15
M a d d ə 3 3 . Mənzil toxunulmazlığı hüququ
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla,
mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
M a d d ə 3 4 . Nikah hüququ
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah
könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə)
bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə
edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə
etmək valideynlərin həm hüququ, həm də borcudur.
V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18
yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini
s
axlamağa borcludurlar.
M a d d ə 3 5 . Əmək hüququ
I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
III. Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa
məcbur edilə bilməz.
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan
məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə
yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hərbi vəziyyət
vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik
qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı
miqdarından az olmayan haqq almaq hüququ vardır.
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
M a d d ə 3 6 . Tətil hüququ
I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla
nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki
şəxslər tətil edə bilməzlər.
16
III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll
edilir.
IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.
Dostları ilə paylaş: |