Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə12/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   8   9   10   11   12   13   14   15   ...   88
AR Konsititusiyası

 

 

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. 

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar 

etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, 

yığıncaqlar,  mitinqlər,  nümayişlər,  küçə  yürüşləri  keçirmək,  piketlər  düzəltmək  hüququ 

vardır.


KM1

 

M a d d ə   5 0 .   Məlumat azadlığı



21

 

I.  Hər  kəsin  istədiyi  məlumatı  qanuni  yolla  axtarmaq,  əldə  etmək,  ötürmək, 

hazırlamaq və yaymaq azadlığı vardır. 

II.  Kütləvi  informasiyanın  azadlığına  təminat  verilir.  Kütləvi  informasiya 

vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. 

III. 


Hər  kəsin  kütləvi  informasiya  vasitələrində  dərc  edilən  və  onun  hüquqlarını 

pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək 

hüququna təminat verilir. 

M a d d ə   5 1 .   Yaradıcılıq azadlığı 

I. Hər kəsin yaradıcılıq azadlığı vardır. 

II.  Dövlət  ədəbi-bədii,  elmi-texniki  və  başqa  yaradıcılıq  növlərinin  azad  həyata 

keçirilməsinə təminat verir. 

M a d d ə   5 2 .   Vətəndaşlıq hüququ 

Azərbaycan  dövlətinə  mənsub  olan,  onunla  siyasi  və  hüquqi  bağlılığı,  habelə 

qarşılıqlı  hüquq  və  vəzifələri  olan  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır. 

Azərbaycan  Respublikasının  ərazisində  və  ya  Azərbaycan  Respublikasının 



vətəndaşlarından  doğulmuş  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır. 

Valideynlərindən  biri  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  şəxs  Azərbaycan 

Respublikasının vətəndaşıdır. 

M a d d ə   5 3 .   Vətəndaşlıq hüququnun təminatı 

I.  Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir  halda  Azərbaycan  Respublikası 

vətəndaşlığından  (onun  qanunla  müəyyən  edilmiş  itirilmə  halları  istisna  olmaqla) 

məhrum edilə bilməz.

22

 

II.  Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir  halda  Azərbaycan 



Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. 

III.  Azərbaycan  Respublikası  onun  ərazisindən  kənarda  müvəqqəti  və  ya  daimi 

yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və 

onlara hamilik edir. 

M a d d ə   5 4 .   Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ 

I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və dövlətin siyasi həyatında 

maneəsiz iştirak etmək hüququ vardır. 

II.  Dövlətə  qarşı  qiyama  və  ya  dövlət  çevrilişinə  müstəqil  müqavimət  göstərmək 

Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. 

M a d d ə   5 5 .   Dövlətin idarə olunmasında iştirak etmək hüququ 

I.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlətin  idarə  olunmasında  iştirak 

etmək  hüququ  vardır.  Bu  hüququ  onlar  bilavasitə  və  ya  nümayəndələri  vasitəsi  ilə 

həyata keçirə bilərlər. 

II.  Azərbaycan  Respublikasının  vətəndaşları  dövlət  orqanlarında  qulluq  etmək 

imkanına  malikdirlər.  Dövlət  orqanlarının  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının 

vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət 

qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 

M a d d ə   5 6 .   Seçki hüququ 

I.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət  orqanlarına  seçmək  və 

seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. 

II.  Məhkəmənin  qərarı  ilə  fəaliyyət  qabiliyyətsizliyi  təsdiq  olunmuş  şəxslərin 

seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. 

III.  Hərbi  qulluqçuların,  hakimlərin,  dövlət  məmurlarının,  din  xadimlərinin, 

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, 

bu Konsti

tusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla 

məhdudlaşdırıla bilər.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin