Məntiqi dildə ad funksiyarı daşiyan ifadələri və propozisonal funksiya
daşıyan ifadələri bir-birindən fərqləndirirlər.
Ad funksiyası elə ifadəyə deyilir ki, buradakı dəyişən kəmiyyəti daimi
kəmiyyət ilə əvəz etdikdə, müəyyən predmet alınır. Deməli, ad funksiyası öz-
ozlüyündə bu və ya digər predmetin bilavasitə adını ifadə etmir. Buna nail olmaq
üçün onu daimi kəmiyyət ilə tamamlamaq lazımdır. Məsələn, “x-in əsəri” və ya x²
+y² ifadələri hələ heç bir predmet deyildir. Əgər birinci ifadədə biz x-in yerinə
“Nizami Gəncəvi” daimi predmetini qoysaq, onda “Nizami Gəncəvinin əsəri”
ifadəsi alınır ki, bu da predmetin adını ifadə edir. Eynilə də 2-ci ifadədə x-in yerinə
5, y-in yerinə 3 rəqəmini qoysaq, onda x² +y² ifadəsi 34 rəqəminə, yəni konkret,
rəqəm adnına çevrilər.
Propozisional (latın dilindəki proposistion sözündən olub “mülahizə”, “fikir”
deməkdir.) funksiya elə ifadəyə deyilir ki, burada dəyişən kəmiyyətin müəyyən bir
predmetin adını qoyduqda, o yalan və ya həqiqi fikir formasını alır, Məsələn, “x
tələbədir” ifadəsini götürək. Burada x-in yerinə “ Cəfər” ad predmetini qoysaq, onda
“Cəfər tələbədir” ifadəsi alınır ki, o da həqiqi və ya yalan fikri ifadə edir.
Dildə predmetlərin xassə və münasibətlərini bildirən ifadələrə predikatorlar
deyilir. Onlar cümlədə xəbər rolunu oynayır. Əgər predikator bu və ya digər ayrıca
predmetə məxsus xassəni ifadə edirsə, o biryerli predikator ( məsələn, x-bəstəkardır)
adlanır. İki və daha çox predmetlər arasındakı münasibətləri ifadə edən
predikatorlara çox yerli predikatorlar deyilir. Məsələn, x-y-dən böyükdür
predikatoru 2-yerli Cəfər Vəliyə kitab bağışladı fikrindəki “bağışladı” predikatoru
üçyerlidir.
Təbii dilin semantik kateqoriyaları sırasında cümlə mühüm yer tutur. Cümlə
dedikdə gərçəklik haqqında müəyyən bir bitmiş fikrin ifadəsi başa düşülür. Hər bir
cümlənin öz tərkibində isə deskriptiv (təsviri) və məntiqi terminlər mövcud olur.
Deskriptiv terminlər aşağıdakı üç tərəfli əhatə edir:
a) Predmentlərin adları, yəni ayrı-ayrı predmentləri və ya həmcins
predmentlər sinfini əhatə edən sözlər və sözbirləşmələri;
b) Bu və ya digər predmentin xassəsini və ya predmentlər arasındakı
münasibətləri bildirən sözlər və söz birləşmələri;
c) Predment funksiyalarını əməliyyatları bildirən ad funksiyaları işarələrin
(məsələn, “ctg” “tg” və s.)
Predikatlar məntiqinin dilində məntiqi terminlər ( məntiqi sabit kəmiyyətlər
və ya məntiqi konstantlar) daha çox mühüm yer tutur. Onlar aşağıdakı işarələr
( simvollar ) növlərini əhatə edir.
1)
a, b, c... –təkcə predmet adlarını bildirən simvollardı. Onları predmet- sabit
kəmiyyətləri ( konstantlar) da adlandırırlar.
2)
x, y, z-ümumi predmet adlarını bildirən simvollardır. Onlara predmet dəyişən
kəmiyyətlərdə deyilir.
3)
P¹, Q¹, R¹..., P², Q²... Pn, Qn, Rn predkatorlarının simvollarıdır. Yuxarıdakı
indekslər onların yerlərinin sayını bildirir.
4)
p, q, r-başqalarının dediyi fikirləri bildirən simvollardır. Onlara propozisional
dəyişən kəmiyyətlər deyilir.
5)
Məntiqi bağlayıcılar: a) konyunksiya, birləşdirici “və” işarəsi aşağıdakı
formalarda işarə onunur: (Λ,) Məsələn, “Dərslər başa çatdı və tələbələr evə
getdilər” b) Dizfunksiya işarəsi. Bunun özü də iki yerə ayrılır: birləşdirici, zəif
dizfunksiya-belə işarə olunur-V. Məsələn, “Vəli tələbə və futbolçudur”. Güclü və
ayırıcı dizfunksiya . Məsələn, “Cinayətlər qəsdən edilən və ya ehtiyatsızlıq
üzündən baş verən cinayətlərə bölünür”. c) implikasıya işarəsi ( əgər...onda ) və ya
Məsələn. “Əgər bu gün hava yaxşı olsa, onda mən dənizkənarı parka gəzməyə
gedəcəyəm”.
ç) ekvivalentlik işarəsi – a və b və ya b
d) inkarı bildirən işarələr.
Dostları ilə paylaş: |