşdirmişdir. 

 

 



 

 

 



 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin