onun səlahiyyətlərinin icrası
I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60
gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri
keçirilir
. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan
Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti icra edir.
48
I
I. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra
edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə, səhhətinə
görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan
Respublikas
ı Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının
vitse-prezidenti Birinci vitse-
prezident statusu almış olur və Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini icra edir.
49
III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası
Prez
identinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra
etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Baş naziri icra edir.
50
IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi
mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli
Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs
tərəfindən icrası haqqında qərar qəbul edir.
Dostları ilə paylaş: |