Azərbaycan respublikasinin


  M a d d ə   5 9 .   Azad sahibkarlıq hüququ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə14/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   10   11   12   13   14   15   16   17   ...   88
25

 

M a d d ə   5 9 .   Azad sahibkarlıq hüququ 



I. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və 

əmlakından  sərbəst  istifadə  edərək  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  azad 

sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə 

məşğul ola bilər.



26

 

II.  Dövlət  sahibkarlıq  sahəsində  yalnız  dövlət  maraqlarının,  insan  həyatının  və 



sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

27

 

 

M a d d ə  60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı



28

 

 

I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə 

təminat verilir. 

II.  Hər  kəsin  hüququ  var  ki,  onun  işinə  qərəzsiz  yanaşılsın  və  həmin  işə  inzibati 

icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 

III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. 

IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin 

və  vəzifəli  şəxslərin  hərəkətlərindən  və  hərəkətsizliyindən  inzibati  qaydada  və 

məhkəməyə şikayət edə bilər. 

M a d d ə   6 1 .   Hüquqi yardım almaq hüququ 

I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 

II.  Qanunla  nəzərdə  tutulmuş  hallarda  hüquqi  yardım  ödənişsiz,  dövlət  hesabına 

göstərilir. 



III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, 

cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək 

hüququ vardır. 

M a d d ə   6 2 .   Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi  

Hər  kəsin  onun  işinə  qanunla  müəyyən  edilmiş  məhkəmədə  baxılması  hüququ 

vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 

M a d

d ə   6 3 .   Təqsirsizlik prezumpsiyası 



I.  Hər  kəsin  təqsirsizlik  prezumpsiyası  hüququ  vardır.  Cinayətin  törədilməsində 

təqsirləndirilən  hər  bir  şəxs,  onun  təqsiri  qanunla  nəzərdə  tutulan  qaydada  sübuta 

yetirilməyibsə  və  bu  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  yoxdursa, 

təqsirsiz sayılır. 

II.  Şəxsin  təqsirli  olduğuna  əsaslı  şübhələr  varsa,  onun  təqsirli  bilinməsinə  yol 

verilmir. 

III.  Cinayətin  törədilməsində  təqsirləndirilən  şəxs  özünün  təqsirsizliyini  sübuta 

yetirməyə borclu deyildir. 

IV.  Ədalət  mühakiməsi  həyata  keçirilərkən  qanunu  pozmaqla  əldə  edilmiş 

sübutlardan istifadə oluna bilməz. 

V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 

M a d d ə   6 4 .   Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi  

Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. 

M a d d ə   6 5 .   Məhkəməyə təkrar müraciət hüququ 

Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla 

nəzərdə  tutulan  qaydada  yuxarı  məhkəmədə  yenidən  baxılması,  habelə  özünün  əfv 

edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. 

M a d d ə   6 6 .   Qohumların  əleyhinə  ifadə  verməyə  məcbur  etməyə  yol 



verilməməsi 

Heç  kəs  özünə,  arvadına  (ərinə),  övladlarına,  valideynlərinə,  qardaşına,  bacısına 

qarşı  ifadə  verməyə  məcbur  edilə  bilməz.  Əleyhinə  ifadə  verilməsi  məcburi  olmayan 

qohumların tam siyahısı qanunla müəyyən edilir. 

 

M a d d ə  67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin