Azərbaycan respublikasinin


  M a d d ə   1 6 .   Sosial inkişaf və dövlət



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə4/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   2   3   4   5   6   7   8   9   ...   88
AR Konsititusiyası

3

 

M a d d ə   1 6 .   Sosial inkişaf və dövlət 



I.  Azərbaycan  dövləti  xalqın  və  hər  bir  vətəndaşın  rifahının  yüksəldilməsi,  onun 

sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 




II.  Azərbaycan  dövləti  mədəniyyətin,  təhsilin,  səhiyyənin,  elmin,  incəsənətin 

inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. 

M a d d ə   1 7 .   Ailə, uşaqlar və dövlət

4

 

I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. 

II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu 

borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 

III.  Valideynləri  və  ya  qəyyumları  olmayan,  valideyn  qayğısından  məhrum  olan 

uşaqlar dövlətin himayəsindədirlər. 

IV.  Uşaqları  onların  həyatına,  sağlamlığına  və  ya  mənəviyyatına  təhlükə  törədə 

bilən fəaliyyətə cəlb etmək qadağandır. 

V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. 

VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 

M a d d ə   1 8 .   Din və dövlət 

I.  Azərbaycan  Respublikasında  din  dövlətdən  ayrıdır.  Bütün  dini  etiqadlar  qanun 

qarşısında bərabərdir. 

II.  İnsan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd  olan  dinlərin 

(dini cərəyanların) yayılması və təbliği qadağandır.

5

 

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 



M a d d ə   1 9 .   Pul vahidi  

I. Azərbaycan Respublikasının pul vahidi manatdır. 

II.  Pul  nişanlarının  tədavülə  buraxılması  və  tədavüldən  çıxarılması  hüququ  yalnız 

Mərkəzi  Banka  mənsubdur.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  dövlətin 

müstəsna mülkiyyətindədir.

6

 

III.  Azərbaycan  Respublikasının  ərazisində  manatdan  başqa  pul  vahidlərinin 



ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. 

M a d d ə   2 0 .   Dövlətin borclarına qoyulan məhdudiyyətlər 

Azərbaycan dövlətinə qarşı qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış 

borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. 

M a d d ə   2 1 .   Dövlət dili 

I.  Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan 

Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. 

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini 

və inkişafını təmin edir. 

M a d d ə   2 2 .   Paytaxt 

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. 



M a d d ə   2 3 .   Azərbaycan dövlətinin rəmzləri 

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət 

bayrağı,  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan  Respublikasının 

Dövlət himnidir. 

II.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  bərabər  enli  üç  üfüqi  zolaqdan 

ibarətdir.  Yuxarı  zolaq  mavi,  orta  zolaq  qırmızı,  aşağı  zolaq  yaşıl  rəngdədir  və  qırmızı 

zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir 

edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 

III.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  və  Azərbaycan  Respublikası 

Dövlət  gerbinin  təsviri,  Azərbaycan  Respublikası  Dövlət  himninin  musiqisi  və  mətni 

Konstitusiya qanunu ilə müəyyən edilir. 

 

İKİNCİ BÖLMƏ 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin