I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində
təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə
II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl
dinlənilməlidir.
M a d d ə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ
30
I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı
davranışına hüququ vardır.
II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin
hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata
k
eçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ
vardır.
31
III. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd
hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən
ödənilməsi hüququ vardır.
IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd
hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana
görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
32
M a d d ə 6 9 . Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən,
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə
başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər
bütün hüq
uqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq
hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
məhdudlaşdırıla bilər.
M a d d ə 7 0 . Siyasi sığınacaq hüququ
I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan
Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan
əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
M a d d ə 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
Dostları ilə paylaş: