S hökmün subyektini, yəni hökmün predmeti haqqındakı məfhumu, P isə hökmün
predikatını, yəni hökmün predmetinin əlaməti haqqındakı məfhumu ifadə edir.
Atributiv hökmlərin subyekt və predikatı onun terminləri adlanır.Lakin əsas məna yükü
predikatın üzərinə düşür.Onlardan əlavə hər bir atributiv hökmdə bu terminləri birləşdirən
məntiqi bağlayıcı vardır.Bunlar hökmün zəruri ünsürüdür.
Atributiv hökmlər həm də qəti hökmlər adlanır.Çünki onlar aydın, birmənalı xarakter
daşıyır.Qəti hökmlərin aşağıdakı kimi bölgüsü mövcuddur.
Qəti hökmlər.
1.Keyfiyyətə görə. 2.Kəmiyyətə görə. 3. Keyfiyyət və kəmiyyətə görə.
Ümumi iqrari → A
İqrari İnkari fərdi ümumi xüsusi Ümumi inkari→ E
Xüsusi iqrari → İ
ayırıcı istisnaedici Xüsusi inkari → O
fərdi ümumi xüsusi
1.Öz keyfiyyətinə görə qəti hökmlər iqrari və inkari növlərə ayrılır.
Müəyyən bir əlamətin predmetə mənsub olduğunu bildirən hökmlərə iqrari hökmlər
deyilir.Məsələn, “Vəli xalq deputatıdır”.
Müəyyən bir əlamətin predmetə xas olmadığını göstərən hökmlərə isə inkari hökmlər
deyilir.Məsələn, “Müstəqil respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.
2.Hökmlərin kəmiyyətə görə bölgüsü onların öz həcminə görə müxtəlifliyini göstərir.Bu
cür bölgü onunla izah edilir ki, hökmdə ifadə olunan iqrari və ya inkari fikir ayrıca bir
predmetə, müəyyən predmetlər qrupuna və bütünlükdə sinfə aid edilə bilər.Beləliklə,
hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi hökmlərə bölünür.
Fərdi hökmlər bu və ya digər xassənin müəyyən predmetə aid olub – olmadığını iqrar və
ya inkar edən fökmlərə deyilir.Məsələn, “Aristotel məntiq elminin banisidir”.
Dostları ilə paylaş: |