Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə2/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   2   3   4   5   6   7   8   9   ...   88
AR Konsititusiyası

ÜMUMİ MÜDDƏALAR 

I   f ə s i l  



XALQ HAKİMİYYƏTİ 

M a d d ə   1 .   Hakimiyyətin mənbəyi 

I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan 

xalqıdır. 




II.  Azərbaycan  xalqı  Azərbaycan  Respublikası  ərazisində  və  ondan  kənarda 

yaşayan,  Azərbaycan  dövlətinə  və  onun  qanunlarına  tabe  sayılan  Azərbaycan 

Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş 

normaları istisna etmir. 

M a d d ə   2 .   Xalqın suverenliyi 

I.  Sərbəst  və  müstəqil  öz  müqəddəratını  həll  etmək  və  öz  idarəetmə  formasını 

müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. 

II.  Azərbaycan  xalqı  öz  suveren  hüququnu  bilavasitə  ümumxalq  səsverməsi  - 

referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi 

səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir. 

M a d d ə   3 .   Ümumxalq  səsverməsi-referendum  yolu  ilə  həll  edilən 

məsələlər 

I.  Azərbaycan  xalqı  öz  hüquqları  və  mənafeləri  ilə  bağlı  olan  hər  bir  məsələni 

referendumla həll edə bilər. 

II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər: 

1)  Azərbaycan  Respublikası  Konstitusiyasının  qəbul  edilməsi  və  ona  dəyişikliklər 

edilm


əsi; 

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi. 

III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz: 

1) vergilər və dövlət büdcəsi; 

2) amnistiya və əfv etmə; 

3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və 

(və  ya)  icra  hakimiyyəti  orqanlarının  səlahiyyətlərinə  aid  edilmiş  vəzifəli  şəxslərin 

seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi. 

M a d d ə   4 .   Xalqı təmsil etmək hüququ 

Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, 

xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. 

M a d d ə   5 .   Xalqın vahidliyi 

I. Azərbaycan xalqı vahiddir. 

II.  Azərbaycan  xalqının  vahidliyi  Azərbaycan  dövlətinin  təməlini  təşkil  edir. 

Azərbaycan  Respublikası  bütün  Azərbaycan  Respublikası  vətəndaşlarının  ümumi  və 

bölünməz vətənidir. 

M a d d ə   6 .   Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi 

I.  Azərbaycan  xalqının  heç  bir  hissəsi,  sosial  qrup,  təşkilat  və  ya  heç  bir  şəxs 

hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. 

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. 




I I   f ə s i l    


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin